GenelGüncel

Nəcibə İlkin (Babakişiyeva)

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

NƏCİBƏ İLKİN haqqında

Nəcibə İlkin (Babakişiyeva) 1961-ci lin iyulun 22-də Tərtər rayonun Sarov
kəndində dünyaya göz açıb. Moskva Texnologiya Universitetinin filologiya (dil-
ədəbiyyat) fakültəsini qurtarıb. Bir muddət ixtusasi üzrə isləyib. “Bir ömür
uduzdum” (2004), “Qəlbimdə dil açan dünya” (2006), “İlləri o tayı gözləyir məni”
(2011), Son görüş, son zəng, son təbəssüm” (2013), “Qartal zirvədə qaldı” (2015),
“ “Könlüm nağıl istəyir”(2016), “Sözün ölçüsü və çəkisi” (2016), “Bir şəhidin
gecikmiş ömür yolu”(2018) kiablarının müəllifidir. “Bir yorğun yolçuyam” adlı
kitabı Təbrizdə əski əlifba ilə işıq üzü görüb (2019). “Yarımçıq toy” povest ve
hekayeler(2020), “Gədəbəy Qartalı” roman (2020), (Iki vətən qızı” (2020)
kirablarinin muəllifidir. 400-ə yaxın kitabların redaktoru və ön söz müəllifidir. Bu
xidmətlərinə görə Az.KIVİHIİ-nin bir neçə fəxri diplomuna layiq görülüb. 2006-cı
ildən təsis etdiyi “Azad qələm” qəzeti və “Ali Ziya” jurnalının baş redaktorudu.
AYB-nin, AJB-nin, Dünya Türkmen Edebiyyatı və Yazarlar Birliyinin, İlesam
Edebiyyat Eseri Sahipleri meslek Birliği-nin üzvüdür. Türkiyə- (ÇED) Çukurova
Edebiyyat derneyi temsilcisi ve “Şairlerden bir damet” adlı 1,2,3 cildlik
antologiyanın redaktoru olmaqla bir neçə fəxri diomuna, 2019- cu Turkiyədə
“Elbistan” redaksiyası tərəfindən EN-lər arasinda yer almaqla “Türk dünyası könül
elçisi ödülü” layiq görülmüşdür.2016-cı ildə “Avropa Nəşr Mətbu evu” nin QIZIL
MEDALI ilə təltif edilərək, “Ilin ən yaxşı vətənpərvər şairi” mukafatı təqdim
edilnişdir. 2020- ci ildə Mərkəzi Asiyanın YENI AVAZ” Yazıçılar və Tarixçilər
Birliyinin və Əmir Teymur OBF-nun təsis etdiyi TURAN BIRLIYI” medali ilə
mükafatlandırılıb. 2021-ci ildə Az.KİVİHİ-nın “Azərbaycanïn Fəxri” diplomu ilə
təltif edilmişdir. AYB-nin, AJB-nin üzvüdür. Ailəlidir, iki övladı və iki nəvəsi var.

Nəcibə İlkin

EY ŞƏHİDİN ANASI

Sən ey şəhid anası!
Geymə qara libası…
Bu libas həqiqətin qaranlıq səmasıdır,
Bu libas ürəyimin odlanan parçasıdır,
Bu libas həsrətimin son damla göz yaşıdı.
Kipriyimdən asılan dərdlərimin daşıdı.
Çıxart qaranı geymə,
Başını uca tut, əymə.
Adından boy atıbdı igidliyin qeyrəti,
Adınla yaşanıbdı tarixin həqiqəti.
Ana kimi can verdin doğma əziz balana,
Qəhrəman olmağı da, şəhid olmağı da sən-
Sən öyrətmisən ona…
Sən şəhid anasısan,
Könüllər sultanısan.
Şəhid anası olmaq bilirsən nə deməkdi?
Üfüqdən zərrə-zərrə Günəş tək böyüməkdi!
Hər mərmilərin səsi ərşə qalxan duandı,
Ay yaralı Aslanım, qara geymə amandı.
Şəhid dodaqları tək Murovum lalə düzlü,
Azadlıq çiçək-çiçək gülümsər işıq üzlü.

Bayraq rənginə dönüb vətənimin çəməni
Bir əlində zəfəri, bir əlində vətəni.
Oğul gedib irəli….
Gedib qeyrətim kimi, gedib hünərim kimi
Gedib əlində silah nər oğlu nərim kimi.
Hər addımda qanıyla yazıb zəfər adını,
O vətən qarşısında pozmadı öz andını.
Qürur duy, fəxr elə,
Sən ey şəhid anası!
Çıxar qara libası,
Al geyin, əlvan bürün,
Tutma oğluna yası.
Sən Tomrisim, Nigarım
Sən azadlıq səsimsən,
Şəhid balanla birgə
Vuran ürəyimizsən.
Bürün bayraq ətrinə,
Azadlığın çətrinə,
Çıxar qara libası
Şəhidimin xətrinə.
Haqqa bayraq qaldıran sən vuran qolumuzsan
İşıqlı gələcəyə açılan yolumuzsan.
Səndən güc olan oğul əlində haqq qılncı
Çəkib düşmən üstünə gülərək acı-acı.
Tarixin özü yazdı torpağına, adına.

Mərmi-mərmi ucaldı o haqqın dərgahına
O şəhid ki, tarixin yaddaş səhifəsidi
O şəhid parçalanan ömrümüzün səsidi.
Vətən oğul deməksə, oğul da vətəndi bil,
Vətənin dar günündə oğul ona təndi bil,
Qarabağ tarixini yazan şəhid oğulun,
Anası qara geyməz…
O, analar anası…
Azadlığın sədası!!!

DƏRDİM SƏNSİZLİYİN DƏRDİNİ ÇƏKİR

Bir səhər üz tutdum dənizə sarı,
Görüş yerimizdə ayaq saxladım.
Öpdü həsrət məni sən əvəzinə,
Töküldü gözümdən leysan, ağladım.

Mənə elə gəldi dəniz bu saat,
Coşaraq tez məni qucaqlayacaq.
Köksümə sığmayan hicran qəmini,
Sənin əllərinlə sığallayacaq.

Açıb gözlərimi nəmli baxışla,
Boylandım dənizə xəyala dönüb,
Sahili qucan o ləpələr kimi,
Sənə sarılmışdım suala dönüb.

Görmək istəməzdim sənsizliyimi,
Ağlar gözlərimi yumdum yenidən,
Hönkürtü səsimi batırmaq üçün,
Asılı qalmışdım bircə zəngindən.

Bu necə səadət, bu necə zülüm?!
Birisi inləyir, biri kef çəkir,
Nə yaxşı yenə də sən varsan gülüm,
Dərdim sənsizliyin dərdini çəkir.

GƏLMƏ QƏBRİMİN ÜSTƏ

Məzarım üstünə nə gəl, nə ağla,
Qıyma ki, qəbrimin daşı ərisin,
Qara günlərimə bir qara bağla,
Bəlkə o günlərin yaşı ərisin.

Kənardan boylanıb seyr elə bir az,
Soyuq məzarımın soyuq üzünü.
Verdiyin əzabdan qələm götür yaz,
Əgər yaza bilsən, sözün düzünü.

Soyuq baxışından qalxan od, alov,
Səni bürüyəcək, bürüyəcəkdir.
Ogey baxışında donan istəyim,
Səni qəbrim üstə sürüyəcəkdir.

Bax, onda titrəyib qalxar ayağa,
Narahat ruhumun narahat səsi.
Torpağın üstündə şırımlar çəkər,
Mənim od püskürən sevgi nəfəsim.

Gəlmə qəbrim üstə, gəlmə sən Allah,
Onsuz da qəbrimin torpağı qərib,
Sənli günlərimdə doğan hər sabah,
Sənsiz günlərimə kədər gətirib.

Sevdalı günlərdən bizə nə qaldı,
Mənə qara torpaq, sənə göz yaşı,
Çəkdiyim əzablar təsəllim oldu,
Təkdüyüm göz yaşı, bir məzar daşı.

Qıymaram məzarım çəkib özünə,
Sıxsın divarına, daşına səni.
Didərgin ruhum da düşüb izinə,
Sıxsın gözlərinin yaşına səni.

Qəbrimin üstünə yağan yağışlar,
Qəbrimin sən olan yağışı, seli,
Gələrsən qəbirim səni bağışlar,
Gəlmə, qoy qəbrimin lal olsun dili.

BURAX ƏLLƏRİMİ

Burax əlllərimi qoy çıxım gedim,
Nəyinə lazımdır sənin bu sevgi.
Həsrəti gözümə qoy sıxım gedim,
Olsun ürəyimə qənim, bu sevgi.

Nə əhlət daşıyam, nə ümid yeri,
Yorulub, yoğrulan qəm ağacıyam.
Burax əllərimi qoy çıxım gedim,
Bəlkə bir ürəyin ehtiyacıyam…

Ağacdan yonulan, daşdan yonulan,
Bəxtimin naxışlı oyuncağıyam.
Qıfıl da asılıb könül taxtından,
Nəzəri qaytaran göz muncuğuyam.

Burax əllərimi, a sevda yolçum,
Kipriyim asılıb göz yaşlarımdan.
Qurtara bildimmi, sevəm də səni,
Taleyin atılan bəd daşlarından.

Burax əllərimi, qoy çıxım gedim,
İsti baxışında əriyən buzam.
Bu ömrün qışında axı nə edim,
Mən sevgi bağına gec gələn yazam.

DƏRDİMİN YORĞANI QALIN

Dərdimin yorğanı qalın,
Çək üstümə, üşüyürəm.
Arzularım ayaqyalın,
Daşımaqdan tövşüyürəm.

Xırda-xırda səpələdim,
İçimə haqqın qanını.
Üzümə tutub gedirəm,
Düzüb qoşduğum yalanı.

Fikirlərim qalıb çıplaq,
İçimdə sözüm talanır.
Düşüncələrim od tutur,
Qəlbimdə dözüm talanır.

Ömür sayım yarpaq-yarpaq,
Xəzəl olub can üşüdür.
Ruhum gəzir sınıq-salxaq,
Harayımı kim eşidir.

Qara kağızda ağ yalan,
Vətən, vətən dilək açır.
Haqsızlığa qalxan əllər,
Hər yetənə bələk açır.

MƏNƏ KÜSMƏYİ ÖYRƏT

Mənə küsməyi öyrət
Darıxım səndən bir az.
Baş qoyum həsərətinə,
Oyanım, gələndə yaz.

Çiçəklərin rəngindən
Rəng qataq sevgimizə.
Çəmənlər də boylanıb.
Həsəd aparsın bizə.

Mənə küsməyi öyrət
Bir az çıxım yadından.
Sənə məktub göndərim
“Küsəyən qız” adından.

Bürün sətirlərimin
Üşüyən qanadına.
Axı “qibləm” yazmışam,
Orda sənin adına.

Küsüb barışan zaman,
Sənə gəlməyi öyrət.
Qalıb qolların üstdə
Mənə ölməyi öyrət..

MƏNİ YENİDƏN YARAT

Allah başına dönüm
Məni yenidən yarat.
Ürəyimi yonqarra
Bir az icinə daş at
Məni yenidən yarat.

Səbrimi yuxumdan as,
Ruhumu daga köklə.
Dərdimi gözümdən as,
Az başımı sözlə qat
Məni yenidən yarat.

Bir ocagam tüstüm yox,
Külüm gözümdən cıxıb.

Yalqız köçəm, dəstim yox
Ömrümü kiməsə sat
Məni yenidən yarat.

Gözdə həsrətim ölüb
Bəxtimə yağan daşam.
Mənə doyunca gülüb,
Dərdim üstə baş qoy yat
Məni yenidən yarat.

Bir ömürəm nagılsız,
Ölmürəm, öldürürlər.
Bir bəndənəm agılsız,
Ya öldür, ya da sağalt
Məni yenidən yarat..

BU GÜN

Bu gün gözlərim şehli,
Bu gün könlüm lilamar.
Səni bu gün görməsəm
Ürəyimə qan damar.

Gəl keç arzularımın
Qırılmış körpüsündən.
Yıxılsan xəbər eylə
Tanıyacam səsindən.

Xəyalın kölgə tutub
Dolanır başım üstə.
Sənə demişdim axı,
Məni az sev, az istə.

Qısılmışam qoynuma
Ürəyim ipdən keçir.
Yollar ayrılıq deyir
Gözlərim şərbət içir.

Həsrətimin göz yaşı
Üzümdə buzlaşıbdı.
Dərdimin qolu üstdə
Ümidim yazlaşıbdı.

Bu gün yazdığım şeir
Sevdamın qara yazı.
Gəl məni oxşa bir az,
Köhnə dostuq ən azı….

AY ÖMRÜMÜ ALAN ADAM

Ömrümün goyçək vaxtıdı,
Yaşımın çiçək vaxtıdı,
Sevgimin ləçək vaxtıdı,
Ay ömrümü alan adam.

Ürəyimlə məzələndim,
Eşqim üçün çox ələndim,
Bu sevgim üçün diləndim,
Ay ömrümü alan adam.

Nə olum həvəsim qalıb,
Nə ölüm həvəsim qalıb,
Səndən özgə kimsəm qalıb?
Ay ömrümü alan adam.

Qış bəxtimə xoş kimiyəm,
Bir az əliboş kimiyəm,
Öz ömrümə bir günüyəm,
Ay ömrümü alan adam.

Gündüzümün gözü qara,
Can kəlməmin üzü qara,
Kəfən adlı bezim qara,
Ay ömrümü alan adam.

ÜMİDLƏRİM QALANIR

Bu gecə intihara
Yol gedir ümidlərim.
Ogey baxışlarımda

Güzgülənir dərdlərim.

Azalır dodağımda
Gülüşümün sayları.
Bir-bir ölüb gedirlər,
Ürəyimin tayları.

Gözlərimin işığı
Ürəyimdən güc alır.
Əllərimdə üşüyən
Arzularım qocalır.

Həsrətinə tül tutub,
Dərdinə yorğan salır.
Vətən göyərdən arzum,
Yarı yollarda qalır.

Daş üstündə açılır,
Axsama dönən sabah.
Vətən-vətən doğulan,
Vətənsiz ölən sabah.

Bu gecə Qarabağa,
Gedən həsrətim yanır.
Bu gecə ümidlərim,
Gözümdə qalaqlanır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest