Qələm əhlinin və milyonlarla oxucunun ləyaqətli və qayğıkeş dostu- Nəsir İmanquliyev

7 mart – görkəmli jurnalist,pedaqoq,ictimai xadim, Azərbaycan milli və rusdilli mətbuatının sonuncu mogikanı Nəsrulla Əsədulla oğlu İmanquliyevin anım günüdür
Nəsrulla İmanquliyev mənim mətbuat müəllimlərimdən biridir.

… 1974-cü ilin iyun ayında əsgərlikdən təzəcə gəlmişdim. Əsgərlikdən əvvəl həm zavodda işləyir,həm də Azərbaycan Elmlər Akademiyasının qiyabi aspiranturasında oxuyurdum.Maaşım az idi.Yaşı dolanmaq,elmi işlərimi uğurla davam etdirmək üçün əlavə iş axtarırdım.Bakı Şəhər İcra Hakimiyyətinə təzəcə rəhbər vəzifəyə təyin olunmuş keçmiş iş yoldaşım Təhminə xanım Qiyasbəyovaya müraciət etdim.O,mənim yazı-pozu əhli olduğumu bilirdi.Bilirdi ki,əsgərlikdə də dairə qəzetinin hərbi müxbiri olmuşam. Təhminə xanım bir az tərəddüddən sonra kiməsə ərkyanə zəng etdi.Mənim haqqımda xoş sözlər söylədi və işə düzəlməyimə kömək etməsini xahiş etdi. Müraciətindən hiss etdim ki, müsahibi “Bakı” və “Baku” qəzetlərinin redaktoru Nəsir İmanquliyevdir.
Səhəri gün “Bakı”nın- şəhər qəzetinin redaktorunun qəbuluna getdim.Özümü təqdim etmək istəyirdim ki, o, dünənki zəngi xatırladı,əlavə nə isə danəşmağa imkan vermədi. Bir nəfər əməkdaşı kabinetinə çağırdı.Gələn – sonradan tanıdığım sənaye şöbəsinin müdiri Səfər Məmmədov idi. Sizin şöbədə işləyəcək- dedi. – Aspirantdlr,qəzet işini bilir “Ziya” qəzetinin dilinin tədqiqatçısıdır.Çətin mövzudur.Amma öhdəsindən gələcək.
Mən “Bakı” və “Baku”da ştatdankənar müxbirlik fəaliyyətinə başladım.Hər ay zavoddakı maaşım qədər qonorar alırdım. “Bakı”da Əliabbas Əliyev,Səfər Məmmədov,Şakir Abdullayev kimi bacarıqlı jurnalistlərlə birgə işləyirdim.
Bu fəaliyyətin 20 ildən çox davam etdi.Hər dəfə eşidəndə ki,Nəsir müəllim yazılarımdan razıdır, çox sevinirdim.

Nəsir İmanquliyev — Azərbaycan jurnalistikasının sonuncu mogikanıdır.
O, elm və mətbuat nəzəriyyəsi ustadı, ictimai xadim kimi tarixdə özünə məxsus yer tutur.Nəsir müəllimin xidmətləri yüksək qiymətləndirilmişdir.


Bu fikrin təsdiqi kimi onun mükafatlarını xatırladıram :
“Azərbaycan SSR Əməkdar jurnalisti” fəxri adı — 1990
“Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adı — 1976
Azərbaycan SSR Əməkdar jurnalisti (1990),
Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976).

Nəsir müəllimin dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayır. Tələbəlik illərində “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində çalışır.


İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Kırım cəbhəsinə göndərilir, orada o, “Vuruşan Kırım” qəzetinin məsul katibi kimi çalışır, həmçinin hərbi hissədə tərcüməçi kimi kömək edir.


Bir il sonra Nəsir İmanquliyev “Kommunist” qəzetinə məsul katib təyin edilir, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görür. 1947-ci ildə o, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
1958-ci ildə Nəsir İmanquliyev “Bakı” axşam qəzetini yaradır və 10 yanvar 1958-ci il tarixində qəzetin ilk nömrəsi işıq üzü görür. 1963-cü ildə isə “Баку” qəzeti rus dilində fəaliyyətə başlayır. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.
Nəsir İmanquliyev uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, müəllim, dosent, professor olmuşdur. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində aktiv iştirak etmişdir.


Professor Nəsir İmanquliyev 1998-ci il martın 7-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.


Nəsir İmanquliyev Balahəsənli bəylərindən olan Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir.

Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.

2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.


Nəsir İmanquliyev mətbuat sasahəsində çalışan bütün qələm əhlinin yaxın və qayğıkeş dostu idi.
Allah ona rəhmət eləsin….

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
Bakı,
07.03.2021.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest