Genel

Nicat Hunalp – Şeirler

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nicat Hunalp

Söykən çomağına eloğlu

Taleyin yazılıb bu çölə, düzə,

Bəxtin  dəyənəyə, çomağa düşüb

Hay- haray salmısan köçü Arana,

Gah yolun yaylağa, gah dağa düşüb.

                      ***

Söykən çomağına , söykən eloğlu,

Quşgözü seyr elə bu çölü – düzü

Görən kim ağladıb bu buludları,

Göyün ayağını yerdən kim üzüb.

                  ***

Səni də sabaha tez çıxaracaq ,

Qoyunlu yuxular ,yunlu  yuxular

Hələki üyüdür dərdimizidə,

Dəyirman yuxular , unlu yuxular.

                      ***

Bu qaşqa təkələr, bu azman qoçlar,

Hələ ac saxlamaz tox saxlar bizi

Birdən göy otlara yuxu satarıq,

Çəpişlər, quzular sorağlar bizi.

                   ***

Uzat ayağını bu çöl düzündə,

Birazca ayağın dinc qalsın belə

Çomağ qorxusu var qoynun canında,

Ölmək qorxusu var gözündə hələ.

                     ***

Söykən çomağına,söykən eloğlu,

Dərdini qoyuna – quzuya denən

Dişinin dibində sıx – saxla hələ,

Dərdini Tanrılı yazıya denən.

                    ***

Ovut kədərini çöllərdə ovut,

Qurut köynəyini buludun üstə

Açıb qollarını göylərə sarı,

Uzan bu Tanrılı göy otun üstə.

                       ***

Söykən çomağına ,söykən eloğlu

Dayan bu qarğıdan boz atın üstə,

Söykən çomağına,söykən eloğlu.

Qara çadır dastanı

 Bu qara çadır mənə borc

 olsun dedi  Alp Aruz

Gəlmişəm sözümü dinlə ay dədə,

Min ildir ruhumda gör nələr yatır

Oğuzun başına bəla gətirdi ,

O qara qovurma ,o qara çadır.

                     ***

Buyruğu beləydi Bayandur xanın,

Üç çadır qurulsun ağ , qızıl, qara

Ağrısı getməyib həmin yurtanın,

O çadır Oğuzun qəlbində yara.

                  ***

Küsəndə obadan,eldən Alp Aruz,

Dış Oğuz ,İç Oğuz  oldular düşman

Alma tək içindən oyuldu Oğuz,

Axırda Oğuzu tutdu həmin qan.

                    ***

Həmin qan Oğuzu yuxuya verdi,

Həmin qan Oğuzu daşa çevirdi

Tanrı qara yazdı bəxtin Oğuzun,

Tanrı baharını qışa çevirdi.

                 ***

İndi haqqı deyim , mən haqqı Dədə,

Tutalım kökümüz lap qurddan gəlir

Bizim başımıza gələn bəlalar,

Elə sən Dədəmiz Qorquddan gəlir.

                 ***

Tanrı yazmayırmı taleyi ,bəxti?

Tanrı vermir məgər oğulu- qızı?

Bəs niyə sındırdı bəy qürurunu,

Ulu xan babamız o Alp Aruzun.

                ***

Tutdu gözümüzü o qarğış, o ah,

Babamız etdiyi səhv tutdu bizi

Neçə il ulu xalq, bəy xalq , sultan xalq,

Deyə – deyə babam ovutdun bizi.

                     ***

Züryətsiz olmağı günahı deyil,

Tanrının Aruza yazan yazıydı

O vaxtdan bu yurdda bütün sonsuzlar,

Talecə , qismətcə Alp Aruzuydu.

                    ***

Olarda qınandı eldə, obada ,

Oğulsuz dedilər qızsız dedilər

Toya çağırmayın uğursuzluqdu,

Sən Allah yan elə, sonsuz dedilər.

                     ***

İçində göynədi yarası Dədəm,

Kimsə nə çəkirdi Aruz ,bilmədi

Uçmağa vardıda , qəbridə itdi,

Qara çadırdakı Aruz ölmədi.

                 ***

Daşıdı içində sonsuzluq dərdin,

Min ildir yerində daşlaşıb qalır

Baybican, Bəybura, Qılbaş , Alp Aruz,

O qara qovurma ,o qara çadır.

             Bayquş kədəri

Həmin yay gecəsi dərd üstəmiydi?

Dərdini danışsın deyə gəlmişdi

İlahi , gilənar budağı üstə,

Oturan , o bayquş nəyə gəlmişdi ?

                 ***

Taleyin əlində başı qovğada ,

Nə yeri verdilər, nə göyü ona

Xaraba yerlərə yazıldı bəxti,

Tanrıda   qıymadı bir öyü ona.

                 ***

O gün nə düşmüşdü yadına görən,

Yarasın beləcə nə tərpətmişdi?

Gecənin yarısı dərdin bölməyə,

Qapımı bayquşa kim göstərmişdi?

                      ***

Tanrı qonağıydı , Tanrı qonağı,

O bayquş görəsən nəyə gəlmişdi,

Bir kəlmə demədi, heç danışmadı,

Bəlkə də , Tanrıydı hələ kim bilir?

Öldümmü? , sağammı  deyə gəlmişdi.

Ölüm kədərliydi o axşam çağı

Ölüm kədərliydi o axşam çağı ,

Ölüm qoxuyurdu evin hər yanı

Atamın saatı ,anamın şalı,

Babam tüstülədən son siqarıda ,

Nənəm  düyünçəyə yığıb aparıb.

                     ***

Ölüm kədərliydi o axşam çağı,

Gecənin ən yalqız, ən kürən vaxtı

Nənəm hazırlaşır burdan köçməyə

Xalam gözlərini divara dikmiş,

Anam qayçı gəzir kəfən biçməyə.

                   ***

Ölüm kədərliydi o axşam çağı ,

Hələ onda  bildim otuz yaşımda ,

Adam nənədən də yetim qalarmış

Hələ də gözümün önündən getmir,

Taleyin üzünə çəkdiyi qırış.

                        ***

Ölüm kədərliydi o axşam çağı

Sən getdin saçından düşən bircə tel,

Yorğanın üstündə evsiz  üşüyür,

Sən getdin bir yolluq pəncərəndə gül,

Otağın darıxıb sənsiz  üşüyür.

                   ***

Ölüm kədərliydi o axşam çağı,

Boynuma asdığım kərgədan  dişi,

Fikrimdə yas tutub sənə bir şaman,

Diksindim gördüm  ki, papaqlı kişi,

Məzarın üstündə oxuyur Quran.

                ***

Ölüm kədərliydi o axşam çağı,

Tənha məzarlığın ən axırında ,

Özümlə danışdım başdaşın üstə

Sənə gətirdiyim nərgizgülünün,

Solan çiçəkləri məzarın üstə

Ruhumu bürüyüb qaranlıq kölgə,

Yorğun addımlarım yol alır öyə

Gecələr ölülər danışır bəlkə,

Şəkillər daşlardan baxırlar göyə.

Nicat Hunalp
Nicat Hunalp

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest