GenelKültür Sanat

KÖÇÜM

Xəyalım aparır çox uzaqlara,
Uzağa yaxınam, yaxına uzaq.
Bu həyat tərzimlə heç barışmadım!
Dost  tanışdanda düşmüşəm uzaq.

Ağlıma gəlməyir xoşbəxt olmağım,
Buludtək doluyam qəm çanağıyam.
Doğmalar içində qəribəm, yadam,
Ürəyim ağrıyır, çox yaralıyam.

Bilmirəm, bu acını içimdə çəkim,
Yoxsa, içimlə birgə məzara çəkim!
Dərdimə çarə də tapılmaz həkim,
Mən harda yaşayım, haraya köçüm?

Qəmsiz bir gecəm keçməyir əsla,
Hər gecəm hüznlü, gözlərim yaşla.
Düşünə bilmirəm, bir ayıq başla…
Şəhərdə yaşayım, kənddəmi köçüm?

Elsevər, səbr elə olub keçənə,
Baş qoşma heç kəsə, ötüb keçənə,
Heyfin gəlsin, yuxusuz hər gecənə,
Axirət əbədi bil haqdır hökm!

Elsevər Hüseynoğlu
BAKI~04/09/2019

Pin It on Pinterest