Kültür Sanat

QƏDİM TÜRKLƏRDƏ AİLƏ MƏDƏNİYYƏTİ

Son dövürlərdə bir çox mədəniyyətlərdə olduğu kimi, ailə mədəniyyətidə  öz gücünü, öz hökmünü itirməkdədir. Sürətlə artan boşanmaların sayı bunun əyani sübutudur. Bu artış mənə görə nə maddi çətinliklərdən, nə də pisxoloji səbəblərdən qaynaqlanır. Əslində cəmiyyətimizdə isdər kişi, isdərsə qadının öz mövqeini tam təyin edə bilməməsindən və xarici mədəniyyətlərin təsirinə düşməsindən irəli gəlir. Uzun müddət İslam əxlaqı ilə (daha çox ərəb), indi isə sürətlə Avropaya meyillilik bir növü isdər qadınların, isdər kişilərin nizmını pozaraq xəsdə bir cəmiyyətin formalaşmağına səbəb olur. Dünya mədəniyyətlərinin formalaşmasında misilsiz rolu olan Türklərin, bu gün başqa mədəniyyətlərdən faydalanmağa çalışması həddindən artıq acınacaqlı bir mənzərə yaradır. Və təbii olaraq genetiqamızın bu mədəniyyətləri qəbul etməməsi qüsurların, hətda faciələrin yaranmasına səbəb olur. Bu baxımdan Ziya Göyalpın “Türkçülüyün əsasları” kitabında qeyd etdiyi: “başqa millətlər çağdaş mədəniyyətə girmək üçün geçmişlərindən uzaqlaşmaq məcburiyyətindədirlər, lakin Türklərin moderin mədəniyyətə girmələri üçün, yalnız qədim keçmişlərinə dönüb baxmaları yetərlidir” fikri yerinə düşəndir. Bəs qədim türklərdə ailə mədəniyyəti necə idi?

      Mahmud Qaşaqarlıya görə, bir evdə yaşayan əsil ailəyə, qədim Türklər Törkün deyirdilər. Yəni ata ocağı. Ailə Tanrısı bu ocaqda yaşadığı üçün bu ocağın atəşinin sönməməsi üçün böyük və ortancıl qardaşlar evlənib köçər, kiçik qardaş isə ata ocağında yaşayardı. Müəyyən zamanlarda ata ocağına toplanar, mərasimlər keçirərdilər. Türklər yurd kimi, ocağı da unutmazdılar. Burdan uzaqlaşsalarda, yurd və ocaq sevgisi onlarda güclü bağlılıq yaradardı. Evlənəcək yaşa gələn bir gənc qəhrəmanlıq imtahanından keçər, yeni bir ad alardı. Həm vətəndaşlıq hüququ əldə etmiş olar, həm də ailə qura bilərdi. Türklərə görə soyluluq yanlız ata tərəfdən deyil, eyni zamanda ana tərəfdən də gəldiyi üçün, evlənəcəkləri qadına xüsusi diqqət yetirərdilər. Evlənərkən ailə malından ona düşən pay verilər, gəlinin ailəsinin və qohumlarının hədiyələrindən hazırlanmış cehiz ilə ortaq bir ev qurardılar. Türklərdə Şamanizim qadınların müqəddəs gücünə, Toyonizim isə kişilərin müqəddəs gücünə dayanırdı. Bu iki dinin bərabər gücdə olması, hüquqca qadın və kişilərin də hüququnu bərabərləşdirirdi. Hətda hər hansı bir iş bu iki dinələ əlaqəli idisə toplantıda qadınla kişinin bərabər iştirakı şərt idi. Xaqanlar hər hansı bir elçini tək deyil, xanımı ilə birgə qarşılayardı. Qədim Türklərdə həyat yoldaşı yanlız bir qadından ibarət olmaya bilrədi. İmperializim dövründə xaqanların və bəylərin birinci xanımlarından başqa, kuma adı ilə başqa boylara məxsus qadınlarıda mövcud idi. Lakin Türk qanunları bu qadınları əsil həyat yoldaşı olaraq qəbul etmirdi. Bunları hiylə ilə ailənin içinə girmiş hesab edirdilər. Bunların uşaqları öz analarına ana diyə bilməzdilər, xala diyə çağırırdılar. Ana yalnız atlarının birinci xanımına diyə bilərdilər. Vərəsəlikdə onlara çatmazdı. Döyüşgənlik, qəhrəmanlıq Türk kişiləri ilə bərabər, qadınlarada məxsus idi. Dövlət vəzifələrində də çalışma haqqları vardı. Ev ailənin ortaq malı idi. Uşaqlar üzərində sahiblik haqqı ata qədər, anayada məxsusdu. Kişi hər zaman qadınına hörmət edər, onu arabaya mindirər, özü isə arabanın arxasınca gedərdi. Bu bərabərlik kişilərə üstələmək haqqı vermədiyi kimi, qadınlarada verməzdi. Qədim qövümlər arasında heç bir qövüm Türklər qədər qadın cinsiyyətinə haqq verməmiş və sayğı gösdərməmişdilər. Bu səbəbdən də “mənim xanım” mənsana gələn “xanım” diyə müraciət edirdilər öz qadınlarına. “Ayıbım”, “ayıb yer” anlamına gələn “arvad” kəliməsi ərəb dilindən dilimizə keçmişdir. Qədim Türklər əxlaq məsələlərinə də çox önəm verərdilər. Belə ki, doğum tanrıçası Ayzıtın, qadınlar uşaq dünyaya gətirərkən onlara kömək etdiyinə inanılardı. Yanlız əxlaqsız qadınlara kömək etməzdi. Hər yaz Ayzıta aid bayram keçirilərdi. Bayramın səhəri evlər təmizlənər, bəzədilər, hər kəs ən gözəl paltarlarını geyər, ən yaxşı yeməklər bişirilər, hər kəs şən və təbəssümlü olardı. Bu zaman Ağ Şaman əlində sazı gələr, doqquz gənc qızla, doqquz gənc oğlan seçər, onları cütlər halında düzərdi. Özü sazını çalar, onları göyə çıxamırmış kimi irəliyə yeridərdi. Sazını çalarkən, Ayzıt haqqındakı ilahiləri oxuyardı. Göyün üçüncü qatına gəldikləri zaman Ayzatın sarayını qoruyan yasaqçılar əllərində gümüş qamçılarla meydana çıxardılar. Həmin mərasimdə namusca qüsuru olan varsa onları geri çevirərək, digərlərinin Ayzıtın sarayına girməklərinə icazə verilərdi. Bu mərasimlə Türklərdə əxlaqa yüksək qiymət verildiyi, əxlaqlılıqda qadınlarla kişilərin eyni dərəcədə məsuliyətli olduqları göstərilərdi. Türk qadınları tamamilə sərbəst və azad olmaqlarına baxmayaraq, bekar gəzməkdən ar edilərdi. Mütləq hər bir qadın ailəsi və ya cəmiyyət üçün əlinən gələn hər hansısa bir iş görməli idi. Bunu məcburiyyət qarşısında deyil, tamamilə öz üzərinə düşən məsuliyyəti dərk edərək edirdi.

      Zənn edirəm ki, bu məqamda məhşur bir deyim yerinə düşümüş olardı: “Ey mənim millətim özünə dön, sən onda böyük olursan!”

Pin It on Pinterest