Genel

Qərbi azərbaycanlıların Ermənistanı tək-tək məhkəməyə verməsindən nə çıxacaq…

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

İradə SARIYEVA

Qərbi azərbaycanlıların Ermənistanı tək-tək məhkəməyə verməsindən nə çıxacaq…

Qafar Çaxmaqlı: “Ən əsas məsələlərdən biri isə soydaşlarımızın Ermənistanda qalan mal və mülkləri ilə bağlıdır, bunları da…”

1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya etdiyi soydaşlarımıza Ermənistan dövləti həm maddi, həm də mənəvi ziyan vurub, deportasiya nəticəsində soydaşlarımız soyqırıma, maddi-mənəvi itkilərə məruz qalıb, ev-eşiyini, yurd-yuvasını, doğmalarını itiriblər.

Son zamanlar aktual olan məsələlərdən biri qərbi azərbaycanlıların Ermənistan dövlətinə təzminat davası açmalı olduğu ilə bağlıdır. Qərbi Azərbaycandan olan soydaşlarımızın, vətəndaşlarımızın Ermənistanı beynəlxalq məhkəməyə verərək, ondan maddi təzminat tələb etməsi olduqca aktualdır. İctimai rəydə olan fikirlərə görə, vətəndaşlar kənd-kənd, rayon-rayon, kollektiv şəkildə deyil, fərdi şəkildə bu addımı atsa, daha məqsədəuyğun olar. Yəni insanlarımızın fərdi şəkildə Ermənistanı Avropa məhkəməsinə verib ona qarşı təzminat davası açmağı daha uyğun bilir. Hətta məlumatlara görə, Avropa məhkəməsi bu xüsusda kollektiv müraciətləri icraata götürmədiyi üçün, insanların fərdi müraciəti əsasdır.

Ayrı-ayrı qərbi azərbaycanlının fərdi şəkildə Ermənistana qarşı təzminat davası açması mümkündürmü? Bunun perspektivi varmı? Ümumiyyətlə, fərdi müraciət hüquqi cəhətdən nə qədər doğrudur?

“Avropa məhkəmələri, adətən, fərdi ərizələrə üstünlük verirlər”

İrəvan Türk Cümhuriyyətinin (İTC) Millət Şurasının sədri, Kayseri Erciyez Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı “Bakı-Xəbər”ə bildirdi ki, fərdi müraciətin daha effektiv nəticə verəcəyi gözləniləndir. “İrəvan Türk Cümhuriyyəti meydana çıxandan bəri perspektiv planlar hazırlayıb. Artıq bir ildən çoxdur ki, biz fəaliyyətimizi davam etdiririk. O planın içində Qərbi Azərbaycandan olan insanların haqq və hüquqlarının qorunması məsələsini də qoymuşuq və ayrıca maddələrlə göstərilir ki, bizim oradan deportasiya edilən soydaşlarımızın indiki Ermənistanda malı-mülkü, tarlası, ev-eşiyi, bir sözlə, bütün varidatı qalıb, bunlarla bağlı biz beynəlxalq məhkəmələrə müraciət etməliyik. Artıq bizim hüquq departamentimiz bu məsələ ilə bağlı sənədləri hazırlayıb və bizə 100-ə yaxın fərdi qaydada müraciət edənlər var. Biz sənədləri də bu müraciətlərin içinə daxil edərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Bu proses artıq başladı. Çünki Avropa məhkəmələri, adətən, fərdi ərizələrə üstünlük verirlər, kollektiv şəkildə müraciətlərə çox da əhəmiyyət vermirlər. Biz burada müəyyən bir nəticə almağı düşünürük. Şübhəsiz ki, çətin olacaq. Yəni Avropada vəkillər tutmaq lazımdır və onlar bu işi beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində həyata keçirməlidirlər. Amma biz əgər qarşımıza məqsəd qoymuşuqsa İrəvan Türk Cümhuriyyətinin ərazilərinə əhalimizin köçürülməsinə başlayaq və bu ərazilərin Azərbaycana, Azərbaycan türklərinə aid olduğunu sübut edək, bu yolu seçməliyik, hüquqi baxımdan bunlar mümkündür. Burada mümkün olan bəzi cəhətlər də var. Əhali, biz əgər beynəlxalq məhkəmələrdə uğur əldə etsək, əlimizdə hüquqi sənədlər olcaq ki, o torpaqlar bizə aiddir. Şübhəsiz ki, o torpaqlar Azərbaycan türklərinə aiddir. Bir neçə dəfə bizim mətbuatda açıqlamalarımız gedib. Orada Ermənistan tərəfindən verilən qanunsuz qərarlar var, hətta 1918-ci ilin 29 may tarixində İrəvanın verilməsi ilə bağlı qərar da var, Milli Şura tərəfindən qəbul edilən 10 saylı protokol var. Bu protokolun ləğvi ilə bağlı işlərimiz davam edir, bununla bağlı Milli Məclisə müraciət etmişik.

1947-ci il 23 dekabr tarixində Stalinin imzası ilə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə köçürülməsi ilə əlaqədar müraciətimiz olmuşdu. Hətta biz BMT-yə müraciət qəbul etmişik ki, bu sənəd ləğv olunsun. Çünki o zaman xalqın rəyi nəzərə alınmayıb, bu ərazidə heç bir referendum keçirilməyib və Azərbaycan türkləri oradan qanunsuz şəkildə köçürülüblər” .

Q.Çaxmaqlı qeyd etdi ki, hazırda Zəngəzur məsələsi çox aktualdır və 1920-ci ildə Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi də qanunsuz olub. Zəngəzurun daha çox kəndlərinin, o cümlədən, 1929-cu ildə Nüvədi kəndinin Ermənistana verilməsinin qanunsuz olduğunu ortaya qoyduqlarını deyən Q.Çaxmaqlının sözlərinə görə, bununla da bağlı Azərbaycan Milli Məclisinə müraciət edilib. Bu müraciətin də artıq diqqətə alındığını deyən Q.Çaxmaqlı hesab edir ki, yaxın vaxtlarda Milli Məclis bu qanunsuz qərarı ləğv edəcək.

Q.Çaxmaqlı qetd etdi ki, Nüvədinin verilməsi 1929-cu ildə olsa da, qərar 1969-cu ildə qüvvəyə minib və Nüvədi kəndinin Ermənistana verilməsi qanunsuzdur. “Buna da nail olmağa çalışacağıq. Ermənistanın özünün sovet hakimiyyəti illərində verdiyi müəyyən qərar və qanunlar var, onların da ləğvi istiqamətində   işlərimiz davam edəcək. Ən əsas məsələlərdən biri isə soydaşlarımızın Ermənistanda qalan mal və mülkləri ilə bağlıdır, bunları da fərdi qaydada Avropa məhkəmələrində qaldırmağı düşünürük. Dediyim kimi, sənədlər hazırdır, yaxın aylarda bunlarla bağlı müəyyən bir nəticələri eşidəcəksiniz” – deyə

Q.Çaxmaqlı qeyd etdi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest