Genel

Nazım Nasreddinov: Səid Əfəndi Ünsizadə (1842, Şamaxı-1903,İstanbul) və türk dünyasının aydınları

Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan,Türkiyə aydınları ilə geniş yaradıcılıq əlaqələri olan ziyalılarından biri də Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.

” Ünsizadə”- Səid Əfəndinin türklər demişkən “takma” soyadıdır. (Atası ərəb mənşəli ,ünsiyyət anlamı verən  “Ünsi ” təxəllüsü ilə şeir yazdığından oğlanları “Ünsizadə”soyadını qəbul etmişlər ).

S.Ünsizadə 1842-ci ildə Şamaxıda anadan olmuşdur.Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa getmişdir.

 Bəzi mənbələrdə Səid Ünsizadənin  Misirdə oxuduğu iddia edils də, bunu təsdiq edən heç bir sənəd yoxdur . S.Ünsizadə təhsilini başa vurub,Şamaxıya qayıtmış, burada məktəbdarlıq etməyi qərara alımışdır.

Araşdırmalar göstərir ki, S.Ünsizadə Şərq ədəbiyyatını yaxşı öyrənmiş,  tezliklə savadlı müdərris olduğunu öz fəaliyyəti ilə sübut etmişdir.

1873- cü ilin əvvəllərində Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra   ölkə paytaxtı Bakıya köçsə  də birsıra idarələr  hələ də Şamaxıda fəaliyyət göstərmişdir.

Öz fəaliyyətini Şamaxıda davam etdirən idarələrdən biri də Bakı Quberniya Əhli-Təsənni İdarəsi idi. Səid Ünsizadə də   bu idarənin üzvü idi..

S.Ünsizadə bir neçə aydan sonra -1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri təyin olunur.Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə  yeni tipli məşhur ibtidai  təhsil ocağı yaradır,müəllimlik işinə  elmi və metodiki hazırlığını yüksək olan lmək aydınları cəlb edir

S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar — Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi ,Tiflisə ezam olunur.

Yeri gəlmişkən qeyd edək k, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olurdu. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə ikidilli tərcümə lüğəti hazırlamışdı.

Belə adamların iş fəaliyyətini yoxlamaq S.Ünsizadəyə göstərilən böyük etimad idi.

Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin edilir.

S.Ünsizadə  vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır.O, 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya ) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir.S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.

S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 25-də çıxır. “Ziya”nın ilk iki  nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar.

Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai – siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə –Ezop manerası ilə işıqlandırılırdı.

1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” qəzetindən götürülərək cəmi bir həftədən sonra”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir.

“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsi açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bü mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü  abunə çətinliklərdə ona kömək etmək istəyirdi.

Mən bu məsələ haqqında Bakıda görkəmli jurnalist Malik Rəcəbin redaktorluğu ilə nəşr olunan “Təhsil problemləri” qəzetinin 01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca bir yazı çap etdirmişəm.

1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki, onun haqqıda əvvəllər  ətraflı məlumatımız yoxdur. Adı təkcə bir yerdə— “Ziya”ya kömək edənlərin sırasında verilmişdir.Sonrakı tədqiqatlar göstərdi ki,o, Şəkili Omər bəyin bacısı  oğludur və Türkiyənin dövlər qurumunun aparıcı şəxslərindən biridir.

Şahin Əfəndinin adına ilk dəfə M.F.Axundzadənin məktublarında gördük.
M.F.Axundovun 1865-ci ildə yazdığı bir məktubunda Şahin Əfəndinin Türkiyə Sədr-Əzəminin adyutantı olması faktı üzə çıxdı. “Ziya”qəzetinə maddi kömək edən Şahin Əfəndi Türkiyə Sədr-Əzəminin yaxşı tanıdığı Şirvanlı Ömər bəy Şahpələngin bacısı oğlu imiş.

1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqasiyyə”adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi.Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə olduğu üçün oxucuları qane etmirdi:

S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.


S.Ünsizadə  1883-cü ilin sonlarında  Şamaxıya qazı təyin olunduğuna görə,  Tiflisı–yaradıcılıq imkanlarına yaxşı şəraiti olan paytaxtıi tərk edib, doğma şəhərinə-Şamaxıya qayıdır.”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini damadı advokat ( vəkil) Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində

SƏİD ÜNSİZADƏNİN MƏQSƏDİ  MƏTBUAT VASİTƏSİLƏ  RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR

fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi.

Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki,  S.Ünsizadə       quberniyanın dini rəhbəri kimi  Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək,mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş.
Təəssüf k., onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı; haqqında dövlət orqanlarına yalan məlumatlar verilir,o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur.

Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır,1990-cı ilin əvvəlində türk dünyasının baş şəhərinə—İstanbula üz tutur. Burada maarif sistemində işləyir , “Quran “ın türk dilində təfsirini yazır, “Hümayünnamə”ni fars silindən türk dilinə tərcümə edir, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

Səid Əfəndinin kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül ” (əvvəl jurnal, bir müddətdən sonra qəzet kimi nəşr edilmişdir-N.N.) adlı mətbu orqanı 1891-ci ildə bağlanandan sonra, İstanbula-qardaşının yanına təşrif aparır.

“Molla Nəsrəddin” jurnalının 1907 -ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920- ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləmiş,1933-cü ilin fevral aylnda Ankarada dünyasını dəyişmişdir. Onun qəbrinin yeri hələ müəyyənləşdirilməmişdir.

Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyun aynda dərc olunan nömrəsindəki nekroloqdan öyrənirik ki , “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir”.Sonrakı tədqiqtlarda bu  məsələyə müəyyən düzəlişlər edildi.

Səid Ünsizadənin İstanbullu qohumları ilə əlaqələr genişlənəndəb sonra məlum oldu ki,SÜnsizadə 1903-cü ildə61 yaşında İstanbulda vəfat etmişdir.

Səid Ünsizadə İstanbulda Fatih Camii Hazirəsində  Fatih Camii Hazirəsində dəfn olunmuşdur.

Qəbirüstü abidəsindəki yazılardan məlum olur ki,S.Ünsizadə ömrünün  son illərini (1890-1903) Türkiyənin Maarif Məclisinin əzası kimi  məsul vəzifədə çalışmışdır.

 Qeyd edək ki, Bakıda nəşr olunan “Həyat” qəzeti S.Ünsizadənin ölüm xəbərində onu yaxşı tanıyanlara müraciət edərək,türk dünyasının bu böyük fazili haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə dərc edəcəyini  bildirirdi.

 “Həyat” qəzetinin bu   çağırışı maarif tariximizdə böyük xidmətləri olan S.Ünsizadəyə-  işıqlı fikir adamınaı qayğı kimi yüksək qiymətləndirilməlidir.

2022-ci ildə Səid Ünsizadənin təvəllüdünün  180 ili tamam olur.Bu münasibətlə son illərdə bir sıra tədqiqatlar aparılmış,S.Ünsizadənin foto şəkli oxuculara tanıdılmışdır.S.Ünsizadənin dərslikləri,tərcümələri ,publisistik yazıları haqqında geniş tanıtma yazıları çap olunmuşdur.Bu cəhətdən onun imtiyaz sahibi ilduğu

“Ziya” qəzetinin  ( 25.01.1879,Tiflis-26.06.1884,Tiflis) də tədqiqi  və əsas müxbirləri  haqqında  müəyyən yaddaqalan işlər görülmüşdür.

Yubiley tədbirlərinin sırasında İstanbulda nəşr olunan “Kırımın sesi” qəzetinin  redaktoru hörmətli hocamız Mustafa Sarıkamış həzrətlərinin də rolu çox yüksək qiymətləndirilməlidir.

Artıq bir neçə aydır ki, “Kırımın sesi” qəzetində “Səid Əfəndi Ünsizadə (1842-1903) və İsmayıl bət Qaspıralı (1851-1914) layihəsi” çərçivəsində  xeyli maraqlı tədqiqat xarakterli yazılar,arxiv sənədlərinə əsaslanan araşdırmalar  müntəzəm olaraq oxuculara çatdırılır.

***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.

Bakı,

08.06.2021

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest