Livan ermənilərinin Qarabağa köçürülməsi – mənfur siyasətin davamı

Son günlər gündəmi məşğul edən əsas məsələ Azərbaycanın da yaxından izlədiyi Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsidir. Təbii ki, bu ermənilərin köçürmə ilə əlaqədar ilk mənfur əməli deyil. Bu kimi hadisələr dəfələrlə baş verib. Lakin Beynəlxalq Təşkilatlar hər zaman kimi lal mövqedən çıxış edirlər. Mövzu ilə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının SİA-ya müsahibəsini təqdim edirik.

Livan ermənilərinin Qarabağa köçürülməsi beynəlxalq hüquqa ziddir. Bəs bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlar hansı mövqedən çıxış edir?

– Əvvəla, 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılıb. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülüb.

İkincisi, Emənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların təhrif edilməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatlar bir sıra beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərar və hesabatlarda, xarici və yerli KİV-də, bir sıra aparılan araşdırma və tədqiqatlarda məlumatlar vardır.

Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə edilməsi, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib”.

Təqdiqat zamanı məlum our ki, Livan və Suriyadan gətirilən erməniləri işğal olunmuş Dağlıq Qarabağda, həmçinin, Kəlbəcər, Qubadlı və Laçın bölgələrində yerləşir, xüusilə də Livan ASALA erməni terror təşkilatının yarandığı, inkişaf etdiyi ölkədir. Livandakı Beyrut limanı ermənilərin dünyaya açılan qapısı hesab edilir. Ermənilərin Livana gəlişi XIX əsrin sonlarına təsadüf edir. Bu ermənilər Osmanlı sultanı ikinci Əbdülhəmidin dövründə mərkəzi hakimiyyətə vaxtaşırı üsyan etdikləri üçün Şərqi Anadoludan sürgün ediliblər.

Sürgündən sona ermənilər Yaxın Şərqin bir çox strateji nöqtəsini, eyni zamanda Livanın Beyrut limanını özləri üçün məskən seçiblər. Qarabağ müharibəsində də terrorçuluq fəaliyyətini araşdıranda görürük ki, 1200-dən artıq soydaşımız ASALA tərəfindən öldürülmüş, 1700-dən artıq soydaşımız isə yaralanmışdı. ASALA 1980-ci illərin ikinci yarısından etibarən fəaliyyəti genişləndirmiş və fəaliyyətini Qarabağda davam etdirmişdi. Xüsusilə Şahe Acemyan adlı erməni terrorçusu Qarabağ müharibəsi dövründə “ASALA” terror təşkilatının tərkibində Azərbaycana qarşı dəfələrlə terror aktları törədib. O, Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçusudur. O, 1992-1994-cü illər arası Qarabağ savaşında xüsusi fəallıq göstərmiş “Xaçlılar” dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı idi”.

Tarixçi-alim S.Talıblı deyib ki, 1975 və 1985-ci illər ərzində Türkiyə, eləcə də 16 ölkədə türk və digər mülki və diplomatik hədəflərə qarşı terror aktları törətmiş solçu və radikal milliyyətçi təşkilat olan “ASALA“ (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatı 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsinin gedişatında Beyrut şəhərində Akop Akopyan tərəfindən yaradılıb:

“Akop Akopyanın bəyanatından da məlum olur ki, təşkilatın təməl məqsədləri erməni ideologiyasının dünya ictimaiyyətinə çatdırılması və xarici erməni toplumunda millətçi hisslərin yüksəldilməsi olub. “ASALA” özəlliklə müstəqil bir Ermənistan dövləti qurmaq, erməni soyqırımı iddialarını Türkiyə Respublikası hökumətinə qəbul etdirmək, Türkiyədən təzminat almaq və “Böyük Ermənistan” layihəsini reallaşdırmaq üçün mübarizə aparıb”.
Livandan ermənilərin köçürülməsi ilə bağlı, ATƏT Parlament Assambleyası (PA) rəhbərliyinin sentyabrın 2-də keçirilən iclasında qurumun Büro üzvləri Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə Livan ermənilərinin qanunsuz köçürməsindən və işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi təxribatların son aylarda daha da intensivləşməsindən narahatlıqlarını bildiriblər.

Tarixçinin sözlərinə görə, ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
S.Talıblı bildirib ki, Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı: “Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatmışdı”.

Məsələ ilə əlaqədar Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlardan hansısa dəstək istəyibmi? Və ya Azərbaycan özü bu məsələdə hansı addımları atır və atmalıdır?

– Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti Nazirlik tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Azərbaycanın haqlı mövqeyi ərəb ölkələrində, dünyada daha sistemli, elmi fakrlarla, dünya KİV-lərində, sosial şəbəkələrdə, müxtəlir dillərdə, xarici ölkələrinin elm adamları, mütəxəssiləri, siyasətşünasları, jurnalistləri və s. bilrikdə təbliğ olunmalıdır. Uzun əsrlər boyu ermənilər dünyanın bir çox ölkələrinə, o cümlədən ərəb ölkələrinə səpələnmiş, bəzi dövlətlərin maliyyə və siyasi dəstəyi nəticəsində diaspor, siyasi, ideoloji, dini, silahli dəstələr, terror təşkilatları yaratmışlar. Məsələn, tayfa və dini prinsiplər əsasında idarə edilən Livanda adətən iki, Suriyada isə bir nazir erməni millətindən təyin edilir. Misirdə isə 10 mindən çox erməni ailəsinin yaşayır, onların çoxlu sayda qəzetləri, ictimai rəyə təsir edə bilən professorları, incəsənət xadimləri var ki, həmin ölkələrdə geniş əlaqələrə malik olan ermənilər Misirdə və digər ərəb ölkələrində özlərinin siyasi, ideoloji mövqelərini təbliğ edirlər. Təbii ki, bu gün Azərbaycan dünyada, Yaxın və Orta Şərqdə erməni yalanlarını ifşa etmək üçün daha çox iş görülməlidir. Təbii ki, hər bir Azərbaycanlı vəzifəsindən asılı olmayaraq müvafiq dövlət qurumları ilə yanaşı, dünyada Azərbaycanın təbliğində, xüsusilə də informasiya siyasətində fəal olmalıdır.

Qeyd edək ki, tarixçi-alim 3 aydır ki, Misir, İordaniya, BƏƏ, Liviya, Özbəkistan, Qazaxıstan, Türkiyə, İran və digər ölkələrdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların soyqırımı və s. mövzularda işğal olunmuş ərazilərimiz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, ermənilərin qeyri-qanuni məskunlaşması və s. haqda məqalələr yazır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest