Koronavirusla bağlı DƏHŞƏTLİ SİRLƏR – Bunları heç kim bilmir… / ARAŞDIRMA

Sənan Qılıncarslan Qacar / Azerbaycan

Dünyada koronavirus qorxusunun yaratdığı kütləvi psixozun əlamətləri müşahidə olunur. İran, İtaliya, İspaniya və digər dövlətlərdən gələn məlumatlar, nümayiş etdirilən videolar sanki müharibə xəbərlərini, qorxu filmlərinin səhnələrini xatırladır, vahiməli səs yazıları panikanı daha da artırır.

Redaktor.az xəbər verir ki, araşdırmaçı Araz Şəhrili koronavirusun yayılma səbəblərini izah etmək məqsədi ilə irəli sürülmüş fərziyyələrlə bağlı araşdırma aparıb. Sözügedən araşdırmanı təqdim edirik.

Qeyd edək ki, fərziyyə problemin həm də ilkin və nisbətən sadə modelidir. Buna görə də istənilən fərziyyə əsaslanmış olmalı, faktiki məlumatlara istinadla qurulmalıdır. Aşağıdakı ehtimalların əksəriyyəti bu kriteriyaya cavab vermədiyi üçün onları güman da adlandırmaq olar:

  • Xəstəlik Çinin Uhan şəhərindəki bioloji laboratoriyadan təsadüfi sızma nəticəsində yayılmışdır;
  • Koronavirus insana yaxşı emal olunmamış yarasa və ya panqolin əti ilə təmas nəticəsində keçmişdir;
  • Çin Xalq Respublikası tərəfindən digər dövlətləri iqtisadi cəhətdən zəiflətmək üçün yayılmışdır;
  • Koronavirus epidemiyası ABŞ-ın dünya iqtisadiyyatına təsir göstərmək məqsədi ilə apardığı bioloji müharibədir;
  • Qərbin iqtisadi sanksiyalarına və neft qiymətlərinin süni şəkildə aşağı salınmasına Rusiya Federasiyasının cavab aksiyasıdır;
  • Bu, beynəlxalq dərman mafiyasının işidir, gələcəkdə peyvənd satışından böyük gəlir əldə etmək məqsədi ilə həyata keçirilir;
  • Koronavirus epidemiyası yer kürəsində yaşayan bütün insanların kütləvi nəzarət altına alınması və idarə olunması üzrə ssenarinin növbəti və mühüm mərhələsidir;
  • Əsas məqsəd koronavirusun peyvəndi vasitəsi ilə insanların orqanizminə onları və gələcək nəsillərini tədricən qısırlaşdıracaq maddələrin yeridilməsi və bu yolla demoqrafik artımın qarşısının alınmasıdır;
  • Məqsədlərdən biri də nəğd pul ödənişlərinin tamamilə ləğv edilməsidir.  

İkinci qrup fərziyyələr bu xəstəliyin müxtəlif ölkələrdə və ərazilərdə yaşayan insanlara fərqli təsiri ilə bağlıdır. Beləliklə, Avrasiya məkanında yerləşən 30 ölkənin (Kipr, Yunanıstan və Finladiya istisna olmaqla onların hamısı keçmiş sosialist respublikalarıdır) statistik göstəricilərinə nəzər salaq:

ABŞ-da, Qərbi Avropanın bəzi ölkələrində, Türkiyədə və İranda isə vəziyyət belədir:

Göründüyü kimi, ABŞ-da, Qərbi Avropada, Türkiyədə və İranda COVİD–19 xəstəliyinə yoluxmuşların ümumi sayı birinci cədvəldə qeyd olunmuş ölkələrin ümumi göstəricisindən 25 dəfə, ölənlərin sayı isə 90–95 dəfə çoxdur. Bunun səbəblərini izah etmək məqsədi ilə aşağıdakı fərziyyələri irəli sürmək olar:

  • Xəstəliyin ilkin ocaqlarından biri İtaliya olduğuna görə COVİD–19 burada daha geniş yayılmışdır. Bu isə o deməkdir ki, koronavirusun Şərqi Avropa ölkələrində epidemiya dövrü, ola bilsin ki, hələ qabaqdadır;
  • İtaliyada və İspaniyada, əslində, başqa xəstəliklərdən ölən şəxsləri də COVİD–19-un ayağına yazırlar;
  • İtaliyada və digər Avropa ölkələrində yaşlı insanlar “qocalar evləri”ndə yaşadıqlarına, öz aralarında sıx ünsiyyət saxladıqlarına və daha fəal həyat tərzi keçirdiklərinə görə xəstəlik onların arasında daha sürətlə yayılır;
  • Qərbi Avropa ölkələrində həyat səviyyəsi, o cümlədən, səhiyyənin səviyyəsi çox yüksək olduğuna görə, sağlamlığında ciddi problemlər olan, fərqli vəziyyətdə, əslində, ölümə məhkum insanlar yaşamaq üçün şans əldə edirlər. COVİD–19, ilk növbədə, məhz belələrini aparır. Postsovet məkanında isə müxtəlif obyektiv və subyektiv səbəblərə görə həyat səviyyəsi və səhiyyənin səviyyəsi daha aşağıdır. Bu da öz növbəsində, insanların orta ömür həddinin qısalmasına və ölüm faizinin artmasına səbəb olur. Misal: 2019-cu ildə 60 milyondan çox əhalisi olan İtaliyada 647 min, 42 milyon əhalisi olan Ukraynada isə 582 min insan dünyasını dəyişmişdir. Bu o deməkdir ki, Ukraynadakı ölüm sayı İtaliyadakı ölüm sayından 33 % çoxdur;
  • Keçmiş SSRİ-də və digər sosialist dövlətlərində vərəm əleyhinə peyvənd (BSJ) məcburi qaydada vurulduğuna görə, bu ölkələrdə yaşayan insanların orqanizmi əsas zərbəni ağciyərə endirən COVİD–19-un qarşısında davam gətirə bilir. Amma qeyd etməliyik ki, bu fikir hələ sübuta yetirilməmişdir;
  • Şərqi Avropa mətbəxində donuz piyindən, Orta Asiyada, Qazaxıstanda və Monqolustanda isə qoyun piyindən çox istifadə olunduğuna görə yerli sakinlərin əksəriyyətinin orqanizmi virusa uğurla müqavimət göstərə bilir. Xatırladaq ki, SSRİ dövründə əsasən şam meşələrinin yaxınlığında tikilən vərəm sanatoriyalarında qida rasionunun əhəmiyyətli bir hissəsini heyvan mənşəli piylər təşkil edirdi. 
  • Haşiyə: maraqlıdır ki, Muhəmməd Peyğəmbər və İmamlar ağciyərdə problem yaranan zaman malın yalnız piyini, qoyunun isə həm ətini, həm də piyini yeməyi məsləhət görmüşlər. İslam tibbinə əsasən, daimi olaraq yalnız balıq (dəniz məhsulları) ilə qidalanmaq ağciyərin zəifləməsinə gətirib çıxarır;
  • Koronavirusun daha çox yayıldığı Şimali İtaliyada, Çinin Uhan vilayətində, bəzi digər ölkələrdə havanın çirkli olması, bunun nəticəsində həmin yerlərin sakinlərinin səhhətində, xüsusi ilə ağciyərlərində müəyyən problemlərin mövcudluğu;
  • Orta Asiyada, Qazaxıstanda və Monqolustanda əhali sıxlığının olmaması;
  • bəzi ölkələrin vətəndaşlarının elementar gigiyena qaydalarına riayət etməmələri. Xatırımdadır ki, Türkiyədə olarkən məni bir məsələ təəccübləndirmişdi: bağlı binalarda gözləmə müddəti bir qədər uzun olan kimi avropalılar quru yerdə oturur və ya uzanır, hətta körpə uşaqlarını da hamının üstündə gəzdiyi yerdə uzadırdılar. Bu, ola bilsin ki, onların yaşadıqları mühitin təmizliyinə arxayın olmaları ilə bağlıdır. Amma belə vərdişlər insanın dəyişən şəraiti hazırlıqlı qarşılamasına mane olur.

Beləliklə, görəsən əsl vəziyyət necədir? Kimə inanaq? Ölkələrin rəsmi nümayəndələrinə, Ümumdünya Səhiyyə Təşkilatına, yoxsa sui-qəsd nəzəriyyəsinin tərəfdarlarına? Bu sualın cavabını statistik təhlil yolu ilə tapmağa çalışaq: 

“Vikipedia – Demographics of Italy” resursunun məlumatına əsasən, İtaliyada 2019-cu il ərzində 647.000 insan müxtəlif səbəblərdən dünyasını dəyişmişdir. Bu rəqəmi 12 aya bölsək, hər bir aya orta hesabla 53.916 rəqəmi düşər. Beləliklə, ötən il İtaliyada hər gün orta hesabla 1.797 nəfər vəfat etmişdir.

Son məlumata əsasən, bu ölkədə aprel ayının 3-dək COVİD–19 xəstəliyindən dünyasını dəyişənlərin ümumi sayı 13.915 nəfəri keçmişdir. Deyilənə görə, ölənlərin çoxluğundan meyitlərin daşınması, onların dəfni və ya kremasiyası böyük bir problemə çevrilmişdir. Bu templə davam edərsə, aprel ayının sonuna qədər İtaliyada ümumilikdə 35.000–40.000 insan koronavirusun qurbanı ola bilər. 

Həqiqəti müəyyən etmək üçün İtaliyadakı ölüm statistikasının cari il üçün ümumi vəziyyətini bilməliyik. Koronavirusun fəsadlarını və 2019-cu ilin göstəricilərini nəzərə alaraq ehtimal edə bilərik ki, 2020-ci il ərzində İtaliyada orta hesabla hər gün təxminən 1.900 nəfər, hər ay isə ən azı 57.000 insan vəfat etməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, karantin dövründə avtomobil qəzalarında və çöldə baş verən digər bədbəxt hadisələrdə ölənlərin sayı kəskin şəkildə azala bilər. Lakin səhiyyə əsas qüvvəsini epidemiya ilə mübarizəyə yönəltdiyindən digər xəstəliklərdən ölənlərin sayı isə arta bilər. Əlavə edək ki, rəqəmlər ümumiyyətlə təxminidir, aprelin 3-dək olan qurbanların sayı (13.915) və həmin saya istinadən proqnozlaşdırılmış itkilərin minimal səviyyəsi (35.000–40.000) nəzərə alınaraq irəli sürülmüşdür.

Əgər 2021-ci ilin əvvəlində bəyan ediləcək statistik göstəricilərlə 2019-cu ildə baş vermiş ölümlərin sayı arasında ciddi bir fərq olmayacaqsa, bu qənaətə gələ bilərik ki, əslində, heç bir pandemiya baş verməmişdir. 

P.S. Müqayisəni ilin sonunda bütövlükdə 2020-ci ilin statistik göstəriciləri ilə 2019-cu ilin müvafiq rəqəmləri arasında aparmaq lazımdır.

Araşdırmaçı Araz ŞƏHRİLİ (ABBASOV)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest