OĞUZ RAYONUNDAKI QƏDİM OĞUZ TÜRKLƏRİNƏ AİD 7 QƏDİM MƏBƏD
Sənan Qılıncarslan Qacar
Azərbaycanın Oğuz rayonunun Kərimli kəndi yaxınlığında türklərə məxsus 7 qədim məbəd aşkar edilmişdir. Məbədlərin ikisində qazıntı zamanı zəngin tarixi materiallar tapılmışdır. Arxeologiya və Etnoqrafiya ETİ-nin arxeoloqu Nəsib Muxtarov bildirmişdir ki, məbəddə tapılan boyu 168 santimetr kişi skeleti və onun yanında tapılan qədim türklərinə məxsus 10×8 ölçüdə öküz başının təsviri həkk olunmuş qızıl maska, qızıl muncuqlar, üzük və sırğalar nadir tapıntılardır. N. Muxtarov onu da demişdir ki, həmin əşyaların yalnız Mingəçevirdə tapılan qədim əşyalara bənzərliyi vardır. Öküz başının təsviri olan qızıl maskanın isə Cənubi Qafqaz ərazisində tapılmış qədim tapıntılar arasında oxşarı olmadığını qeyd etmişdir. Hazırda məbədlərdə tədqiqat genişləndirilir və gələcəkdə burada tarix-arxeologiya muzeyi yaradılması da nəzərdə tutulur. Bundan əlavə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya şöbəsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Kərimli kəndində e.ə. I minilliyə aid sərdabə tapılıb. Burada ocaq izləri aşkarlanıb. Qəbirdə həmçinin mis bəzək əşyaları, dəmir iynə ucluqları, muncuqlar tapılıb. Bu, alimlərə ölkəmiz ərazisində sənətkarlığın çox qədimdən bəri inkişaf etdiyini sübut etməyə əsas verir. Aşkar olunmuş gil qablar arasında əvvəllər Azərbaycanın Gəncə və Naxçıvan regionlarında tapılmış qablarla analoji olan nümunələrlə eynidir.
Müthiş bir yazı…