GenelGüncelKültür Sanat

Nicat Hunalp – şeirlər

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Nicat Hunalp

 şeirlər

Uzaq Altaylarda bir ruh dolaşır

Uzaq Altaylarda bir ruh dolaşır,
Obun ,Yeniseyin ,Orxunun üstə.
Yazılır tarixin qanlı sözləri,
Göytürkün, Ağ Hunun, Uyğurun üstə.

                  ***

Dolaşır Qobidə yalqız başına,
Qaçır bir savaşçı son savaşına .
Ölsə tarixlərin qurd yaddaşına,
Köçür şamanların ruhunun üstə.

                   ***

Min ildir yoldadı Müngenin ruhu.
Dünyanın köksündə bir dəhşət, qorxu.
Yücədir Türk üçün od ,torpaq və su,
Mən də qurban gedim qoy odun üstə.

                     ***

Bax odur daş olan, heykələ dönən,
At üstə baş kəsən alpıydı, dünən.
Qurdbaşlı tuğ əldə sonuncu ölən,
Baturun qanıdı, onqonun üstə.


Qurd yaddaşı

Böyük çölüm kədərinə tapındım,
Orxon çayı sularında arındım.
Ötükənin daşlarındadı andım,
Qurd yaddaşı.

                     ***

Yadına sal Ağsuvarı, Bögünü,
Bilgə xanım çəkdi Türkün yükünü.
Geri qaytar xaqanların Börkünü,
Qurd yaddaşı.

                     ***

Tanrım Türkü gəl yenidən yap, yoğur,
Ulu anam bir də bizi qurd doğur .
Attila, Asparux, Kürşad, Moyon Çur,
Qurd yaddaşı.

                     ***

Kimlər aldı  qılıncımı, oxumu,
Cücərəcək Türkün qutlu toxumu.
Min ildir ki, qarışdırıb yuxumu,
Qurd yaddaşı.

                     ***

Güman yerim ulu şaman duası,
Göyüm – göyüm göynər vətən yarası.
Altaylarla Balkanların arası,
Qurd yaddaşı.

                     ***

Bozqurd ömrü yaşamışam mən, dədə,
At üstündə keçdi ömür, gün dədə.
Yaşayır o mən də, on da, səndə də,
Qurd yaddaşı.

                     ***

Turan dərdin öz içində yaşayır,
Tanrı verən ömrü bəndə yaşayır,
Yaddaşımın bir küncündə yaşayır.

Məndə üsyan gizlənib

Mənim yalqız ruhumda ,
Yüz ildi an gizlənib.
Gözlərimin içində,
Yatıb, zaman gizlənib

                     ***

Din qarışıbdı dinə,
Kim gedir haqq evinə.
Türkün qədim dinində,
Ulu şaman gizlənib.

                     ***

Günbatan Gündoğana,
Həsrətdi indi ana.
Girsədə şeytan dona,
Onda iman gizlənib.

                     ***

Çadırımda men təkəm,
Bu dərd mənimsə, çəkəm,
Məndən bir an, bircə dəm,
Kömək uman gizlənib.

                     ***

Mələklərin and yeri,
Yeri üsyanım, yeri.
Tanrı özü bilirki,
Məndə üsyan gizlənib.

Atlar ataları hara apardı

Torpağa qarışdı qılınc da, ox da,

Atlar ataları hara apardı?

Qulağımdan getmir o nalə, ah da,

Atlar ataları hara apardı?

                     ***

Savaşlar görmüşdü o köhlən atlar,

Yalmanı qan görmüş o yüyən, atlar.

Ölümün üstünə yürüyən atlar,

Atlar ataları hara apardı?

                     ***

Hardadı o murad, o baxt atları,

O mülk xaqanları, o taxt atları.

Tarixə çevirdi o vaxt atları,

Atlar ataları hara apardı?

                     ***

Qılıncı qınında ölən igidlər,

Taleyi üzünə dönən igidlər.

Bilsəniz mənə də deyin, igidlər,

Atlar ataları hara apardı?

                     ***

Atlarla yaşıddı dünyanın yaşı,

Atlar savaşçının dostu, qardaşı.

Əyil qulağıma de, at yaddaşı,

Atlar ataları hara apardı?

                     ***

Hayana ayrıldı bu yol, bu cığır,

Tarixin yükünü çəkmək nə ağır.

Dəli atım, köhlən atım -bir çağır,

Atlar ataları hara apardı?

                     ***

Cismi torpaq, ruhu göyün üzündə,

Nə təlaşlar, nə qorxular gözündə.

Atlar getdi ataların izində,

Atalar atları hara apardı?

Atlar ataları hara apardı?

Mən də bilmirəm qardaşım

Mən də bilmirəm qardaşım,

Bu gün ya sabah, bilmirəm.

Bizi kim çıxaracaq ki,

Ağ günə, vallah bilmirəm.

                     ***

Əlimizin duzu varmı,

Alnımızda yazı varmı?

Qonşumuz  Akif dayı da

Kabablıq bir quzu varmı?

 Bilmirəm.

                     ***

Üzü bir biçimdə qalan,

Hamıdan xəbərsiz  bir küçə,

Hər kəsdən uzaq bir dalan,

Qalıbmı? Bilmirəm

                     ***

Məndə yaşamaq qorxusu,

Yuxum  Əshabi Kəhf yuxusu.

Burnumda torpaq qoxusu,

Mənə yer varmı? Bilmirəm.

Göytürk

Göytürkdən qutlu yol gələn,
Bir dəlilik var içimdə.
Qılınc çəkir düşmən üstə,
Qarluqlar, Hunlar içimdə.

                     ***

Qurd geyimli Alp Qutalmış ,
Başlar kəsmiş, öcün almış.
İgid ölmüş adı qalmış,
Qəzəbi oynar içimdə.

                     ***

Ulu Altay, Kulin – Bugir,
Buryat,türkeş,yağm , çigil.
Qarı düşmən yoldan çəkil,
Vulkanlar qaynar içimdə.

                     ***

Ruhumu dirildən şaman,
Niyə gəlmir axı o an.
Ayağa qalxacaq Turan,
Sonsuz ümid var içimdə.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest