GenelGüncelKültür Sanat

Mən sizə gələcəm – Paşa Qəlbinur

Nazım AHMETLİ

Kıımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Paşa Qəlbinur

 Mən sizə gələcəm

           Şeirlər

Mən sizə gələcəm


Mən sizə gələcəm, bir gün gələcəm
Bir qərib yuxunun dumanı kimi..
                ***
Mən sizə gələcəm vallah gələcəm
Gecikmiş eşqimin gümanı kimi..
                     ***
Mən sizə gələcəm yağmurlu gündə
Üzümdə gözümdə kipriyimdə nəm..
                        ***
Mən sizə gələcəm səssiz-səmirsiz
Səssiz-səmirsiz də çıxıb gedəcəm..

Görə bilməsəm

Məni imtahana çəkir taleyim –
Suda balıq olub qarmağı görəm…
Məni imtahana çəkir taleyim –
Ov olub tətikdə barmağı görəm…
                        ***
Yük oldu qeyrətim illər uzunu –
Boynuma minənlər yəhər bildilər.
Gözlərimdə çaxan ildırımları –
Yadlar yox, doğmalar səhər bildilər…
                      ***
Ürəyim – əlləri qabar fəhlədi
Neylədim qiymətsiz-urvatsız oldu.
Mənim hər hüceyrəm qarışqa yüklü –
Bu yükün altında qəddim əyildi…
                      ***
…Qurşağacan yerə mismarlanmışam
Dizimdə fil gücü, zəncir çeynərəm.
Top atsan – elə bir qəzəbəm ki, mən
Onu nəfəsimlə susdura billəm!
                    ***
Məni imtahana çəkir taleyim –
Suda balıq olub qarmağı görəm,
Ov olub tətikdə barmağı görəm,
Bəs görə bilməsəm, görə bilməsəm?..

Hələ nə yaşamışam ki

Ciblərimin ağzı,
parıldayan pencəyim,
Əllərim yağlı da dəyib sənə,
Xəcalətdən tərli də,
Bağışla məni.
Dizləri sürtülüb ağarmış, əynim.
Üzümüz üzlər gördü.
Mənim üzümün suyu,
Sənin dizlərinin gözləri töküldü.
Qələmim, bağışla məni.
Vaxt olub istəmədiyini yazdırmışam,
Vaxt olub özünə qəbir qazdırmışam,
Bağışla məni.
Ürəyim, bağışla məni.
Səndən xəbərsiz adından
danışdığım vaxt olub.
Xaqanidən Cavidə qədər
Bütün dahilərimin,
Qolları kəsilmiş
Babəkimin önündən
Əsgəri intizamla, ehtiramla,
Bir dəli sükutun
fırtınalı qoynunda keçmişəm.
Gecələri min illik şərab kimi içmişəm,
Ay işığında islanmışam
İliyimə qədər.
Və bir eşqin sazağında göynəmişəm
Sümüyümə qədər.
Hələ nə yaşamışam ki…
Bax bu balaca bıçaqla
zülməti doğramışam,
Özünü öyməklik olmasın,
Kimlərçünsə od oğurlamışam…

Atam İsmayılın əziz xatirəsinə



İnfarkt şöbələrində
gecə səhərə kimi
Monitora göz dikənlər –
Allah bizə kömək olsun!
Novxanıda, Bilgəhdə…
Bu il əkilən tinglər,
Bu yayın istisində
Allah sizə kömək olsun!
                  ***
Döyüş meydanlarında
Bir qarış torpağını
Öz ürəyi bilənlərə,
Bütün darda qalanlara
Allah özü kömək olsun!
                    ***
Ulu Tanrım, bu səhər
Gündüzü gecəyə dönənlərə də –
Zülmətli gözlərə qoy İŞIQ dolsun.
…Barmağı tətikdə, əli nişanda,
Ovçuya da, ova da –
Allah özü kömək olsun!



Ayanım

Sənə şeir yazmaq istədim
Ürəyimin gücü çatmadı.
Saçlarının ətrinə
Çörəyimin gücü çatmadı.
Nəfəsində
İşığın ətri, Günəşin dadı
Səsin –
Allahın adı…
Elə bil bağrımnan çıxan ürəksən
Elə bil bu dünya heç olmayıbdı,
Ya mən olmamışam
dünyada min il…
Gəl ürək, gəl görək, gəl boynuma min! –
Ürəyim boynumda
dünyanı gəzək.

İşıq cərrahı

Əllərimin hakimiyyəti bərqərar olur
Əməliyyat vaxtı.
Qaranlıqla işığın radar tutmayan
sərhəddinə uçur əllərim.
Ürəyim kimidi,
Mən yatanda da
Oyaq olur əllərim…


Çatdılar sənə



İstədim gizlədim məhəbbətimi –
Məni şeirlərim satdılar sənə.
İstədim on əlli qoruyam, gülüm,
Gözümün içindən mil salıb, salıb,
İşığın dalınca çatdılar sənə,
                   ***
İşığın ucunda tutdular səni…
İşıq sürətinə ünüm çatmadı,
Taleyin hökmünə əlim çatmadı,
Yat, – dedim – bəxtimə, o da yatmadı,
Allahım oldunuz az qala, gözlər.
Bir şəhərdə zəhər udan,
Bir dənizdə çimən bizik.
Gecəmizə, günümüzə həsrət şərik.
Xoş günlərə dözəmmədik, dözəmmədik…
                     ***
…Qağayılar qanad çalır,
Qanadları yosun iyli.
Mən qanadı qırılmışın
Qanadları dor ağacı –
Küləklər yayır səsimi.
Qanadlarım dar ağacı –
Asılmışam
Bir yaralı durna kimi…
Ah dedim, oydun məni,
Bu hala qoydun məni.
Yelkənsiz gəmi kimi
Dəryada qoydun məni..

Yalandı

Sizin qapınızdan öpən olmayıb,
Olmayıb, olmayıb, olmayıb, dünyam!
Yox! Mənim dərdimdən ölən olmayıb,
Yalandı, yalandı, yalandı, yalan!
                         ***
Yalandı o uzaq rahibə qızın
Bizə dedikləri…
o acı tüstü…
Yalandı nağılı Avazanın da,
Dom kilsəsi, Ani, Qəçrəşin üstü…
                     ***
Yağış islatmayıb Arbatda bizi,
Qatar aparmayıb uzaqlara, yox!…
Yox, yox saxlamayıb qar izimizi,
Məni doğramayıb, o qəfil ağrı…
                     ***
O mən olmamışam, and içirəm mən!
Gözündə yaş o şeiri
yazmayıbsan bir axşam.
Yox, yox dəli kimi təkrar, təzədən,
Sən adlı mələyə vurulmamışam.
                    ***
Günün şüasından tutub dırmaşıb,
Günəşdən sənə pay gətirməmişəm.
Yuxuda görmüşəm o “dəhşət”ləri
Səni tapıb, nə də itirməmişəm.
                     ***
Ağlım başımdadı, əynim sığallı,
Biz su içməmişik o qara daşdan.
Nə falçılar bizi yorub, nə də ki…
Mən işə gedəcəm səhər o başdan…


    Yanmış ocaq yeri    

              
Yanmış ocaq yeri var
Ürəyimdə
sən gedəli…
Bir xəncər sancı var
Kürəyimdə sən gedəli…
Qəhqəhələr, işvələr, nazlar
Payız yarpaqları kimi
Küləklərin ağzında
veyil-veyil.
Nə Günəş qızıl tellidi,
Nə dəniz mirvari deyil…
Dünyada
Sən adlı mələk var,
Mən adlı ürək.
İnnən belə
Qızıl-qızıl balıqlar
Dənizlərdə
Üşüyər də, ölər də,..
Bir bayatı çağırın:
– Mey qaldı şüşələrdə…



İçimdə bayramımsan,çölümdə yasım

Xəyyamın təqvimində
Beş min ildə bir dəfə
Olan xətamsan mənim…
Göylərdən endirilən
Qərib ətamsan mənim.
                      ***
İçimdə bayramımsan,
…Çölümdə yasım.
Yayda,
Dağda qarımsan
Qarı bağrıma basdım…
Suyum, Nurum, şəffafım –
İlacımsan – zəhərli –
İşıqda görünməyən,
Kölgədə zümrüd rənglim…
                     ***
Dənizsən, bir andaca
Yerə gömülə bilən.
Səhramsan – “Yahu” – desəm
Göy dənizə çevrilən…
İçimdə bayramımsan,
…Çölümdə yasım…


 İşıqdan qaranlığa

İməkdən yeriməyə
Verilən rüsxət kimi,
İşıqdan qaranlığa
Çəkilən düz xətt kimi
Sən mənim taleyimsən.
               ***
Kainatı yaradan
“Böyük partlayış” yalan
Pillə-pillə təkamül
Hamısı bom-boş yalan,
Sən mənim taleyimsən.
           ***
Zülmətlərin bağrına,
İldırımlar calandı.
Dünya haqq dünyasıdı,
Təsadüflər yalandı.
Sən mənim taleyimsən.
              ***
Sinəmdəki ürəkdi,
Kilsə zəngi döyül ha.
And içməyə çörəkdi –
Günəş çöhrən, Ay Allah!
             ***
Sən mənim taleyimsən.
Sən mənim xilasımsan,
Nuhun gəmisi kimi.
Sən mənim müqəddəsim
Taxıl zəmisi kimi…
              ***
Ağlın gözlərindədi,
Dünyanın gözəlliyi.
Cəm olub gözlərinə…
Nur şəlaləm, su pərim!
Ürəyim bir buz kimi
Əriyir gilə-gilə
Sənin qədəmlərinə…
             ***
Xoşbəxtlikdən o yana,
İtirsəm ürəyimi.
Bircə Sizə gələrəm,
Nuhun gəmisi kimi.
Son ümidim bilərəm.
            ***
İməkdən yeriməyə
Verilən rüsxət kimi,
İşıqdan qaranlığa
Çəkilən düz xətt kimi
Sən mənim taleyimsən,
Sən mənim taleyimsən…


 Gözlərinin al rəngində

Gözlərinin al rəngində
Sən məndən bir gül istədin.
Başdan başa düm-düz olan,
İlahi bir gün istədin.
              ***
Sən məndən ürək istədin,
İçində bir sən olasan.
Sən məndən yelpək istədin,
Uçub, göylərdə qalasan.
              ***
Nəğməyə, “göy qurşağı”na,
Əllə toxunmaq istədin.
Dünəndə qalıb, – indisiz,
Sabahda yaşayaq – dedin…
            ***
Sən məndən ömür istədin –
Lap əvvəldən yaşanası.
Ömürdən ömür-gün çəkən,
Şimşəyin tale maşası…
              ***
“Dəryada cicim gördüm,
Baxdıqca ucun gördüm,
Mən səndən ayrılmazdım,
Fələyin gücün gördüm”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest