Latın qrafikalı tanıtma lövhəsinin rəsmi açılışı və yaxud Salam, Hacı Səid Əfəndi Ünsizadə!
Mətbuatdan məlum old ki,İstanbulda Fatih Camii Hazirəsində görkəmli maarifçi ,türk dünyasının fazıllərindən biri Hacı Səid Ünsizadənin (1842,Şamaxı-1803,İstanbul) qəbrinin önündə ilk baxışda maraqlı görünən bir tədbir keçirilib.Başqa sözlə ,Səid Ünsizadənin qəbir daşının aşağı hissəsinə Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğunun maddi və mənəvi dəstəyi ilə latın qrafikalı kiçik bir lövhə qoyulub.
Lövhədə bu sözlər var:
Sait Ünsi
D.1842 – Ö.1903
Tərcümüyi-halını kütubhanalardan ötrənin.
Üç sətirə yerləşdirilən latın qrafilslı bu lövhənin RƏSMİ AÇILIŞINDA Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğunun əməkdaşları da iştirak etmişdir.
Açılış İTV proqrqmında göstərilmişdir.
***
Doğrusu, bu xəbэri oxuyub,bir az təəssüfləndim ki,Səid Ünsizadənin adını başqa şəkildə şərəfləndirmək olmazdımı?
Təşəbbüskar gənc dostlarıma bir məktub ünvanladım.
Onu AÇIQ MƏKTUB şəklində sizlərə də çatdırmağı lazım bildim.
******
Salam,uşaqlar.
Təbrik edirəm.Bir az təmkinli olun.Siz əvvəlcə məzarın təmirinə çalışırdınız.Bu məsələnin bələdiyyə və konsulluq tərəfindən həll olunmasına səy gğstərirdinz.Bu, belə də olmalıdır.Qəbirüstü işlərin təmiri böyük vəsait tələb edir.Həm də belə işləri tələskənliklə və özbaşına görmək qadağandır.Amma sonra məlum oldu ki,sizləri sadəcə olaraq,sakitləşdiriblər.Təmir yaddan çıxıb,latın qrafikalı balaca bir lövhəni qəbir daşının yanına qoyublar. Doğrusu, mən bu ucuz münasibəti gözləmirdim.
Səid Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) qəbri türk dünyasına 1903-cü ildən məlumdur- İstanbul,Fatih Camii Haziresi,34-cü bölüm.
Səid Ünsizadəyə Türkiyədə böyük qiymət verilib.Onun qəbrinin fotosu-TAŞ MƏZARI arxivlərdə çoxdan var imiş.Bu məzar Türkiyədə yaşayan Ünsizadələrə də çoxdan məlum imiş.Onlar , nədənsə,ehtiyat edib,məzarın yerini çpxlarına göstərmirlərmiş.
Ünsizadələrə aid sənədlər Ünsizadənin adını əziz tutan onun bir çox qohumlarında var.Bu gün Ünsizadələrin nəsil şəcərəsini müəyyənləşdirmək çox çətinləşib.Qocalar dünyasını dəyişib,cavanların çoxu bu məsəənin araşdırılmasına maraqlı düyil.
İstanbulda nəşr edlən “KIRIMIN sesi “qəzetinn redaktoru hörmətli dostunuz Mustafa haca ilə əlaqə saxlayın.Biz onunla artıq xeyli müddətdir ki, bu qəzetdə “Səid Ünsizadə və İsmayıl bəy Qaspıralı” layihəsi üzrə müntəzəm elmi və elmi-maarifləndirici işlər görürük.O işlərdən biri də ən azı 4 şəhərdə Səid Ünsizadənin abidəsini ucaltmaqdır.Şamaxıda,Bakıda,Tiflisdə və İstanbulda.
Səid Ünsizadəni öyrənin,onun elmi,elmi-pedaqoiji,publisistik irsinin təbliğatına daha ciddi yanaşın.2022-ci ildə YUNESKO-nun xətti ilə onun möhtəşəm yubileyinin keçirilməsinə hazırlaşın.
Hörmətlə,Nazim Nəsrəddinov.
27.05.2021
P.S.Latın qrafikalı lövhə məsələsini MÜTLƏQ AR Xarici İşlər Nazirliyinə və AMEA-ya çatdırın ki,onların da bundan xəbərləri olsun.