Kültür Sanat

Qafur Rəşad Mirzəzadə

XX əsrin əvvəllərindən başlayaraq, görkəmli maarif xadimlərinin səyləri ilə Azərbaycanda təhsil sahəsində böyük canlanma müşahidə olunurdu. Vətən övladlarının işıqlı gələcəyi naminə ziyalıların birgə fəaliyyətləri yeni məktəblərin, nəşriyyatların və dərsliklərin yaranması ilə nəticələnirdi. Ölkəmizdə maarifçilik işinin yüksəlişində böyük xidmətləri olmuş həmin ziyalılardan biri də Qafur Rəşad Mirzəzadə idi.

Qafur Rəşad Ələkbər oğlu 1884-cü il may ayının 6-da Şamaxıda anadan olmuşdur.

Bəzi tədqiqatçılar onun o vaxtlar Şamaxıya aid olan Lahıc kəndində  anadan olduğunu yazırlar.

Qafurun boyaqçı babası bəzən yazı-pozu işı ilə məşğul olurdu. Boyaqçıllıqla məşğul olan bu nəsli “Mirzəzadə” soyadı ilə da məhz bu məşğulluq ilə ilgilidir.

Qafur ilk təhsilini mollaxanada almış, 1894-cü ildə isə təhsil müddəti altı il olan Şamaxı Şəhər Məktəbinə daxil olmuşdur.
Bu məktəbdə oxuyanlar 6-cı sinfi qurtarandan sonra bir il də real (rüşdiyyə) məktəbdə oxuduqları təqdirdə  ali təhsil müəssisələrinə daxil ola bilərdilər.

Şamaxıya ən yaxın ali təhsil müəssisəsi də o vaxtlar Tiflisdə idi.

Qafur 3 yaşında olanda Şamaxı Şərər Məktəbinin 2 şagirdi Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirimişdi. Onlardan biri kasıb ailədən olan Sultan Məcid Qənizadə,digəri isə varlı ailədən olan Həbib bəy Mahmudbəyov idi.

Sultan Məcidin və Həbib bəyin indiki Öğuzdan olan Süleyman adlı varlı dostları da var idi. Bu üç dost haqlı olaraq, Azərbaycanın Avropalı ilk ali təhsilli pedaqoqları hesab olunur.Çox təəssüf ki,1887-ci il iyunun 20-də Tiflisdə Aleksandrovski Müəllillər İnstitunda keçirilən təntənəli buraxılış tədbirində azərbaycanlı bu üç tələbəyə müəllim işləmək üçün təyinat verilməmişdir.

Filologiya elmləri doktoru, professor X.Məmmədovun yazdığına görə bu, hökumətin 06.10.1885-ci il tarixli təliqəsinə əsalanırdı.Bu təliqəyə görə islam dininə mənsub olanlar ali tipli xalq məktəblərinə ən zəruri hallarda buraxılırdılar. (4, səh.58).

Ailənin maddi vəziyyətinin ağırlığı ucbatından ali təhsil almaqdan ötrü real məktəblərdən birinin 7-ci sinfinə daxil olmaq imkan olmadığı üçün Q.R.Mirzəzadə məzunlar üçün yaradılan qaydalardan istigadə edərək, ibtidai məktəbdə müəllim işləmək qərarına gəlir. O,bu məqsədlə 1901-ci ildə Bakı Klassik Gimnaziyasının  nüfuzlu və savadlı müəllimlərin daxil olduqları imtahan komissiyasına imtahan verir və böyük müsabiqənin yeganə qalibi olur. Onun sonrakı təhsili 1922-1922-ci illərdə oxuduğu iki illik Ali Pedaqoji kurs, bir də 1923-1927-ci illərdə oxuduğu Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsidir.

Q.R.Mirzəzadə 17 yaşına qədər Şamaxıda, 24 yaşına qədər Lahıcda, ömrünün qalan 35 ilini isə Bakıda yaşamışdır.
  Q.R.Mirzəzadə 1943-cü ildə,müharibənin qızğın vaxtında təblığatçı kimi Şamaxıya göndərilir, burada xətələndiyi üçün Bakıya gətirilir və noyabrın 26-da dünyasını dəyişir.

***

Qafur Rəşad Mirzəzadə haqqında müəyyən tədqiqat işləri aparılsa da,arxivlərdə hələ də vərəqlənməyən toz basmış materiallar çoxdur.

Q.R.Mirzəzadə hər nəsnədən əvvəl elmi biliklərin təbliğatçısı idi.O,ömrü boyu bu təbliğatla,həyat eşqi ilə yaşamışdır.Mənə elə gəlir ki,bu məsələ Şamaxıda rus dilində aldığı məktəb təhsili ilə bağlıdır.Bu məktəbdə işləyənlərin böyük əksəriyyəti Avropada təhsil almış xarici müəllimlər idi.

Q.R.Mirzəzadənin şəxsi nümunəsindən belə qənaətə gəlmək olur ki, məktəbin yaxşı kitabxanası,bu kitabxananı sevdirməyi bacaran müəllimi varsa,təhsil tərbiyə ilə həmahəngdirsə, o məktəbin uğurları çox olacaqdır.

Q.R.Mirzəzadə 1907-ci ildə Bakıya köçür və “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda müəllimlik edir. Sonra “Rus-tatar” məktəbinə dəyişilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918) Xalq məktəbləri direktorunun əmri ilə milli fənləri tədris etmək üçün Bakının 2-ci realnı məktəbinə təyinat alır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU), Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda çalışır.
Qafur Rəşad dövri mətbuatda da müxtəlif sosial problemlərə dair publisistik məqalələrlə çıxış edir.

Onun 1908-ci ildə işıq üzü görən “Ayineyi-millət” kitabında mütilik tənqid edilir, milli dirçəlişə çağırış və maarifçilik əsarətdən qurtuluşun əsas vasitəsi kimi diqqətə çatdırılır.

Q.Rəşad Azərbaycan məktəblərinin dərsliklərlə təminatı məsələsində səyini əsirgəmirdi. “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “İbtidai coğrafiya”, “Coğrafiya terminləri lüğəti”, “SSRİ-nin iqtisadi coğrafiyası”, “Xəritə üzərində əməli iş” kimi ümumilikdə 18 dərslik və dərs vəsaiti nəşr etdirir. Onun Məmmədsadıq Axundov və Əbdürrəhman Əfəndizadə ilə birgə hazırladığı “Rəhbəri-sərf”, “Rəhbəri-hesab” dərslikləri uzun illər məktəblərdə tədris olunub.
Milli uşaq ədəbiyyatının inkişafında da Q.Rəşadın xidmətləri olub. O, Ə.Əfəndizadə ilə birgə Azərbaycanda “Məktəb” adlı ikinci (ilk uşaq jurnalı  1906-cı ildə çıxan “Dəbistan” jurnalı idi) uşaq jurnalının (1911-1920) və eyniadlı mətbəənin təsisçisi olub. Jurnal Xalq Cümhuriyyəti dövründə uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynayıb.

Q.R.Mirzəzadə uşaq pedaqoji mətbuatımızın əsas yaradıcılarından biridir.Onun “Məktəbi” jurnalını (1911-1920) böyüklər də həmişə böyük məhəbbətlə qarşılayırdılar.
“Məktəb” jurnalı  türk dünyasının böyük maraq və diqqətlə oxuduöu mətbu orqanlardan biri idi.
  N.Nərimanov, Abbas Səhhət, R.Əfəndizadə,M.Qarayev,S.S.Axundov,Ə.Mustafayev kimi  müəllimlərn jurnaldakı fəal iştirakı bu mətbu orqanın məktəblərdə dərs vəsaiti kimi işlənməsinə  də imkan verirdi. 

Q.Rəşadın özü də başçılıq etdiyi uşaq mətbuatında maraqlı pedaqoji yazılarla,təbiət və tarixi hekayələrlə çıxış edirdi. Onun yazılarında kasıb və kimsəsiz uşaqları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etmək məqsədilə işıqlandırdığı məsələlər bu gün də maraqla oxunur.
Jurnalda Q.Rəşadın əqidə və əməl  dostlarından  görkəmli maarif xadimləri S.S.Axundov və Ə.Əfəndizadə uşaq ədəbiyyatının yaradılmasında folklor nümunələrindən geniş şəkildə istifadə edir, xalq hikmətlərinin yaşadılması və gələcək nəsillərin təlim-tərbiyə olunmasını diqqətdə saxlayırdılar.
“Məktəb” jurnalında   rus və dünya ədəbiyyatından tərcümələrə də geniş yer verilirdi. Yərcüməişində ən cox fərqlənənlərdən biri də məhz Q.R.Mirzəzadənin özü idi.
Tanınmış maarifçi  L.N.Tolstoyun “İnsana çoxmu torpaq lazımdır?”, “Baha oturur”, “Barmaq boyda uşaq”, “Dövlətli sərçə və dişli siçan”, “Bir-birinə məhəbbət ediniz” və P.N.Polevoyun “İki yol, iki yoldaş” əsərlərini dilimizə tərcümə edərək Azərbaycan oxucusunun ixtiyarına vermişdir.. 
Qafur Rəşad 26 noyabr 1943-cü ildə vəfat etmişdir..

Azərbaycanda Q.R. Mirzəzadəni (1884-1943) — pedaqoji irsində onun coğrafiya haqqında elmi və elmi redaqji 
əsərlər mühüm yer tutur.

O,1923-1927-ci illərdə Bakı Ali Pedaqoji İnstitutunda oxumuşdur.Burada işləmək üçün Türkiyədən tərbiyə və tədris işinə bir neçə professor və müəllim dəvət ounmuşdu.Onlardan biri də Türkiyəli tərbiyə doktoru Xəlil Fikrət idi. Xəlil Fikrət 1926-cı ilin sonlarında Almaniyaya,oradan da Türkiyəyə gedərrkən,öz tələbəsinin kitabların da dost hədiyyəsi kimi aparmışdı.Xəlil FikrətinTürkiyədə nəşr etdirdiyi COĞRAFİYA aid kitabıbdakı mövzulardan Qafur Rəşadın qələminin səsi gəlir.

Belə bir fakt da maraqlıdır ki,Tüekiyəli tərbiyə doktoru Bakıda işləyərkən onun tələbəsi Q.R.Mirzəzadənin cöğrafiyaya aid 9 dərsliyi şap olunmuşdu.

Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri böyükdür.

Q.R.Mirzəzadənin dərslikləri fənnin tədrisindən başqa, ədəbi dilimizin formalaşmaslnda nümunə idi.

“Rəhbəri-sərf” (Məmmədsadıq Axundovla birgə, 1910),”Rəhbəri-hesab” (Əbdürrəhman Əfəndizadə ilə birgə, 1910) dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdur.

Dərsliklər vasitəsilə milli uşaq ədəbiyyatının inkişafında da Qafur Rəşadın xidmətləri böyükdür.

O, Azərbaycanda “Məktəb” adlı sayca ikinci uşaq jurnalının (1911- 1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyniadlı birinci mətbəənin təsisçisidir.

Q.R.Mirzəzadəyə “Məktəb” jurnalınım nəşrinin ən böyük müttəfiqi Əbdürrəhman Əfəndizadə olmuşdur.Onların birgə fəaliyyəti 1918-i ilədək- Əbdürrəhman Əfəndizadənin vəfatınadək davam etmişdir.

Ə.Əfəndizadənin  ölümündən sonra  “Məktəb”in bütün ağırlığı Q.Mirzəzadənin üstünə düşmüşdür.

Bir neçə nömrəsi Cümhuriyyət dövründə nəşr olunmuş “Məktəb” jurnalı uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamışdır.

İki həftədə bir dəfə nəşr olunan “Məktəb” jurnlının ilk nömrəsi 1911-ci il noyabrın 29-da çıxmışdır.

Jurnalın 1911-ci ildə 3, 1912-ci ildə 19, 1913-cü ildə 22, 1914-cü ildə 20, 1915-ci ildə 15, 1916-cı ildə 11, 
1917-ci iıdə 2, 1918-ci ildə 3, 1920-ci ildə 3 nömrəsi çap olunmuşdur.

“Məktəb”in bu adla sonuncu nömrəsi 1920 -ci il martın 21-də çıxmışdır.

“Məktəb” 1925-ci ilə “Məktəb məcmuəsi” adı ilə nəşr olunmuşdur.Bu nömrədəki bəzi materialların növbəti nömrədə veriləcəyi qeyd olunsa da, “Məktəb məcmuəsinin”  növbəti nömrəsi oxucuların görüşünə gəlməmidir.Çox güman ki,bunun əsas səbəbi jurnalın redaktoru, Xalq Maarif Komissarlığının şöbə müdiri, Azərbaycan Ali Pedaqoji İnstitutunun milliyyətcə başqırd olan rektoru Şərif MANATOVUN iş yerinin dəyişilməsi ilə əlaqədar olmuşdur.

Maraqlıdır ki, birinci nömrənin yarlmçıq qalan materialları da Şərif Manatovun arxivində itib-batmışdır.

Coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşadın “Qafqaz coğrafiyası” (1910)”İbtidai coğrafiya” (1922), “Xəritə üzərində əməli iş” (1943) dərslikləri bu gün də türk dünyasının ən uğurlu dərslikləri cərgəsindədir..
Q.R.Mirzəzadə bacarıına inandığı və güvəndiyi pedaqoq-yazıçıları jurnalın ətrafına toplamış, orijinal şeir və hekayələrdən, müxtəlif dillərdən edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət zəngin uşaq ədəbiyyatı xəzinəsi yaratmış, yeni yazıçı nəslinin yetişməsi işində böyük xidmət göstərmişdir.

AXC dönəmində  bir sıra yeni dərsliklərin   hazırlanmasında  görkəmli maarifçilərdən Səməd bəy Acalov, Mahmud bəyMahmudbəyov, Fərhad Ağazadə, Cəmo bəy Cəbrayılbəyli, Ağa bəy İsrafilbəyov, Abdulla Şaiq, Abdulla bəy Əfəndizadə, Firidun bəy Köçərli kimi  pedaqoqlarla yanaşı, Qafur Rəşad  Mirzəzadənin də   böyük xidmətləri vardır.

Qafur Rəşad Mirzəzadə həm də naşir idi.Onun milli təəssübkeşliyin iftixarı olan kitabları, nəşr etdiyi və əməkdaşlıq etdiyi jurnallar oxumaq, təhsilini artırmaq istəyən hər bir türkün evinin bəzəyi idi.

Q.R.Mirzəzadələrin Bakıdakı məşhur “Məktəb” mağazası gənclərin ən şox ziyarət etdikləri pedaqoji məkan idi.Mağazanı Qafur Rəşadın nəşriyyat işindən xəbərdar olan kişik qardaşı Ağa Kərim Mirzəzadə idarə edirdi. 

Q.R.Mirzəzadənin ədəbi dilin tələblərini yaxşı başa düşür, hər bir yazısını məhz bu tələblərə uyğunlaşdıra bilirdi. Onun hər bir əsərinin uğuru,sevilə-sevilə oxunmasının əsas sbəblərindən biri də məhz bununla ilgili idi.
Bu gün Azərbaycan ədəbi dilində işlənən bir çox coğrafiya terminlərinin çoxunun formalaşmasında, dildə sabitləşməsində Q.R.Mirzəzadənin rolu danılmazdır. 

***

Q.R.Mirzəzadə kimi qüdrətli bir müəllim,işıql ziyalı haqqında qeydlərimi yazıb qurtarandan sonra belə bir suala cavab axtardım:

“Gərəsən, hərtərəfli ensiklopedik biliyə malik olan bu insanın xatirəsini əbədiləşdirmək üçün ziyarətgahımız varmı?”

Vaxtilə bu sualı Qafur Rəşadın yaxşı tanıdığım oğlu Ağa Şərifə-Bakı Dəmir Yolu Texnikumunun müəlliminə ünvanlamışdım,amma,təəssüf ki, cavab ala biməmişdim….
Sual hələ də açıq qalır…

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Ədəbiyyat siyahısı

1.Nazim Axundov. Azərbaycanda dövri mətbuat
.            (1832-1920).Biblioqrafiya.Bakı,1965 .
2.Rəmzi Yuzbaşov. Məşhur coğrafiyaşünas Qafur Rəşad                 Mirzəzadə.Bakı.1968.
3.Əbdül Əzizov. Uşaqların sevimlisi ( XX əsr Azərbaycan uşaq mətbuatı    tarixindən).Bakı,1978.
4.Xeyrulla Məmmədov. Sultan Məcid Qənizadə.Bakı,1883.
5.Nazim Nəsrəddinov. “Məktəb” jurnalının layiqli davamçısı-“Məktəb  məcmuəsi “dərgisi
 // “Azərbaycan məktəbi” jurnalı, Bakı,2009 ,N 4, səh.108-112. 

Pin It on Pinterest