Nazim Nəsrəddinov: Qafur Rəşadın “Qırmızı günəşi”jurnalında ( 1921-ci il,№ 1) dərc olunmuş ” Mirzə Abbasqulu Səhhət ” məqaləsi haqqında bir neçə söz
Mirzə Abbasqulu Mehdizadə Səhhət (1874,Şamaxı-1918,Gəncə) ixtisasca həkimdir.
M.Ə.Sabir,M.Hadi,S.M,Qənizadə kimi aydınların pərvazlzdıqlaı qədim Şamaxının tanınmış qələm sahiblərindəndir.Bir neçə dilə vaqif olsa da,əsərlərini əsasən Azərbaycan dilində yazıb.
Milli ədəbiyyatın inkişafında dərsliklərin əhəmiyyətini yüksək dəyərləndirən şair anadilli dərsliklərin yazılmasında fəallıq göstərmişdir.
***
Abbas Səhhət ibtidai təhsikini Şamaxıda almışdır.
O,1894-cü ildə İrana getmiş, Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə Azərbaycan dilindən dərs demişdir.
Onun ədəbi yaradıcılığa başlaması əsasən bu dövrdən başlayır. 1903-cü ildən məqalələri Tiflisdə nəşr olunan ” Şərqi-Rus” qəzetində çap edilir.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri işıq üzü görür.
“Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir
1912-ci ildə şairin öz şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi” adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, şeir pərisi və şəhərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.
Abbas Səhhət fəal maarif və mədəniyyət xadimlərindən olmuşdur.
Məktəb, kitabxana açılmasına çalışmış, M.Mahmudbəyovla birgə “Yeni məktəb” (1909), “Üçüncü il” (1909), “Türk ədəbiyyatına ilk qədəm” (1914) dərsliklərini yazmışdır. Onun ən mühüm xidmətlərindən biri M.Ə.Sabirin əsərlərini toplayıb ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirməsidir (1912).
Abbas Səhhət 1918-ci ildə milli münaqişələrin gərginləşdiyi zaman Şamaxldan didərgin düşmüş,Gəncə şəhərində dünyasını dəyi.mişdir.
Qafur Rəşadın “Mirzə Abbasqulu Səhhət” məqaləsi Abba Səhhətin ölümündən sonra mətbuatda dərc olunmuş ilk yazılardan biridir.Məqalə
“Qırmızı günəşi”jurnalında dərc olunmuşdur.( 1921-ci il, N 1) Bu məqalə indiyədək heç bir yerdə dərc olunmayıb.Elmi ədəbiyyata yol tapmayan həmin yazını şairin həyatını və çoxsahəli yaradıcılığını öyrənmək baxımından çox maraqlı görünür..
Mənfəətdən xali olmadığı üçün “Qırmızı günəşi”jurnalının 1921-ci ilə aid birinci nömrəsində “Məşhur adamları tanıyalım” rubrikasında dərc olynmuş “Mirzə Abbasqulu Səhhət” məqaləsini türk dünyası oxucularının diqqətinə çatdırırıq.
***
Mirzə Abbasqulu Səhhət 1292-ci sənəyi -hicridə (miladi tarixlə-1874- N.N.) Şamaxı şəhərində anadan olmuşdur. Yeddi yaşında məktəbə davam etmişdir. Türkcə, farsca, ərəbcəyi öz atasından oqumuşdur. Səhhət kiçiklikdən kəskin qüvveyi- hafizəyə malik idi. Məktəbdə oquduğu vəqtlərdə şeir söyləməyə başlamışdır.
Şamaxı şairlərindən “Sabit”in təşviqilə İranna —Tehran şəhərinə oqumaqa gedib, orada “Məktəbi- Nizami -Nasiri”yə qəbul edilmişdir. Bu məktəbi ikmal edib doqturluq şəhadətnaməsini almışdır və bir müddət İranda təbiblik edib,sonra Şamaxıya dönmüşdür.
Şamaxıda müəllimlik və mühərrirlik edərək,mərhum Sabirin ən yavuq dostlarından olmuşdur. Şairliyi və şeiri çox sevərdi, ədəbiyyatda çalışan şairlərimizdəndir (çox yaxşı deyimdir-N.N. ).
Hafizəsi qüvvətli olduğundan çox şeirlərini əzbər oqurdu. İstər Qərb şairlərinin, istər türk şairlərinin ədəbiyyatına aşina idi.Bunların şeirlərindən çoxununu əzbər oqurdu.
Abbas Səhhət qayət xoşsüxən , şirinsöhbət şairlərimizdən idi. Buna görə də ürəfa və ziyalılar mərhumun xatirini xoş dutar, söhbətinə aşiq edilər ( söhbətini sevərlər -N.N. ).
Adi söhbətlərində münasib məqam olaraq bir çox şeirlər oquduğundan şairlərimizdən Hadi Əfəndi ona “şeir dağarcığı” deyərdi.
Çünki bu qadar şeiri əzbər oquya bilməsinə və onu unutmamasına hər kəs heyrət edərdi.
Mərhum Səhhətin tərcümədə çox məharəti var idi.
Məşhur rus şairlərindən bir çoxunun əsərlərini nəzmən türkcəyə tərcümə etmişdir və tərcümələrində müvəffəq (uğurlu olan-N.N. ) olmuşdur.
“Sinıq saz”, “Məğrib günəşləri” adlı əsərləri Puşkin , Krılov, Nikitin, Lermontov və sairlərindən tərcümədir.
(Bu, yazının müəllifi Qafur Rəşad Mirzəzadənin qənaətidir–N.N.).
Mərhumun şirin və gözəl şeirlərini, tərcümələrini Azərbaycanda nəşr olunan kitablarının bir çoxunda mütaliə edə bilərsiniz. Mərhum sağlığında nəşr olunan bütün qəzetə və məcmuələrdə məqalələr və şeirlər nəşr etdirmişdir.
Cavan şairimiz 1918-ci sənədə Şamaxı qaçqınları ilə Gəncəyə qaçaraq orada yatalaq xəstəliyindən vəqtsiz olaraq vəfat etmişdir.
Q.Rəşad.”
***
Qafur Rəşad bu məqaləsini Abdula Şaiqin 1912-ci ildə Bakıda çap olunmuş “Gülzar” dərsliyindəki “Səhhət təxəllüs Mirzə Abbasqulu Mehdizadənin tərcümeyi-halı” məqaləsindən istifadə yolu ilə yazmışdır.
“Qırmızı günəş” jurnalında işləyən əməkdaşların çoxu Abbas Səhhətin dostluq etdiyi müəllimlər idi.
Çox güman ki,məqalənin redaktəsində, faktların dəqiqləşdirilməsində və oxuculara çatdırılmasında onların hamısı fəallıq göstərmişdir.
***
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
20.06.2021