QƏDİM MİLLİ TARİXİMİZİ YAŞADAN QAZAXLI SƏNƏTKAR

Sənan Qılıncarslan Qacar

Antik dövrlərdən, xanlıqlar dövrünə qədər qədim Oğuz elimizdə bəylərin, igidlərin, o dövrdəki döyüşçülərin üzərində gəzdirdiyi bıçaqlar, xəncərlər yəqin ki, çoxlarının görmək istədiyi əşyalardandır. İndi həmin dövrə aid milli bıçaq və xəncərlərimizi muzeylərdə, şəxsi kolleksiyalarda görmək olar. Onlar sayılacaq qədər azdır. Buna baxmayaraq, həmin milli alətləri orijinal, milli işləmələrlə düzəldən ustalarımız da var. Belə ustalardan biri Qazax şəhərində yaşayan Qafur Nəbiyevdir.

Qafur Nəbiyev
Qafur Nəbiyev


Qədim Oğuz Türklərinə məxsus milli bıçaqlar, xəncərlər, Türklərə məxsus döyüş alətləri, hətta vikinq silahları düzəldən gənc usta Qafur Nəbiyev ali təhsilli, ixtisasca maliyyəçi-iqtisadçıdır. Qafur kiçik yaşlarından taxta üzərində oyma sənəti ilə maraqlansa da, son vaxtlar daha çətin və incə bir işin arxasınca gedir. Bizim milli olaraq qədi və orta əsrlərə aid elə döyüş bıçaqları, kəsici alətlərimiz var ki, onu bu gün muzeylərdə də tapmaq olmur. Qafur əvvəlcə belə alətlərin eskizini çəkir, sonra onu ərsəyə gətirir, üzərini milli naxış və ornamentlərlə bəzəyir. Məqsədi isə bu işi bir incəsənət sahəsi kimi tanıtmaqdır. Buna görə də əl işlərini heç kimə satmır.
Bıçaq, xəncər düzəltmək həvəsi Qafurda uşaq yaşlarından olub. Elə o vaxtdan düzəltdiyi bıçaqlarla diqqəti çəkib. Deyir ki, qədim xəncər və bıçaq nümunələrinin üzərində milli ornamentləri də işləməklə beynəlxalq sərgilərdə nümayiş etdirməyi planlaşdırır.
“İstəyirəm ki, tapdığımız qədim milli alətlərimizi bərpa edim. Tapa bilmədiyimi də yenidən əvvəlki formada düzəldim. Qərb mənşəli alətləri də düzəldirəm. Onların üzərinə də milli ornamentlərimizi işləyirəm. Maraqlı əl işi alınır. Çox istərdim ki, bu əl işlərimlə beynəlxalq sərgilərə qatılam”, – deyə o bildirir.
Qafurun düzəltdiyi bıçaqlar məişətdə istifadə etmək üçün deyil. Ən azından təhlükəli və iti olduqları üçün… Usta bir bıçaq üzərində emalatxanasında təxminən 20-25 gün, hətta bəzən bir ay işləməli olur. Buna da səbəb görülən incə işlərdir.
O, latun bürünc materiallardan bıçaq tiyələrində şəbəkə də toxuyur. İstifadə etdiyi materiallar isə polad, sümük, buynuz, gümüş materiallardır. Xammalı Türkiyə və Ukraynadan gətirir. Qafurun əl işləri sosial şəbəkələrdə paylaşıldığından ölkəmizdən, o cümlədən qonşu Türkiyədən də maraqlananlar olub. Yaxın zamanda gənc usta əl işlərindən ibarət sərgi keçirməyi də düşünür.

AZƏRTAC

milli bıçaq və xəncərlərimiz
milli bıçaq və xəncərlərimiz
milli bıçaq və xəncərlərimiz
milli bıçaq və xəncərlərimiz
milli bıçaq və xəncərlərimiz
milli bıçaq və xəncərlərimiz

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest