GenelGüncelKültür SanatTürk Dünyası

M.Ə.Rəsulzadənin Ev-Muzeyi, yoxsa M.Ə.RƏSULZADƏ ELMİ MƏRKƏZİ?

Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi  Solmaz Rüstəmova-Tohidi

öz Facebook səhifəfində maraqlı bir yazı ilə çıxış etmişdir:

“Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi”

Müəllif azır:

“Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır.
“100 illik”lə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər “təntənəli” olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. “Nələr” etdiyimizlə yanaşı, nələri “edə bilmədik” üzərində düşünəndə alınan mənzərə elə də ürəkaçan deyildir… 
Gəncə, tarixən olduğu kimi, yenə də fərqləndi, “Cümhuriyyət muzeyi” açdı. Azərbaycanın İstiqlalını elan edərək müvəqqəti paytaxt Gəncəyə gələn Milli Şura üzvlərini tarixi binada yenə də “bir yerə topladı”. Cümhuriyyət və gəncəli cümhuriyyətçilərin adı ilə bağlı binalara xatirə lövhələri, barelyeflər vuraraq bu Möhtəşəm Hadisəni yaratmış və yaşatmış Böyük Kişilərə, imkanları daxilində, öz borcunu verdi.
“100 illik” qarşısında Paytaxt Bakı nə ilə fərqləndi ?… 
Cümhuriyyət və cümhuriyyətçilər adına gözlənilən abidələr, muzeylər və … niyə yaranmadı?
27 il, Rəsulzadənin təbirincə, müstəqilliyin ləzzətini daddığımız halda Sovet dönəmindəki kimi hər işi dövlətdən gözləmək vərdişimizdən niyə əl çəkmədik? Bir Cəmiyyət olaraq bu gözləntilərimizin doğrulması üçün özümüz nə etdik ? 
Sovet Azərbaycanında “Partiya və xalq birdir!” şüarı altında siyasi xadimlərə, xalqın sevdiyi, qiymət verdiyi ədiblərə, şairlərə, sənət adamlarına – Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Məmməd Səid Ordubadı, Hüseyn Cavid, Bülbül, Səttar Bəhlulzadə, Əzim Əzimzadə və d. – qoyulan heykəllər bu gün də durur, adlarına açılan ev muzeyləri bu gün də işləyir. Bununla da Azərbaycan xalqı özünün dövlətçilik və tarixi-mədəni ənənələrinə varisliyini nümayiş etdirir.
Elə isə Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, İstiqlal məfkurəsinin və “Azərbaycançılıq” ideologiyasının yaradıcısı, görkəmli ictimai, siyasi və dövlət xadimi, ədib, publisist, jurnalist Məhəmməd Əmin Rəsulzadənin indiyədək ev muzeyinin belə olmadığını necə izah edək? Bir Cəmiyyət olaraq qurduğu dövlətə, yaratdığı ideologiyaya, qaldırdığı bayrağa yiyələndiyimiz halda bu tarixi Şəxsiyyətin “evinin” yalnız “qəlblərdə” olduğu iləmi kifayətlənək ?
Borcu qaytarmaq vaxtıdır!
Rəsulzadəni Vətənə qaytarmaq vaxtıdır!
Vətən isə Evdən başlayır!

Biz, Təşəbbüs qrupu olaraq, “Borcumuzu qaytaraq !” çağırışı ilə Cəmiyyətimizə müraciət edir və aşağıdakıları diqqətə çatdırırıq:
Məhəmməd Əmin Rəsulzadə doğulduğu və uşaqlıq illərini keçirdiyi Novxanı kəndindən yeniyetmə vaxtı çıxıb, Vətəndəki bütün sonrakı həyatını – həbsinə və mühacirətinə qədər – Bakıda yaşayıb. Jurnalist, siyasi xadim, dövlət adamı kimi “Azərbaycan” qəzeti redaksiyasına, “Müsavat” partiyasının qərargahına, Azərbaycan Parlamentinə indiki “Nizami küçəsi 59” ünvanlı mənzilindən gedib-gəlib. 1920-ci ilin məş’um payızında Bakını həmişəlik tərk edərkən də ailəsi ilə sonuncu dəfə həmin ünvanda vidalaşıb.
Bu ünvandakı bina-mənzildə “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi”ni yaratmaqla, biz yalnız Məhəmməd Əmin bəyin deyil, Azərbaycan dövlətçiliyi yolunda qurban verdiyi doğmalarının – xanımının və dörd övladının faciəli taleyi qarşısında da borcumuzu qismən ödəmiş olacağıq. Sürgünə göndərilmiş və Vətəndən çox-çox uzaqlarda sonsuz əzab və məşəqqətlər içində dünyalarını dəyişmiş Ümbülbanu xanımın, Lətifənin, Xalidənin, Azərin, 24 yaşında güllələnmiş Rəsulun xatirəsi də Məhəmməd Əmin bəylə birlikdə öz evlərinə qaytarılmalıdır.
Bu işə qədirbilən Xalq, minnətdar Millət, şüurlu Vətəndaş Cəmiyyəti olduğumuzu sübut etməklə biz başlamalıyıq və biz də onu başa çatdırmalıyıq. Bu işin mənəvi və maddi məsuliyyəti da bizim öhdəmizdə olmalıdır!
Bu günlərdə ictimaiyyətə göndərilmiş “Böyüklərə hörmət” ismarışı, milli əhəmiyyət daşıyan təşəbbüslərə daim həssas münasibət müqabilində Dövlət tərəfindən bu məsələdə Cəmiyyətə hər hansı dəstək göstərilərsə, “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” layihəsi Dövlətlə Xalqın, Hakimiyyətlə Cəmiyyətin birliyinin ən bariz nümunəsi ola bilər.

Əziz həmvətənlərimiz,
Ölkədə və xaricdə yaşayan soydaşlarımız,
Azərbaycanın dostları!
Bu təşəbbüslə bağlı sizin hər birinizdən dəstək, məsləhət və təkliflər gözləyirik!

Təşəbbüs qrupu:


Rəis Rəsulzadə,

Azərbaycanın Əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi


Solmaz Rüstəmova-Tohidi,

tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,


Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
Nəcibə Bağırzadə,

yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı 


Nicat Gözəlov,

hüquqşünas, Milli Hüquq Evinin rəhbəri

17 dekabr 2019-cu il”

***

Maraqlı təklifdir.

Mənfəətdan xali olmadığı üçün məsələyə öz fəal münasibətimi bildirmək qərarına gəldim.

  •  M.Ə.Rəsulzadənin  Ev-Muzeyi,yoxsa 
    M.Ə.RƏSULZADƏ ELMİ MƏRKƏZİ?


    Dostumuz,tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,Solmaz Rüstəmova-Tohidinin təklifi çox maraqlı görqnür. Belə təkliflər mütləq alqışlanmalıdır.
    Amma məsələ burasındadır ki, bəzən yaxşı niyyətlə deyilən söz etinasızlıqla qarşılanr. Bəziləri deyilən sözün məzğini və əhəmiyyətini baça düşmür.
    Ev-Muzeyi məsələsi ,necə deyərlər ,qəliz məsələdir.Burada hər nəsnə diqqətlə öyrənilməlidir.
    Biz hələ M.Ə.Rəsulzadənin təvəllüd tarixini dəqiqləşdirməkdə mübahisə edirik.

    29 fevral 1884-cü ildə dünyaya gələn M.Ə.Rəsulzadəni düz bir ay qocaldırıq.
    Əsas kimi onun yazılarının birindəki 31.01.1884-cü il tatixinə istinad ednlər hələ qalibdirlər.
    Biz hələ M.Ə.Rəsulzadənin ata mülklərinin nədənsə gizlədirik.

    Biz hələ M.Ə.Rəsullzadənin pərvazlanmasında əhəmiyyətli rol oynayan Bakıdakı yeni tipli məktəblərdən birinin qapılarını açmırıq. M.Ə.Rəsulzadəyə Rus-Tatar Məktəbində dərs deyən müəllimləri tarixə gətirmirik.
    M.Ə.Rəsulzadənin Lahıc və lahışlılarla qohumluğu məsələlərinin təfərrüatları hələ tam açılmayıb.
    M.Ə.Rəsulzadə “Molla Nəsrəddin”in Bakı vəkillərindən biri olub.Bunu sadəcə olaraq, ekispeditor-jurnal müvəkkil kimi qiyymətləndirmək düzgün deyil.
    M.Ə.Rəsulzadənn EV-Muzeyinin onun vaxtilə yaçadığı məkandan aralı da təşkil oluna bilər.
    Ən başlıca məsələ….

    EV-Muzeyi anlayışı M.Ə.Rəsulzadənin intellektual səviyyəsini təbliğı üçün o qədər də önəmli deyil.
    Bakıda M.Ə.RƏSULZADƏ ELMİ MƏRKIZİ yaradılmalıdır. 
    Bu məkan üçün ən maraqlı yer Sahil bağıdır.


  • Nazim Nəsrəddinov,
    Azərbaycan Respublikasının Əməkdar müəllimi,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türtkolq,
    MƏ.Rəsulzadə irsinin tədqiqatçılrından biri.
    Bakı.
    17.12.2019.
Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

One thought on “M.Ə.Rəsulzadənin Ev-Muzeyi, yoxsa M.Ə.RƏSULZADƏ ELMİ MƏRKƏZİ?

  • Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi

    öz Facebook səhifəfində maraqlı bir yazı ilə çıxış etmişdir:

    “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi”

    Müəllif yazır:

    “Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır.
    “100 illik”lə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər “təntənəli” olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. “Nələr” etdiyimizlə yanaşı, nələri “edə bilmədik” üzərində düşünəndə alınan mənzərə elə də ürəkaçan deyildir…

Yorumlar kapatıldı.

Pin It on Pinterest