Məhəmməd Əmin Rəsulzadə
“Molla Nəsrəddin”in Bakı vəkillərindən biri – Məhəmməd Əmin Rəsulzadə (29 02 1884 – 06.03.1955)
Neçə il yaşamasından asılı olmayaraq dünyada hərənin payına bir il düşür. O il ki insan dünyaya göz açır. Hamı dünyaya ağlaya-ağlaya gəlir. Mən hələ eşitməmişəm ki, desinlər filankəsin oğlu dünyaya gülə-gülə gəlib.
Bu ağlamaq məsələsi ki, var, çox qəliz məsələdir.Bəlkə də, dünyaya gələn uşaq ona görə ağlayır ki,başına nə gələcəyini bilmir. Hər halda ağlamaq ki var, insanlıq göstəricisidir.Əsas məsələ odur ki, ağlayan uşaq nəyə görə ağladığını bilsin.
M.Ə.Rəsulzadə dünyaya DÜZ YÜZ OTUZ BEŞ il bundan əvvəl gəlib. Əlbəttə, ağlaya-ağlaya,həyatı dərk etməyə, həyatı yeniləşdirməyə gəlib. Tarixçilərin hazırladıqları sənədə görə M.Ə.Rəsulzadə 31 yanvar 1884- cü ildə dünyaya göz açıb. Doğru, dəqiq faktlara görə isə onun dünyaya gəlişi 1884-cü il fevralın 29-dan başlanmalıdır.Bu da ki,tarixi hesablamağın 1918-ci il üsulu ilə 12 mart 1884-cü ilə düşür.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan və həqiqəti təsdiq etməyə qadir olan sənədlərdə Məhəmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olduğu aydın- .göstərilmişdir. (Mən bunu dəfələrlə müxtəlif yazılarımda göstərmişəm-N.N).
1884-cü il dördə kəsirsiz bölünən illərdəndir. Belə ilə ingilislər “LEAP YEAR”, ruslar “ВИСОКОСНЫЙ ГОД” deyirlər.Hər halda uzun ilin adamı olmaq yaddaqalan xarakterik xasiyyətləri ilə tanınır. Bu cəhətdən M.Ə.Rəsulzadənin bəxti çox gətirib.Maraqlı və zəngin işləri ilə dolu həyat yolu var. Yaxşı müəllimlərdən yaxşı dərs alıb. Özü də öz həyat nümunsi, ictimai-siyasi fəallığı ilə nəsillərə dərs deyıb. Bugün-sabah yubiley təntənələrinin sön günləridir. Hamı bu yübiley günlərində Vətən qarşısında gördüyü işlər barədə hesabata hazır olmalıdır. Yubiley HESABATDIR.Görülən işin, hazırlanan və həyata keçirilən tədbirlərin hesabatı… Gəlin hesabatımızı yaxşı hazırlayaq.
M.Ə.Rəsulzadə – adı dövlətçilik tariximizdə özünə şərəfli yer tutan vətəndaşlarımızdandır. Onun doğum gününü hər il təntənəli şəkildə keçirmək lazımdır.
… M.Ə.Rəsulzadənin həyat və yaradıcılığının müəyyən mərhələləri haqqında mənim bir sıra yazılarım Azərbaycan, rus və ingilis dillərində dünya oxucularına çatdırılmışdır. İnanıram ki, yubiley tədbirlərində bu materiallardan da istifadə olunacaqdır.
Mən M.Ə.Rəsulzadənin ədəbi irsinə ilk dəfə 1997-ci ildə TQDK-nın xətti ilə bunkerdə olarkən müraciət etmişəm. Bu, mənə imtahandan əvvəl ehtiyatla irad tutulanda dediyim cavabı olduğu kimi indi sizlərə çatdırıram:
“Məhəmməd Əmin Rəsulzadə elə şəxsiyyətlərdəndir ki, onun heykəlini S.M.Kirovun heykəlinin yerində yapmaq olar”.
Mənə irad tutan dövlət məmuru etiraz etməyi bacarmadı.
İkinci dəfə Elçinin kitabından bir cümləni TQDK-nın qəbul imtahanı suallarına yerləşdirə bildim:
“Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”cümləsini sintaktik təhlil edin.
Əlbəttə, söhbət sintaktik təhlildən daha çox M.Ə.Rəsulzadənin xatırlanmasının vacibliyini yada salırdı.
Başqa bir testdə M.Ə.Rəsulzadənin “Qaranlıqda işıqlar” dramı abituriyentlərin diqqətinə yönəldilirdi.
M.Ə.Rəsulzadənin “Molla Nəsrəddin” jurnalının “Bakı vəkili” olduğunu oxuculara ilk dəfə mən xəbər vermişəm.
Bu məlumatı “Molla Nəsrəddin” jurnalının 9 dekabr 1907-ci ilə aid 46-cı nömrəsindən oxumuşdum:
Bakıda məcmuəmizin vəkilləri “İrşad” idarəsində-“Nicat” cəmiyyətinin sədri cənab Məhəmməd Əmin Rəsulzadə və Parapetdə “Nadejda” kontorunda məzkur cəmiyyətin xəzinədarı cənab Əsədulla Axundovdur.
Gəncədə vəkilimiz şəhər məktəbinin türk dili müəllimi cənab Mirzə Hüseyn İsmayılzadədir”.
Maraqlıdır ki, bu elan jurnalın sonrakı — 16 dekabr 1907- ci il tarixli 47-ci nömrəsində də oxuculara çatdırılmışdır. Lakin əvvəlki nömrədəki soyadların təkrarlanması nədənsə məsləhət olmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, M.Ə.Rəsulzadənin də müəyyən illərdə rəhbər olduğu “Nicat” Xeyriyyə cəmiyyəti Bakı qubernatorunun 1906- cı il avqustun 22-də təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyətə başlamışdır. Cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işini gücləndirmək, ali,orta və ibtidai təhsil müəssisələrində oxuyan müsəlmanlara yardım göstərilməsi,ana dili və ədəbiyyatın inkişafı idi.Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr etmişdir.
Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasını “Nicat” Maarif Cəmiyyətinin dram heyəti hazırlamışdır.”Leyli və Məcnun” operasının ilk tamaşası 1912-ci il yanvarın 12-də şənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.”Nicat”Cəmiyyətinin sədri kimiM.Ə.Rəsulzadənin də ilk tamaşada tamaşaçı kimi iştirakı şübhəsizdir. Yeri gəlmişkən onu da deyək ki, yarandığı gündən “Nicat” Cəmiyyətinə növbə ilə Məhəmmədəli bəy Səlimbəyov (1906-1907), Həsən bəy Ağayev (9 mart-12 noyabr 1907), M.Ə.Rəsulzadə (12.11.1907- 17 .12.1913), eyni zamanda Qasım Qasımov,İsa bəy Aşurbəyov və Əlimərdan bəy Topşçubaşov rəhbərlik etmişlər.
“Nicat ” Cəmiyyətinin mətbu oraqanı “Nicat” qəzeti idi.Qəzetə İsa bəy Aşurbəyli başçılıq edirdi.”Nicat” həftədə bir dəfə şənbə günü Azərbaycan və rus dillərində nəşr olunan siyasi, ədəbi və ictimai qəzet idi.
1910-1912-ci illərdə “Nicat” qəzetinin 86 nömrəsi çap olunmuşdur.
M.Ə.Rəsulzadə ilə ilgili qəzet və jurnal materiallarının diqqət və bələdliklə öyrənilməsi həmişə gündəmdə olmalıdır.
Mən fəxr edirəm ki, tariximizə sevgi və qayğı ilə bir neçə iri həcmli kitaba yerləşəcək qədər iş – xeyirxah yaradıcılıq işi görmüşəm. Bu sırada M.Ə.Rəsulzadə irsinə rəğbətim bir neçə yazımda öz əksini tapmışdır.
M.Ə.Rəsulzadənin “MƏR” imzası ilə “Həyat” qəzetində çap olunmuş “Mətbəələrimizə dair” məqaləsini 30.10.1992-ci ildə də oxuculara mən çatdırmışam.
(bax :”Novruz ” qəzeti,30.10.1992).
Ən nəhayət, arxiv sənədlərinə əsasən, M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə yox, 29 fevral 1884- cü ildə anadan olması faktını da üzə çıxaran da mənəm:
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasınınəməkdar müəllimi,türkoloq
30.01.2019-cu il.