GenelGüncelKültür Sanat

Polis general-mayoru Ramiz Zeynalovun 75 yaşı tamam olur.

Ramiz Zeynalov
Ramiz Zeynalov
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun 75 yaşı tamam olur.

No comment az xəbər verir ki, Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib.

1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib.

1994-cü il 2 avqustdan – yəni artıq 32-ci ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

30 iyun 2003-cü ildə “polis general-mayoru” rütbəsi alıb, 1995-ci ildə “İgidliyə görə” medalı, 2006-cı ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Nərmin Balacayeva

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest