Nazim Nəsrəddinov: Azərbaycan uşaq mətbuatının “Rəhbər”i

Nazim Nəsrəddinov: Azərbaycan uşaq mətbuatının “Rəhbər”i
(1906,Bakı-1907,Bakı)


Azərbaycan uşaq mətbuatının yaranmasında

N.Nərimanov, C.Məmmədquluzadə, Q.R.Mirzəzdə,Ə.Cəfərzadə,

M.Mahmudbəyov, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyli, S.S.Axundov,

R.B.Əfəndiyev, A.Səhhət, kimi müəllim və yazıçıların böyük xidmətləri

olmuşdur.Onların çoxu yerlərdə ibtidai sinif müəllimi kimi fəaliyyət

göstərmiş, ana dilində bədii yaradıcılıqla məşğul olmuş, dərslik, dərs

vəsaitləri və fənn proqramları hazırlamış, Azərbaycan və rus dillərinə

nəşr olunan dövri mətbuatda dövri mətbuatda fəal iştirak etmişdir.

Məktəb müəllimlərini düşündürən əsas məsələlərdən biri yeni üsullu

məktəblərin nüfuzunu artırmaq sahəsində əməli işlər görmək

idi.

Zaqafqaziya məktəblərində bu artıq bir neçə il idi ki,ölkənin şəhər və

kəndlərində işləyən müəəllimlər hökumətin çağırışı ilə yaradıcı fəaliyyətə

qoşulmuşdular.Bu,hər nəsnədən əvvəl,müəllimin maddi təminatını

yaxşılaşdıran vasitələrdən biri idi.Arxiv sənədlərindənaydınolurki,Qafqaz

anişini müəllimlətin bu çalışmalarını məmnunluqla qarşılamışdır. XIX əsrin

sonlarında Tiflisdə nəşr olunan illik pedaqoji elmi-məcmuə sayılan

CMOMPK-ın yaradıcı qüvvələri əsasən kənd müəllimləri idi.Onların çoxu

Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimləri, rus və müsəlman

şöbələrinin məzunları idi.

Qeyd edək ki,СМОМПК («Qafqazın ərazi və tayfalarının təsviri

materialları məcmuəsi ) məcmuəsində Qafqaz Ərazisi və tayfalarının

ədəbiyyat,dil,adət və ənənələtinə,cöğrafiya, etnoqrafiyasına aid

materiallar dərc olunurdu.1926-cı ilədək 44 nömrəsi çap olunmuşdur.

Sovet dövründə-1926-cı və 1929-cu illərdə məcmuənin iki xüsysi

nömrəsi də buraxılmışdır.

XIX əsrin sonu,XX əsrin əvvəllərində Azərbaycan dilində nəşr olunan

dərslik və mətbuat orqanların yaranmasında həm Türkiyə

mətbuatının,həm də СМОМПК məcmuəsinin əhəmiyyəli rolu vardır.


XX əsrin əvvəllərində Bakıda nəşr olunan ilk uşaq jurnalları – ”Dəbistan”

(1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb”də (1911-1920) uşaq

mətbustının inkişafına geniş yol açdı.

M.Mahmudbəyovun nəşr etdiyi “Rəhbər” jurnalı türkdilli uşaq

mətbuatımızın inkişafında əhəmiyyərli mövqeyə malikdir.Jurnalın əsas

məqsədi yeniyetmələrin təlim və tərbiyəsi idi.

Jurnalda F.Köçərlinin Vidadi, Vaqif, Zakir və Nəbati haqqında ədəbi-

tənqidi oçerklərə, S.M.Qənizadənin “Körpə uşaqların tərbiyəsi” adlı təlim-

tərbiyə üsullarından bəhs edən silsilə məqalələrinə geniş yer verilmiş,

M.Ə.Sabir və A.Səhhətin dünya ədəbiyyatından tərcümə və iqtibasları çap

edilmişdir.

“Rəhbər” jurnalının ilk nömrəsi 1906-cı il sentyabrın

24 – də çıxmışdır. Jurnalınnaşiri və redaktoru Mahmud bəy Polad bəy

oğlu Mahmudbəyov idi.

Jurnalın cəmi 5 nömrəsi (1906-cı ildə 4, 1907-ci ildə 1) çıxmışdır. “Molla

Nəsrəddin” jurnalı “Bəşarət”felyetonunda “Rəhbər”in məqsəd və məramlarını

təqdir etmiş, “İrşad”, “Həyat”və “Dəbistan”ın qarşılaşdıqları abunəçi azlığının

onu da gözlədiyini əvvəlcədən təəssüf hissi ilə xəbər vermişdir. Jurnal maddi

çətinlik üzündən1907-ci il yanvarın 17-də bağlanmışdır.Jurnalın nəşri

dayandırıldıqdan sonra M.Mahmudbəyov pedaqoji sahəyə, dərslik

yazılmasına üstünlük vermişdir.

“Rəhbər” jurnalında təlim-tərbiyəyə, ictimai məsələlərə dair

məqalələr,Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc

olunurdu.

Jurnalda həmçinin Rusiya müsəlmanlarının məişətindən, ədəbiyyatdan,

üsuli-təlim və tərbiyədən bəhs olunmuşdu.

“Rəhbər” əsasən demokratik istiqamətli olmuş,siyasi fikirləri, elmi bilikləri

təbliğ etmişdir.

Jurnalın Azərbaycanda pedaqoji və uşaqədəbiyyatının inkişafında,

ümumtəhsil ideyalarının yayılmasında mühüm xidməti olmuşdur.\

Jurnal ilk nömrəsinin baş məqaləsində gələcək proqramı haqqında

danışmışdır.

Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən

jurnal yazırdı:

“Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli

ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi

mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec

məhv olasıdır. Bir vaxt var idi ki, qüvvəli bir millət müsəlləh olub qol

gücü ilə o biri zəif milləti özünə qul… edirdi. Lakin indi bir millətin o

birisinə… ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm,

ictimaiyyət və bunlar kimi mənəvi qüvvələr ilədir”.

Rəhbər jurnalında yeni mətbuorqanın vəzifələri belə müəyyənl.şdirilirdi:

“Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin

məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli

ədəbiyyatdan xəbərdar olmasına əlimizdən gələn qədər rəhbərlik

etməkdir”.

“Rəhbər”də ədəbiyyata, şeir və sənətə dair məqalələr dərc olunurdu.

“Ədəbiyyatımıza dair” başlığı ilə verilən məqalələrin müəllifi Firidun bəy

Köçərli idi. Birinci nömrədə Seyid Əbülqasım Nəbatinin həyat və

yaradıcılığı, ikinci nömrədə “Durnalar” şeirləri, beşinci nömrədə “Molla Vəli

Vidadi və onun tərcümeyi-halı” məqalələri çap olunmuşdur.

S.M.Qənizadənin “Körpə uşaqlar tərbiyəsi” məqaləsi jurnalın ən maraqlı

yazılarındandır. Həmin məqalə jurnalın 4 nömrəsində hissə-hissə verilmişdir.

Maddi vəsaitin yoxluğu üzündən jurnalın nəşri dayandığı üçün məqalə də

yarımçıq qalmış, ardı dərc olunmamışdır.

Məqalədə müəllif əvvəlcə pedaqogika elmindən söz açır, bu elmin

vəzifələrini göstərir, sonra isə valideynlərə məsləhət görür ki, bu elmlə tanış

olsunlar, “qərinələr ərzində məşhur pedaqoqların təcrübəsi ilə hasil olmuş

tərbiyə qanunlarını yad edib onlara əməl” etsinlər.

S.M.Qənizadə pedaqoji tərbiyənin ictimai mühitdə rolunu yüksək

qiymətləndirir, obrazlı şəkildə qeyd edir ki, qiymətli bir əşya naşı ustanın

əlində xarab olarsa, o qədər qorxusu yoxdur, lakin naşı müəllimin qeyri-

düzgün tərbiyəsi nəticəsində uşağın qəlbi, ruhu, varlığı sarsılarsa, cəmiyyətə

böyük ziyan dəyər. “Övlad həyat səmərəsidir. Hər bir təklifdən övlad

tərbiyəsi irəlidir”-

deyən müəllif ata- anaların tərbiyə işində rolunu geniş şərh edir.

Müəllif əsərin birinci hissəs”İnsan əşrəf məxluqdur”

yarımsərlövhəsini vermiş, qiymətli olan insanın yetişməsində mühüm rol

oynayan müəllimlərin və valideynlərin gördüyü işi ən zərif iş adlandırmışdır.

Bu və bu səpkidə olan digər elmi-publisist məqalələr”Rəhbər”ə pedaqoji

jurnal xarakteri verirdi.

Jurnalda Ə.Sabirin “Şahnamə”dən tərcüməsi, A.Səhhətin şeirləri və s. əsərlər

də dərc olunmuşdur.

Jurnalda Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Rəşid bəy

Əfəndiyev, Sultan Məcid Qənizadə, S.Əbdülrəhmanbəyov və b. müəlliflər

iştirak etmişlər.


“Rəhbər”in redaktpru Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov Qori Meəllimlər Seminariyasının ilk məzunlarından biridir.

Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov Şamaxıda Səlal Ünsizadədən və S.Ə.Şirvanidən dərs almışdır.Qori Müəllimlər Seminariyasında isə o, Ə.Axundzadə və M.H.Qayıbov kimi müəllimlərin dərslərini dinləçişdir.

Mahmud bəy Mahmudbəyov və Abbas Səhhət 1909-cu ildə türk dilinin təlimi üçün nəşr etdikləri üçüncü ilə məxsus qiraət kitabı 1910-1915-ci illərdə təkrar çap olundu.

Ana dilinin saflığı uğrunda mübarizə aparan görkəmli ziyalı, “İkinci il” dərsliyinin həmmüəllifi Abdulla Şaiq Talıbzadə məktəblərimizin milli dərsliklərlə təmin olunmasında əvəzsiz xidmət göstərmişdir. İbtidai məktəbdə ana dili təliminin inkişafında mühüm xidməti olan Abdulla Şaiq pedaqoji fəaliyyətini ədəbi yaradıcılığı ilə birləşdirirdi. Onun “Dəbistan”, “Məktəb” və “Rəhbər” jurnallarında uşaqlar üçün nəşr etdirdiyi əsərlər Azərbaycan pedaqoji fikir tarixinin incilərindən hesab olunur. 1910-cu ildə yazdığı “Uşaq gözlüyü” əsərindən isə uzun müddət ibtidai məktəblərimizdə əlifba dərsliyi kimi istifadə olunmuşdur.

Mahmud bəy Mahmudbəyov 1907-ci ildə Bakıda “Türk əlifbası və ilk qiraət” kitabını nəşr etdirmişdi.

Bir il sonra Mahmud bəy Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyzadə, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə və Abdulla bəy Əfəndiyevin “İkinci il” dərsliyi meydana gəlmişdir..

1911-ci ildə Mahmud bəy Mahmudbəyovun “İmlamız” kitabı nəşr edilmişdir.

1922-ci ildə Mahmud bəy Mahmudbəyovun başçılığı ilə Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə, Rəşid bəy Əfəndizadə “Yeni türk əlifbası” adlı dərslik hazırlamışlar.

Mahmud bəy Mahmudbəyov 1923-cü ildə Bakıda vəfat etmişdir.

        Nazim Nəsrəddinov,
       Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

      Bakı,
      30.06.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest