GenelGüncel

Nazim Nəsrəddinov: Türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri: Axund Cəlal.”Risaleyi-hesabiyyə” (“HESAB” dərsliyi ).Tiflis,1884-cü il

Tiflisdə Azərbaycan dilində çap olunan “Ziyayi-Qafqasiyyə” qəzetinin
4 mart 1884-cü il tarixli 2-ci nömrəsinin  ilk səhifəsindəki “Risaleyi-hesabiyyə”(Hesab kitabı-N.N.) başlıqlı kiçik bir xəbər diqqətimi cəlb etdi.Xəbərin birinci səhifədə dərc edilməsi heç də təsadüfi deyildi.Bu yazı  türk dünyasının  anadilli ilk türkdilli  dərsliklərinin  tarixini,məzmununu və  məsələyə o dövrün metodiki yanaşmasını öyrənmək baxımından hər bir tədqiqatçıda maraq doğurur. Xəbərin müəllifi   “Ziyayi-Qafqasiyyə” qəzetdə açıq şəkildə göstərilməsə də, məzmununa, üslubuna və səhifədə  tutduğu yerə görə onun “Ziya”nın redaktoru, əsas mühərriri  və sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə tərəfindən yazıldığı aydın şəkildə hiss olunur.
Xəbəri olduğu kimi, üslubuna və imlasına müdaxilə etmədən elmi ictimaiyyətin diqqətinə  çatdırırıq:

 “Risaleyi-hesabiyyə”

    Məzkur isimdə tazə hesab kitabı “Kəşkül”  mətbəəsi 
 təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq. Xeyli xanə  (oxunaqlı-N.N.) xətt ilə basılmışdır. İbarəsi dəxi sadə açıq türkcədir. “Risaleyi-hesabiyyə” müsəlman məktəblərində  şagirdlərə  hesab elmini öyrətmək üçün yazılmışdır. Müqəddimati-hesabiyyə ilə  bir xeyli məsələləri və qaidələri öyrədir.Qiyməti məktəblər üçün  biri otuz qəpikdəndir.Məzkur  “Kəşkül” qəzetəsinin  bu xidmətindən  təşəkküredilməlidir”

Qeyd edək ki, “Kəşkül”- 1883-1891-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunmuş mətbu orqanın adıdir. Bir neçə nömrəsi jurnal şəklində buraxılsa da, sonralar qəzet kimi fəaliyyət göstərmiçdir.“Kəşkül” əvvəllər “Ziya” qəzetinin mətbəəsində, sonralar  isə  Cəlaləddin Əfəndi Ünsizadənin  Türkiyədən aldığı mətbəə avadanlıqlarl ilə təchiz olunan öz şəxsi mətbəəsində nəşr olunmuşdur.

“Ziyayi -Qafqasiyyə”dəki  xəbərin izi ilə arxivləri ələk-fələk eləsək də,  uzun müddət “Hesab” kitabını tapa bilmədik.Nəhayət, kitabın bəzi  mütəxəssislərə məlum olan  yeganə  nüsxəsinin   M.Y.Saltıkov-Şedrin adına Rusiya  Milli Kitabxanasında  saxlandığını öyrəndik. 

“Hesab” dərsliyinin  mikrofilmi 12 iyun 1963 -cü ildə sifariş verilərək M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına gətirilmişdir.
    “Hesab” dərsliyi haqqında  B.Ağayevin 1964-cü ildə çapdan çıxmış “Azərbaycan sovet məktəbində riyaziyyatın tədris tarixinə  dair” monoqrafik tədqiqatında  qısa şəkildə söz açılmışdır.
    Dərslik haqqında ilk dəfə bu sətirlərin müəllifi tərəfindən  ayrıca elmi məqalə yazılmış, maraqlı bir əsər haqqında elmi  ictimaiyyət  geniş şəkildə məlumatlandırılmışdır.
Dərslik cəmi 28 səhifədir. Mötərizədə “qismi-əvvəl” yazıldığına görə onun  digər hissələrini də axtarmaq arzusu  ortaya şıxsa da,təəssüf ki,  hələlik  bu istiqamətdəki axtarışlar nəticəsiz qalmışdır.  Kitabın  üz qabığında müəllifin adı Axund Cəlal  kimi göstərilir.
    Biz bu qənaətdəyik ki, Axund Cəlal  takma addır,təxəllüsdür.  Axund Cəlal -əslində”Ziya”nın redaktoru, vaxtılə  Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olmuş görkəmli maarifçi  Səid Ünsizadənin ortancıl  qardaşı, “Kəşkül” qəzetinin redaktoru  Cəlaləddin Əfəndi Ünsizadədir. Sünni təriqətinə mənsub olan Cəlalın (Cəlaləddinin-N.N.)  “AXUND” kimi  təqdimatı Senzor  Komitəsinin  əməkdaşlarının fikrini yayındırmaq məqsədi daşımışdır. Belə ki, tarixin bu vaxtında  bir sıra bədxah adamlar Ünsizadə qardaşlarının geniş maarifşilik fəaliyyətindən qorxuya düşərək, onları qaralamaq, hökumətin nəzərindən salmaq fikrinə düşmüşdülər.  Bu  qalmaqallı münasibət  sonralar da davam etdirilmiş,Ünsizadə qardaşları  türk dünyasının  o vaxtkı baş şəhərinə-İstanbula köçməli  olmuşlar.
  Ünsizadə qardaşları   türk dünyası üçün  çox əhəmiyyətli olan öz maarifçilik fəaliyyətlərini burada da davam etdirmişdilər.Səid Əfəndi İstanbulda  yaxın dostu Münif paşanın köməkliyi ilə maarifçilik  fəaliyyətini davam etdirmiş,İstanbulda yaşadığı 13 il ərzində-1890-1903-ci illərdə Quranı türk dilinə təfsir etmişdir.

Bu məlumat oxuculara Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin himayədarlıq etdiyi “Həyat “qəzetinin   5 iyul 1905-ci il  tarixli  21-ci nömrəsində çatdırılmışdır.

Cəlal Ünsizadə  İstanbulda daha mötəbər vəzifədə çalışmışdır.O,Türkiyə sultanının dəftərxana müdiri vəzifəsində əhəmiyyətli maarifçilik işləri ilə məşğul olmuş,türkdilli xalqlara mənəvi bələdçilik etmişdir. O, sonralar Xarici İşlər Nazurliyində məsul vəzifələrdə çalışmışdır.rCəlal Ünsizadə 1933-cü ilin fevtalında Ankarada vəfat etmişdir.
Cəlal Ünsizadənin İstanbuldakı ilk fəaliyyəti haqqında Cəlil Məmmədquluzadənin  “Batdağ” felyetonunda maraqlı məlumatlar vardır.”Batdağ” felyetonu  ilk dəfə “Molla Nəsrəddijurnalının 18 noyabr 1907-ci il tarixində çıxan 43-cü nömrəsində çap olunmuşdur.Cəlal Ünsizadənin həyatı haqqınd Samet Ağaoğlunun “Babamın arkadaşarı” adl itabında da maraqlı səhifəər vardır.
Müasir günlərimizdə Azərbaycan ədəbiyyatını tədqiq edən  görkəmli türk ədəbiyyatşünası  Dr.professor Yavuz Akpinar Cəlal Ünsizadənin  1918-ci ildə türk qoşunları ilə  Gəncəyə  gəldiyini yazır.
Bu lazımlı məlumatlardan sonra yenidən əsas mövzumuza -“Hesab” dərsliyinin  tarixi məqamlarına  və incələnməsinə   qayıdırıq.
Dərslik  “Ziya” mətbəəsi  əsasında yaradılmış “Kəşkül” mətbəəsində təb və nəşr edilmişdir.  Kitabın  nəşr ili üz qabığında  müsəlman təqvimi ilə  1301  göstərilir ki, bu da miladi tarixin 1884-cü ilinə uyğundur.

   Qeyd edək  ki, “Risaleyi -hesabiyyə”  Ünsizadə qardaşlarının özlərinin öz şəxsi mətbəələrində çap etdikləri  üçüncü dərslikdir.Burada başqa dərslklər də çap olunmuşdur.    “Risaleyi hesabiyyə” ərəb dilində yazılmış  dərsliklərə uyğun şəkildə  tərtib edilmış, titul səhifəsində onun  
“mübtədi müsəlman şagirdlərinə (ibtidai siniflərdə oxuyan müsəlman  məktəblilərinə-N.N.) məxsus olduğu xüsusilə vurğulanmışdır.
     Senor Komitəsi dərsliyin nəşrinə 14 yanvar 1884-cü ildə  icazə vermişdir.Deməli, dərsliyin yazılma tarixi  daha əvvəllərə, bəlkə də  Cəlal Əfəndinin  Şamaxıdakı   “Məslis Məktəbin”də işlədiyi illərə (1874-1878)  gedib çıxır. 
Maraqlıdır ki, məşhur şair, Ünsizdə qardaşlarının  əqidə və məslək dostu olan  S.Ə.Şirvaninin   1878-ci ildə yazıb tamamladığı “Rəbiül-ətfal” (“Uşaqların baharı”) dərsliyi də   Cəlal Əfəndi Ünsizadə ilə birlikdə  “Məclis məktəbi”ndə müəllim işləyərkən  məktəb uşaqlarına verdiyi dərslər  əsasında  ərsəyə gəlmişdir.
     Nə isə…
     C.Ünsizadə “Hesab” dərsliyinin bir səhifəlik  müqəddiməsində  əsərin yazılma səbəblərindən söz açır, onun yazılmasında istifadə  etdiyi qaynaqları göstərir:

“Bizim  müsəlman məktəblərində fənni-hesab  təlim olunmayır. Onun səbəbi dilimizdə  mübtədilərə məxsus  bir kitab olmamağıdır.Məəhaza (bununla bərabər-N,N.),elmi-hesaba olan  ehtiyacımızı gizlətmək  olmaz.Çünki bizim  övladımız  məktəbdən çıxıb ticarət ilə məşğul olurlar ki, tüccara (tacirlərə-N.N.) da hesabı bilmək zəruridir”.

      Müəllif daha sonra yazır:
Biz bu əşkalı  Şeyx  Bəhaəddin  Əleyhirəhmanın (ona rəhmət olsun!) ərəb dilində təlif elədiyi  “Xülaseyi–əlhesab” ilə rəf də bilmərik. O kitabı bizim tələbələrdən  müntəhiləri (bitirənləri-N.N.) həzar məşəqqət ilə öyrənirlər”.

      Dərslik müəllifi  ana dilində aparılan təlimə üstünlük verərək, ürək ağrısı ilə yazır:

 ” Ərəbcə yazılmış olan bir kitabı türkcəyə öz madərzadi (anadangəlmə-N.N.) dilimizə nəql eləmək müşkülmüdür?
Fənni-hesabı ərəblər öz dillərinə  gətirdikləri  kimi biz də gətirə gətirə bilərik. Bu mühüm əmrə şüruh  olunmaq ( şərh vermək-N.N.) bizim millət məktəblərinə  nəzarət edən  baş ruhani dairələrinin  ( o vaxtlar  Zaqafqaziya Ruhani İdarələrinə  şeyxülislam Əhməd bəy Hüseynzadə və müfti Hüseyn Əfəndi Qayıbov  rəhbərlik edirdilər-N.N.) borcu  isə də  biz onlara kömək vermək niyyətilə  və millətimiz ətfalının  nəfini mülahizə etməklə işə şüruh edib bir neçə Şərq və Qərb asarından (əsərlərindən) xülasə  bir “Risaleyi-hesabiyyə” dilimizə nəql elədik.Bu niyyət və zəhmətin  bənayi- millətə faidəli olacağınaəminəm”.

 Müqəddimənin sonunda adını “Cəlal” ( bu yerdə Cəlal sözünün əvvəlində axund sözü yazılmayıbN.N.) kimi  göstərən müəllif  dərsliyi yeni üsulla tərcümə və təlif etdiyıni vurğulayır.
Dərslikdə hesab elminə aid  qaydalar, təriflər, metodiki güstərişlərlə yanası,  28  nömrə ilə  27 məsələ  də  verilmişdir.Məsələlər  bu gün də şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək baxımından çox maraqlı görünür.****

“Hesab” dərsliyi haqqında filologiya elmləri doktoru, professor Asif Rüstəlinin də maraqlı araşdırmaları var.O,dərsliyin müəllifinin  şuşalı Mirzə Cəlal Yusifzadə olduğunu iddia edir.

Tədqiqatçı  mətbuat tarixinə aid məqaləsində M.C.Yusifzadənin tərcümeyi-halından  söz açanda  onu dərslik yazmağa qadir  qələm əhli kim də  təqdim edir:

“Mirzə Cəlal Yusifzadənin doğum tarixini 1861 və ya 1862-ci il göstərsələr də  Nəvvab təzkirəsində birmənalı olaraq hicri-qəməri tarixi ilə 1277, yəni miladi ilə 1859-cu il yazmışdır. Başqa sözlə,  Mirzə Cəlalın 1892-ci ildə 33 yaşı olduğu təzkirədə qeyd edilmişdir. 
Bu qaynaq bizə məlum olan mənbələrdən birincisi və ən mötəbəridir.
Digər xatırlatma M.C.Yusifzadənin təhsili ilə bağlıdır.

Ədibin oğlu Alim Yusifzadənin xatirələrində atasının “İran və İraqda 7 il təhsil görərək Şuşaya axund kimi qayıtdığı”

vurğulasa da, Mir Möhsün Nəvvabın məlumatı – İranın Kerman şəhərində  İbrahim xan Qacarın hüzurunda on il elmləri təhsil et”məsi daha səhih və inandırıcıdır”.

  Haşiyə. Bizə elə gəlir ki,  təhsilimi  qurtarandan sonra

“Şuşaya axund kimi qayıtmaq” ifadəsi  müəllifin öz qəhrəmanına rəğbətini dəqiq ifadə etmir.

Belə ki,axund və ya əfəndi titullarını o vaxtlar din xadimlərinə yaşadıqları ərazinin dini rəhbərlərinn təqdimatı ilə ZAQAFQAZİYA ŞİƏ və ya
ƏHLİ-TƏSƏNNİ RUHANİ  İDARƏLƏRİNİNDƏ 
imtahan yolu ilə verirdilər.

Bunu Ö.F.Nemanzadə və Pəşid bəy Əfəndizadənin timsalında xatırlamaq olar. Ö,f.Nemanzadə Türkiyədə,P.Əfəndizadə isə  Qoridə oxumuşdu.Onların hər ikisi müəllim işləmək üçün Tiflisdə Zaqafqaziya -Əhli Təsənni İdarəsində çətin imtahan sınağından keçmişdi.

_____***____

  Asif Rüstəmli  məqaləsində M.C.Yusifzadənin təhsil yollarını da işıqlandırır:

” İbtidai təhsilini Şuşada atası Axund Hacı Mirzə Ələkbərdən alan və onun sayəsində də ərəb və fars dillərini mükəmməl mənimsəyən Mirzə Cəlal Kermandan qayıtdıqdan sonra pedaqoji fəaliyyətlə, məktəbdarlıq işləri ilə məşğul olmağa başlayır. O, dini elmlərə dərindən yiyələnsə də, daha çox dünyəvi elmləri tədris və təbliğ edirdi. Anadilli dərsliklərin olmadığı bir zamanda bu boşluğu doldurmaq üçün səy göstərirdi”.

  Asif Rüstəmli məqaləsində  oxuculara M.C.Yusifzadənin milli dərslik tariximizdəki rolunu da xatırladır:

“Qori Müəllimlər Seminariyasının müfəttişi, görkəmli pedaqoq, maarifçi Aleksey Osipoviç Çerniyayevskinin Tiflisdə, 1881-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində 
nəşr etdirdiyi “Vətən dili” (28 səh.) istisna olunarsa,

Mirzə Cəlal Yusifzadənin üç il sonra eyni ünvanda çap etdirdiyi “Hesab” (Axund Cəlal. “Hesab”, Tiflis, “Kəşkül” idarəxanası,
1884, I hissə, 28 səh.) adlı kitabı ilk milli dərsliyimiz sayıla bilər”

 Təəssüf ki,bu fikir öz elmi həllindən çox uzaqdır.Belə ki,məzkur Hesab dərsliyindən iki il əvvəl Səid Ünsizadənin iki dərsliyi çap olunmuş və türk dünyasının oxucularına göndərilmişdi.

Məqalə  ьüəllifш özü də bu faktı bilməyərəkdən təsdiq edir:

“Qafqaz Canişinliyinin senzura idarəsi “Hesab”ın nəşrinə 14 yanvar 1884-cü ildə icazə vermişdir. Kitabın üz qabığında yazılmışdır:

“Hesab. Əsəri Axund Cəlal. Qisme-əvvəl. 

Bu risalə qəvaidi-ərbəəi-hesabiyyəyə (hesabın dörd qaydasına – A.R.) şamil olub mübtədi (ibtidai-A.R.) müsəlman şagirdlərinə məxsusdur. 

“Kəşkül” idarəxanəsi təb və nəşr etmişdir. Tiflis – 1301″


Maraqlıdır ki, məqalədə dərslik müəllifinin “AXUND” sözü omayan- titulsuz adı da qabardılır.

” O,“Cəlal” imzası ilə dərsliyin başlanğıcında yazırdı:

“Bizim müsəlman məktəblərində fənni hesab təlim olunmur. 
Onun səbəbi dilimizdə mübtədilərə (başlayanlara, ibtidailərə – A.R.) məxsus bir kitab olmamağıdır. Elmi hesabə olan ehtiyacımızı gizlətmək olmaz. Çünki bizim övladımız məktəbdən çıxıb ticarət ilə məşğul olurlar ki, ticarədə hesabı bilmək zəruridir”.

 Məqalədə dərslik müəllifinin dərslik yaza bilmək səriştəsi də dərslik siyasətinə əminliklə qeyd olunur :

” Biz bu işkalı (çətinliyi) Şeyx Bəhaəddin Əliyye Rəhmənin ərəbi dilində təlif eylədiyi “Xülaseyi əl-hesab” ilə rəf edə bilmərik. O kitabı bizim tələbələrdən  müntəhiləri hezar məşəqqət ilə kitab yüzünə ögrəniyorlar. Onların elmindən dəxi bizə nə faidə? … Ərəbcə yazılmış olan bir kitabı türkcəyə – öz madərzadi (anadangəlmə, doğma – A.R.) dilimizə nəql eyləmək müşkülmüdür? Fənni hesabı ərəblər öz dillərinə götürdükləri kimi biz də götürə bilərik. Bu mühüm əmrə şüru olunmaq bizim millət məktəblərinə nəzarət edən Baş Ruhani dairələrinin borcu isə də, biz onlara kömək vermək niyyətilə və millətimiz ətfalının nəfini mülahizə eyləməklə işə şüru edib bir neçə şərq və ərəb asarından xülasə bir “Risaleyi-Hesabiyyə” dilimizə nəql eylədik. Bu niyyət və zəhmətim əbnai-millətə (millət oğullarına – A.R.) faidəli olacağına əminəm”.

Əlbəttə,bu əminlik 25 yaşlı din xadiminəyox, böyük və zəngin həyat təcrübəsinə malik səriştəli bir məəllimə daha çox uyğun gəlir.Belə ki, 1884-cü ildə- “Hesab”  risaləsi бap olunanda

Gəlal Ünsizadə  25 yaşlı müəllimlə-Mirzə Cəlal Yusifzadə ilə müqayisədə daha fəal görünürdü.

Cəlal Ünsizadə Tiflisə gələnə qədər Şamaxıdakı pusdilli nəktəbdə və qardaşı Səid Ünsizadənin 1874-cü ildə yaratdığı Şamaxı Məslis Məktəbində S.Ə.Şirvani ilə bir yerdə zəngin pedaqoji həyat məktəbi təcrübəsi keçmişdi.  

 ***
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,   türkoloq
   Bakı,

  16.06.2021

Ədəbiyyat siyahısı
1.Nazim Nəsrəddinov.İlk hesab dərsliyimiz. “Kurikulum” jurnalı,2010. № 3, səh.36-41
2 Nazim Nəsrəddinov..İlk hesab dərsliyimiz » Davam.az – 05.04.2014 
3.Nazim Nəsrəddinov.  Riyaziyyat alimlərinin çoxunun tanımadığıdərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri Strategiya .az,  29.01.2017         

4.Asif Rüstəmli.Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və
“Həqiqəti-əfkar” qəzetinin yeri.   Teleinform,  29.09.2015.

Pin It on Pinterest