Genel

Nazim Nəsrəddinov: Ocağı yandırın öz közünüzlə

Ocağı yandırın öz közünüzlə

***

İndi gözlülərin çoxu gözsüzdür,
İndi sözlülərin çoxu sözsüzdür.
İndi göz işığı qəhətə çıxıb,
İnan, inanmasan, gözünü süzdür.

***

İndi keçmişini öyrənən yoxdur
İndi keçmişini gizlədən çoxdur.
İndi sarımsaqla sarmaşıq birdir,
Əyilmə, alçalma , bir azca tox dur.

***

Asmaqla,kəsməklə öyünənlər var,
Kiməsə od qoyub,sevinənlər var,
Çoxdur etinasız,çoxdur biganə,
Hələ də nahaqdan deyinənlər var.

***

İndi salamı da güclə alırlar,
Guya şairdirlər, fikrə dalırlar.
Mobildə qənaət:  “Hardasan?” ilk söz,
Vallah bu adamlar nadan qalırlar..

***

İndi zəmanənin ölçüsü  yoxdur,
Güllük var,  güllüyün gülçüsü yoxdur.
Hamının  könlündən elçilik keçir,
Əvvəlki məsləhət  —  elçilik yoxdur.

***

Ehey!  Tez qayıdın  baba yoluna–
Bu döğma toprpağln  oba yoluna.
İnsan gələcəyə can atanda da, 
Gərəkdir keçmişə təzim oluna.

***

Keçmişim bilməyən tarixin bilməz..
Tarixdə səhv etsən, səhv geri dönməz…
Yandırın  ocağı öz közünüzlə,
Közün yad deyilsə,  o ocaq sönməz…

***

.Nazim Nəsrəddinov

Bakı,

07.06.2021

Pin It on Pinterest