Genel

Pərvanə Bayramqızı

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Pərvanə Bayramqızı

HƏKİMLƏRİN ƏYRİ XƏTTİ
( hekayə)
– Həkim, gəlmək olar?
Həkim əlində o üzə-bu üzə çevirdiyi jurnaldan gözlərini ayırdı. Başını yana
çevirib qapıya tərəf baxdı. Qapının ağzında yanında balaca oğlan uşağı dayanmış
qadın gördü. Xatırladı. Dərhal ovqatı dəyişdi. Həkimə elə gəldi ki, qapıda dayanan elə
xəstəliyin özüdür, qadın cil-dində görünür. Saralmış bəniz, şişkin gözlər, göyərmiş
dodaqlar. Bu əlamətlərə yaxşı bələd idi. Belə üzləri görəndə həkimin ilk xatırladığı
ilbiz olurdu. Xəstəlik də ilbiz kimi hər yerdə izini buraxır. Amma ilbi-zin izindən
fərqli olaraq, onun buraxdığı izlər parıldamır.
Qadının daxili orqanlarında gedən proseslər o şikayətlərini de-məmişdən qabaq
hərəsi bir tərəfdən, elə bil, adam kimi dil açıb həkimə özünü təqdim edirdi. Anasının
əlindən tutan balaca oğlanı görəndən sonra xəstəlik həkimə daha da amansız
görünməyə başladı. Hələ hə-yatın uşaqlara acımadığından xəbəri olmayan balacanın
üzündə anası-nın yaxşı olacağına ümid etdiyini göstərən gözəl ifadə duyulurdu. Bəl-
kə də, həkimə belə gəlirdi. Əslindəsə, uşaq ətrafı bürüyən dərman qo-xusundan bərk
həyəcan keçirirdi. Həkim nə vaxt ki, xəstə ananın yanında uşaq görürdüsə, fikirləri
qarışırdı. Özünün uşaqlıq illərini xa-tırlayırdı. Onu həkim olmağa sövq edən acı
xatirələr etibarlı dost kimi tez-tez “yanına gəlirdi”.
– Gələ bilərik, həkim?
Ayaq üstə güclə dayanan qadın təkrar soruşdu. Həkim fikirdən ayıldı, özünü
toplayıb əli ilə qarşısındakı oturacağı göstərdi:
– Əlbəttə, – dedi, – Əyləşin.
Qadın taqətsiz olduğundan çətinliklə əyləşdi. Uşaq da anasının əlini buraxmadan
ayaq üstə dayanıb ona söykəndi. Otağın hər tərəfinə göz gəzdirən balacaya elə gəldi
ki, hardansa əlində iynə olan ağ xalatlı bir “xala” gələcək, anası da onun yanını açıb
qucağında möhkəm tuta-caq ki, oğluna iynə vursun. Ürkək-ürkək sağa-sola boylandı.
O, dəcəl oğlanların qısqalayıb tutduğu, çırpınan quşcuğaza bənzəyirdi. Gözlə-nilən
təhlükədən xilas olmağa çalışırdı. Həkim qapının arxasındakı oturacağı da uşağa
göstərib:
– Bax, sən də orda əyləş, – dedi.
Uşaqsa yerindən tərpənmədi. Görünür, anasından aralanmaq istəmirdi. Ağılları
kəsən vaxtlardan həmişə dəcəllik edəndə həkimlə hədələndiklərindən, xəstəxanaya
gələrkən uşaqlar həyəcan keçirirlər. İlk dəfə burdakı tünd qoxudan onlar həyatda “pis”
adamların olduğu-nu öyrənirlər. Şiddətli küləyə çevrilən bu qoxu yarpaq qədər zərif,
dözümsüz olan balaca ürəkləri necə titrədirdisə, uşaqlar xəstəxananın qorxunc

divarları arasından “qurtulanda”, yeni alınmış oyuncağın se-vincinə bənzər xoş hisslər
keçirirlər. Burda dünya nə qədər qorxunc tə-sir bağışlayırsa, bayıra çıxanda böyüklər
özləri də əsl xoşbəxtliyin nə olduğunu dərk edirlər.
– Həkim, analizlərin cavabını gətirmişəm.
Qadın yerindən durub, az qala, sürünə-sürünə həkimə yaxınlaş-dı, səliqə ilə fayla
qoyulmuş bir neçə vərəq uzatdı. Üç-dörd nazik vərəq bu anlarda qadının əllərində ağır
yük kimi idi. Vərəqləri alın yazısı da saymaq olardı. Oxunması heç də çətin deyildi.
Belə yazıların Allahı hə-kim idi. Görəsən, tibbin kömək edə bilmədiyi zamanlarda
həkimlərin könlündən yunan miflərindəki Tanrıların sayının artması, bir də “Şəfa
Tanrı”sının olması arzusu keçirmi? Adama elə gəlir ki, həkimlər hər şeyə razı olarlar,
təki həyatını ona etibar edən xəstənin yarıda dayanan ömrünü hansısa bir qurğu kimi
təzədən işə salmaq mümkün olsun. Xəstələri xəstəliyin caynağından “ölüm-dirim”
savaşıyla alanda həkim xəyalən Anton Çexovla mübahisə edirdi: “Ölüm hər kəsin
normal və qanuni aqibətidirsə, adamların ölümünə mane olmağın nə mənası?” Yazıçı
ilə üzbəüz imiş kimi, “Əgər bir ananın ölümünə mane ola bilsək, uşaqlar uşaqlığını
itirməzlər” – deyə qəzəblənirdi. Tələbə ikən oxudu-ğu “Altı nömrəli palata”
hekayəsindəki fikirləri neçə vaxtdır beynində dolandırırdı: “Ölümə, xəstəliyə qalib
gələ biləcək nəsə tapmalıyıq”. Nə vaxtsa elə bir maddənin tapılmasına və yaxud
texnoloji üsulun kəşf edilməsinə ümidi vardı. “Yaxşı ki, həkim oldum… Yox, buna
anamın ölümü səbəb olub. Kaş o yaşayaydı, mən də başqa peşə seçərdim! Ölü-mün
qarşısında aciz qalanda sakit ola bilmirəm. A.Çexov həkim ikən əsər yazdı. Mən də öz
əsərimi yaradacam. Bu əsər bir tabloda, ya da bir abidədə əks oluna bilər. Mütləq
yaranacaq, nəfəs alacaq, danışacaq, yaşayacaq. Hansı şəkildə olursa-olsun, həmin
əsərdə uşaqlar analı dünyalarından ayrılmayacaq. Bütün peşələr gözəldir, əgər bu
gözəlliyi insanlar korlamasa”. Öz-özünə danışmağı vardı. Uşaqlıqdan adət et-mişdi.
Bu adət təkliyin ona töhfəsi idi. Köks ötürərdi. Ümidini üzmür-dü, yetişən gənc nəslin
ədalətli cəmiyyət quracağına inanırdı. İnsanla-rın dünyaya yalnız dinclik, sevinc bəxş
etmək üçün gəldiyini düşünür-dü.
Əlini uzadıb qadından kağızları aldığı anda beynində bu fikirlər dolanırdı. Həkim
soyuqqanlılığına alışa bilmirdi. Xəstəliklə ölümə uşaq kimi cırnayırdı. İllərdir öz
niskilini də bu üzdən qəlbində əziz-ləyirdi.
Qadın müxtəlif vaxtlarada müalicə alsa da, nəticə ürəkaçan de-yildi. Orqan
transplantasiyası qaçılmaz olmuşdu. Həkim reseptləri bir də gözdən keçirdi. “Əyri-
üyrü” həkim xətti. Gözlərinin qarşısından silinməyən beləcə bir yazı vardı. İndi oxuya
bildiyi yazını ilk dəfə uşaq olanda görmüşdü. Onu oxuya bilmək üçün məktəbə getdi,
ildən-ilə böyüdü, nə qədər kitablar oxudusa da, bu əyri-üyrü xətti oxuyub, nə
yazıldığını öyrənə bilmədi. Kağızdakı oxuya bilmədiyi hər bir söz uşaq qəlbində
sızıltıya dönmüşdü.
Hələ məktəbə getmirdi. Hərflər ona hər gün müşahidə etdiyi qaynaşan qarışqalar
kimi görünürdü. Atası tez-tez anasını həkimə aparır, evə qəribə xətlə yazılmış
vərəqlər gətirirdi. Onlar həmin vərəq-lərə hər dəfə baxdıqca qanları qaralırdı. Tural
valideynlərinin nədən kağızları oxuyub dilxor olduqlarının səbəbini bilmirdi. Bəzən

gizlicə o da kağızları götürür, diqqətlə baxır, heç nə başa düşməyəndə qaytarıb yerinə
qoyurdu. Bir gün atası bunu görüb dönə-dönə tapşırdı ki, kağızlarda işi olmasın. Onu
isə maraq boğurdu: “Axı bu kağızlarda nə yazılıb ki, anam oxuya bilmir, atamsa onu
aparıb kiməsə oxutdurur, sonra evə çoxlu dərman gətirir?”
Bir gün heç kəs orada nə yazıldığını oxuya bilmədi. Onun alə-mində kimsənin
oxuya bilmədiyi yazı üzündən anası dünyadan köç-dü. Evlərində baş verən
bədbəxtlikdən sonra Tural həmin kağızları xəlvətcə götürüb saxladı. Necə olur-olsun,
onu bir gün oxuyacağına söz verdi.
O gündən sonra məşğuliyyəti kağızların üzünü köçürmək, ən böyük arzusu da
onları oxuya bilmək oldu. Uşaqlıq illərinə anasızlıq adı vermişdi.
Məktəbə getməyin səbəbini tay-tuşlarından fərqli dərk edirdi. Hər gün bir hərf
öyrənməkdən darıxırdı. Hərflərin hamısını bir anda öyrənmək istəyirdi, belə olsa
kağızlarda yazılanları oxuya biləcəkdi. Bunun tezliklə mümkün olmayacağını biləndə
dözməyib “sirrini” mü-əlliməsinə açmışdı. Kitabının arasında saxladığı əzik-üzük
olmuş vərə-qi müəlliməyə göstərərək, “Burda nə yazılıb, müəllimə?” – deyə soruş-
muşdu. Müəllimə bu ağbəniz, arıq oğlana maraqla baxıb, əlində olan kağızı alaraq,
indi o xəstədən alıb baxdığı tərzdə kağıza nəzər salıb demişdi ki, “Bu resepdir, oğlum.
Sən bunu hardan almısan?” Hətta tə-laşla yanında dərman olub-olmadığını da
soruşmuşdu.
Tural, müəllimin həyəcanlandığını görüb qətiyyətlə söyləmişdi:
– Yox! Yox! Dərman yox idi. Hamısını anam içib qurtarmışdı.
Onda müəllimənin gözlərində ürəyinə yatan ifadə sezmişdi. Hə-min gün o
ifadənin nə olduğunu bilməsə də, sonralar gözlərindəki kədər bunu izah etmişdi. “Bu
reseptdir, Tural, həkimlər buraya xəstə-lər üçün dərman adları qeyd edirlər. Bunu
oxumaq üçün gərək savadlı olasan.” Həkim olmaq arzusu qəlbində müəllimin bu
sözlərindən son-ra baş qaldırmışdı.
Atası anasız qalmış oğlunun qarşısında gücsüz olduğundan onu ovuda bilmirdi.
Çalışıb-çabalayıb zəhmətlə qazanmaq, ehtiyacları ödə-mək ata üçün daha asan idi.
Bunu sonralar dərk etmişdi. Suallarının cavablarını atasının necə çətinliklə verdiyini
indi dərk edirdi.
– Ata, həkimlər məktəbə getmirlər?
– Heç elə şey olar? – deyə, atası da cavabı sual formasında ver-mişdi, – Məktəbə
getməsək, heç nə edə bilmərik.
– Bəs, onda həkimlər niyə elə pis yazırlar, əyri-üyrü? Elə mənim kimi. Oxumaq
olmur, – hirslə söyləmişdi, – Əgər onlar yaxşı yazsay-dılar, anam ölməzdi.
Araya çökən sükutu yenə özü pozmuşdu:
– Ata, sən niyə heç anamdan ötrü ağlamırsan?
Həmin vaxt atasının ağlından keçən “Görür ki, hər kəs anası üçün ağlayır, təkcə
məndən başqa. Axı uşaq bu yoxluğun ən çox ağır-lığını mənim daşıdığımı hardan
bilsin, dərdim gözümdən tökülmür ki” fikirlərindən xəbərsiz idi. Atasının dinmədiyini
görüb təzədən so-ruşmuşdu:
– Ata, kişilər ağlayar?

– Atalar ürəklərində ağlayırlar, oğlum. Başqasını ağlatmaqdan-sa, adam özü
ağlasa, yaxşıdır.
– Ata, ürəyin də gözü var?
– Ürəyin hər şeyi var, oğlum, hətta ürəyi də.
– Ürəyin də ürəyi ağrıyır? – atasından daha çox şeylər öyrən-məyə çalışmışdı.
Atası başını oğlunun başına söykəyib fiziki ağrılarını ondan aldı-ğı mənəvi
rahatlıqla unutmaq istəmişdi.
– Hə, ürəyin də ürəyi var, oğlum, bircə dünyanın ürəyi yoxdur, – zorla eşidiləcək
səslə ah çəkmişdi.
O vaxt atasını qınayan Tural böyüdükcə başa düşdü ki, hissləri-nə bilərəkdən
sərtlik qatmaq, özünü toxtatmaq, zorla dözüm göstər-mək iki damla göz yaşına
yanağında yer verməmək üçündür. Kişilər göz yaşlarına “qonaqpərvərlik” göstərmir.
İşlədiyi müddətdən bəri həmişə xatirələrini ona hər dəfə rast gəl-diyi analar
xatırladırdı. Ürəyini peşəsinin əzablarına təslim etmişdi. Uşaqların anasız qalmamaları
üçün tibbin bütün imkanlarından istifa-də edir, buna nail ola bilməyəndəsə günlərlə
özünə gələ bilmirdi. Yenə haradasa bir uşağın onun kimi resept oxumaq üçün hərf
öyrənməyə çalışdığını, həkimlərin əyri xəttini pislədiyini düşünürdü.
Qarşısında dayanan xəstə qadına böyrək köçürülməli idi. Qadı-nın əməliyyat
olunmaq üçün maddi problemləri olduğunu bilirdi. Onun əvəzinə hər şeyi üst-başı,
yanındakı azyaşlı övladı, bir də bu cür çətin anlarda xəstəxana divarlarına söykənərək
yeriməsi demişdi. Di-vardan tutub yeriyən qadının, sözsüz ki, həyatda yıxılmaması
üçün tuta biləcəyi qol yox idi. Qadını tanıdığı gündən ağlına gələn fikir onu tərk
etməmişdi. Bugünkü son analizlərdən sonra da onun həyatını xi-las edə biləcək
mərhəmətli insanın elə özü olacağını qərarlaşdırmışdı: “Necə olur-olsun, bu balaca
oğlanın mənim məhrum olduğum səadət-dən uzaq düşməsinə göz yuma bilmərəm. Bu
peşəni buna görə seçmə-dimmi? Öz əsərimi, nəfəs alan, danışan, canlı əsərimi
yaradacağımı arzulamamışdımmı?”
İki oğlan – biri balaca, biri də böyük. Bu bioloji fərq onların mə-nəvi
ehtiyaclarını fərqləndirə bilmirdi. İkisinin də arzusu eyni idi. Turalın ehtiyacı olan
səadəti ona bəxş edən olmamışdı. Amma o, kimə-sə bu səadəti məmnuniyyətlə bəxş
etmək istəyirdi.
– Xanım, – həkim kağızlarla xeyli əlləşdikdən sonra dilləndi, – siz təcili
əməliyyat olunacaqsınız.
Xəstəliyin, kasıblığın əlində aciz qalan qadın təlaşla:
– Həkim, – deyərək güclə oturacaqdan qalxdı, – axı mənim…
– Siz narahat olmayın, – deyə, həkim onun sözünü kəsdi, – hər şey hazırdır.
Qadın məəttəl qalmışdı. Heç nə başa düşmürdü. “Həkim nə de-mək istəyir?”
Nəsə anlamağa çalışırdı, amma ağlına heç nə gətirə bil-mirdi. Yazıq-yazıq həkimin
üzünə baxdı.
– Gedək! – həkimin səsində qətiyyət duyuldu. Qadının təzədən nəsə deməyini
istəmirdi.

– Hara gedək, həkim? – qadın zəif səslə soruşdu.
Hələ də mat-mat ona tamaşa edən qadına təəccüblə baxıb:
– Şöbə müdirinin yanına, – dedi, – Siz sağalmaq istəmirsiniz?
– Axı mən əməliyyata hazır deyiləm…
– Dedim axı, bu barədə narahat olmayın. Siz evə xəbər verin.
Qadının onsuz da xəbər verəcəyi bir kimsəsi yox idi. Bircə oğlu-nu bacısına
verəcəkdi. Sağalacağına ümid etmədiyindən, övladını bacısına tapşırmışdı. Həkimin
rəftarı onu heyrətləndirsə də, daha eti-raz etmək istəmədi. “Nə olacaqsa, olsun!” –
deyib ayağa qalxdı. Oğlu-nun əlindən tutdu:
– Gəl, – deyib həkimin dalınca çıxdı.
Həkim qabaqda gedirdi. Asta-asta yeriməsindən bəlli idi ki, onun zəifliyini
nəzərə alır. Qadın da ona çatmaq üçün addımlarını bir azca yeyinlətdi. Həkimin
qarşısına keçdi. Nəsə demək istədiyini duy-duğundan həkim məcbur olub dayandı.
Qadın titrək səslə:
– Bəs, sizin borcunuzdan necə çıxacam, həkim?! – dedi və özünü saxlaya
bilməyib hönkürdü.
Həkimin hissləri kəsici alət kimi itilənmişdi. Amma özünü ələ alıb ciddi tərzdə,
bir az da amiranə şəkildə əli ilə uşağı göstərib:
– Oğlunuzu böyüdərək, – dedi.
Qadın heyrətdən donub qaldı. Deməyə bir sözü qalmamışdı. Sanki yuxu görürdü.
Həkim, elə bil, düşmənin üstünə yeriyirdi. Üzündə qələbə qaza-nacağına arxayın
olduğunu sezdirən əminlik ifadəsi vardı. Qadından qabaqda gedən, sanki həkim yox,
sevincək anasına tərəf qaçan balaca Tural idi. Bu oğlanı həkim edən səbəbin “əyri-
üyrü” həkim xəttinin olduğunu qadın bilmirdi. Bəlkə, bundan sonra rahat nəfəs alar,
ana-sının geri döndüyünü güman edərdi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest