Narıngül Nadir

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Narıngül Nadir

(Babayeva Narıngül) Oğuz rayonunun Xaçmaz kəndində doğulub. Orta məktəbi Oğuzda bitirib.

Hələ orta məktəbdə oxuyarkən şeirləri Respublikanın müxtəlif mətbuat orqanlarında çap olunub. “Yurdumun baharı” adlı ilk şeiri 1984- cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdur.

Elm və Təhsil mərkəzi “Təfəkkür” Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və  ədəbiyyatı” ixtisası üzrə (2004-2009) məzunudur.

“İşıqda adiləşmək qorxusu” (2007), “Qadın da ağac kimidir” (2012) adlı şeir kitablarının və “Güzgüdəki qadın”(2011), “Qar çiçəyi” (2016),  “Günəş üzlü qadın” (2020) adlı nəsr kitablarının müəllifidir.

Hazırda Azərbaycan Yazıçılar Birliyində çalışır.

Narıngül Nadir

Vətən kimi

Qadın da vətən kimidir-
Sevəni var, 
Satanı var,
Atanı var,
Aldadıb baş qatanı var.

Qadın da vətən kimidir
Əkəni var,
Biçəni var,
Köçəni var,
Tapdalayıb keçəni var.

Qadın da vətən kimidir
Bir tərəfi ölümdü-itimdi,
Sahibi olmasa yetimdi.

Tənha qadın

Hər səhər ümidlərlə oyanır.

Sərçələrə dən atır,

Ümidini suvarır.

Bəzən qapı yerinə

Divarı yumruqlayır.

Səbəbini də bilmir,

Bəzən niyə ağlayır.

Bəzən yağan yağışı,

Küləyi sığallayır.

Qonşunun acığına

İt-pişik də saxlayır.

Hər axşam yorulmadan,

Ömrünü varaqlayır.

Bir az sevgi payı var

Sabahına saxlayır…

Tənha qadın

Elə hey gileylənir,

Taleyini danlayır.

Deyir

Hardan gəldi bu,

 Bu gicbəsər tənhalıq.

Sonra da gülümsünür,

Sonra göyə əl edir,

Əlində nəmli yaylıq.

Sənə

Səni düşünmək

Bir az da sevgi daşımaqdır.

Axşamlar səhəri

Səhərlər axşamı gözləməkdir.

Bir az peşimançılıq,

Bir az darıxmaq,

Bir az da qorxudur

Səni düşünmək.

Ömür

Heç mən də

Bir adam deyiləm.

Deyəsən,

səhv sürdüm bu ömrü…

Yollarım qarışdı.

Bəlkə, başqasının ömrüdü,

Bəlkə də naşıdı…

Dünya gəl-get dünyası.

Hərə çiynində heybə

Bir ömür daşıdı.

Heçməndə

Biradamdeyiləm.

Tərsinbalasıtərsəm.

Görəsən, quruyarmı

Bu ömrüyuyubsərsəm…

Külək

Bu külək

dəcəl uşaq kimidir.

Qulağını buran olsa,

Aparıb yurduna qoyan olsa…

Bu külək

dəcəl uşaq imidir.

Üz-gözü toz içində

Dolaşıbdır saçları

Əzilib paltarları

Gözünə dəyən nə var

Alıb atır yuxarı.

Bu külək

dəcəl uşaq imidir

Zibilləyir hər yanı

Sabha kim süpürəcək

Bəs görəsən dünyanı?..

Yolları yandırma

Uzaqlar dalğa-dalğa

Səni mənə ötürür

Sənə çevrilirəm.

Bir payız səhərini

Birlikdə açmaq

Var.

Əllərindən tutaraq

Sonsuzluğa baxmaq var.

Sən

Adamlardan keçdin…

 Mən sonsuzluqdan.

Heç yuva əllərində

İsinmək də olmadı…

Quşlar

Alışmaq üçün qururlar yuvanı

Alışa bildikmi?..

Bir də

 Geri qayıtmaq var.

Nə olar,

Yolları yandırma, dostum.

Ayrılaq

Dünya sınaq dünyasıdır,

Gəl biz də belə ayrılaq.

Ayrılıq yetim qalmasın,

Verək əl-ələ ayrılaq.

Yolarımız ki, tən deyil,

Qədər bizdən ötən deyil,

Ayrılıq ki, vətən deyil,

Gəl gülə-gülə ayrılaq.

Qəlbim tənha yer kürəsi,

Tanrının da yox kimsəsi,

Daha nə qalıb böləsi

Gəl bilə-bilə ayrlaq.

Dönüb bir az uşaq olaq,

Bu dünyanı oyun sayaq,

Bəlkə, gizlənpaç oynayaq,

Gəl elə-belə ayrılaq.

Gedən ürəkdir köç deyil,

Qanadları var quş deyil,

Onsuz da bizlik iş deyil

Düşməyəkdiləayrılaq.

Yollar

Yollar da adam kimidir,

Getməsən yadlaşar yollar.

Bir də gördün dümdüz olar,

Bir də gördün çaşar yollar.

Küçə-küçə, meydan-meydan,

Vağzal-vağzal daşar yollar,

Sağı-solu bilinməz ki,

Beynində dolaşar yollar.

İki kəlmə sözdən gələr,

Qəlbdən gələr, gözdən gələr,

Hərəsi bir üzdən gələr,

Gəlib qoşalaşar yollar.

Adam dünyadan köçməz ki,

Adamı da yol aparar,

Köçən gedər, yeri dolar,

Bitən deyil, yaşar yollar.

Şəhidim

Yoluna su səpim, göz yaşı sıxım?

Çəkməndə torpaq var, torpaq, bir sıxım…

Ver, əsgər çəkməni köksümə sıxım,

Çəkməsində çiçək bitən şəhidim.

Bədənin   yerdədi, ruhun göylədi,

Göydən ulduz uçdu, yaram göynədi.

Xəbərin oldumu o qız neylədi?

Dönüb üfüqlərdə itən şəhidim.

İgid Poladımla hər an qoşasan,

Sən elə Ağdamsan, elə  Şuşasan.

Can fəda etdin  ki, vətən yaşasın

Bayrağa bürünüb ötən şəhidim.

Torpağa qan səpdin, torpaq oyandı,

Qanın çiçəklədi, bu necə qandı?

Yazdın ki, Qarabağ Azərbaycandı!

Sən elə vətənsən, vətən, şəhidim!

Bu ömrü

Tanrım, əynimə olmur

Gəl qaytaraq bu ömrü.

Ya da başqa bir ömrə

Edək calaq bu ömrü.

Gülsün, yoxsa ağlasın

Gətirmir bəxti, şansı

Oyanırsan, de hansı,

Vaxta quraq bu ömrü?

Neçəyerəyozursan,

Yazıb sonra pozursan

Necə gunə yazırsan?

Varaq-varaq bu ömrü.

Toyudur, yayasıdır?

Tərsi-düzühansıdır?

Dünyanərdtaxtasıdır,

Gəloyna yaq bu ömrü.

Pin It on Pinterest