Kültür Sanat

OYAN!

Dil susub, göz kor olub, beyin anlamır dünyanı,
Dostmudur, düşmənmidir bilinməz sarıb hər yanı,
Haqq nahaq, nahaq da haqq, qurtara bilmirəm canı,
Doğmalı boz təpədə boz aydı, Boz Qurdum, oyan!

*****
Baxıram aynaya boşdur, görən varmıdır üzümü,
Kim, harda boyayıbdı tapa bilmədim özümü?
Səvlərim başdan aşır, axtarmaqdayam düzümü,
Doğmalı boz təpədə boz aydı, Boz Qurdum, oyan!

*****
Atilladan əmanət, İki Başlı Qartal olan,
Göy bayraq, göy səmada yenə qururla dalğalan.
Turan eli gəlməkdə, dünya, haqq üçün çalxalan,
Doğmalı boz təpədə boz aydı, Boz Qurdum, oyan!

*****
Alınacaq qisası düşmənimdən hər ahımın,
“Özünə dön, millətim!” fərmanı budur şahımın.
Atlanın, “səfər bizim zəfər isə Allahımın,”
Doğmalı boz təpədə boz aydı, Boz Qurdum, oyan!

*****
Mən bəyəm, bəy nəslindən, bəydi atam, babam mənim,
Min kəz düşmən biləyin əydi atam, babam mənim,
Bu gecə yuxularıma dəydi atam, babam mənim,
Dedi: qalx, boz təpədə boz aydı, Boz Qurdum, oyan!

Rahim Vahid

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest