Genel

Kirman Rüstenli Rüstəmov Hüseyn Cəfəroğlu 1942 ci ildə faşist işğalına qarşı vuruşmaq üçün ordu sıralarına çağırılır

Kirman Rustemli -Rüstəmov Hüseyn Cəfəroğlu
Kirman Rustemli -Rüstəmov Hüseyn Cəfəroğlu

Rüstəmov Hüseyn Cəfər oğlu 1942 ci ildə faşist işğalına qarşı vuruşmaq üçün ordu sıralarına çağırılır . Məşhur Poltava döyüşündə mina qəllpəsindən ağır yaralanır.  Əsas. Hərbi hospitalın verdiyi 19019.2 nömrəli tibb arayışı Bir müddət hərbi hospitalda müalicə olunduqdan sonra ordudan ehtiyyata buraxılır.1906 cı ildə anadan olmuşdur. 1980 ci ildə dünyasını dəyişmişdir.

Müharibədən sonra doğulduğu Cəhri kəndində örünün sonunaək dəmirçi işləmişdir.Məktəbdən sonra atamın dükanına gedəərdim. Tək işlədiyi üçün ona kömək edərdim

Bir dəfə atam ocaqdakı dəmiri götürb doymək istədi.Dəmir qıpqırmızı közərmişdi.Atam karıxıb maşa ilə götürməli olduğu halda, əli ilə qızqamış dəmirdən yapışdı.İmkan tapıb ” bunu etmə , ata” deyə bilmədim,Atamın əli o dəqiqə tüstüləməyə başladı.Atam dərhal əlindəki dəmiri yerə buraxdı.Maşanı götürüb dəmiri qaldırdı, mənə guppunu götr, vur, – dedi.

Mən məətəl qalmışdım.Heç nə deyə bilmirdim.İlahi, atamın bizə necə çörək qazanması məni çox sarsıtdı.Hansı əzab əziyyətlə qazanılan çörəyi iştahla yediyimizi düşündüm.

  O gündən atam gözümdə daha da böyüdü..O, oğulun yanında özünü sındırmadı, qürurlu tutdu.Acısın , ağrısın mənə bildirmədi.Sonralar əllərinin içərisinə də baxdım. Əllər dəmir qədər möhkəm idi.Dmək atamın əlləri bişib, dəmirləşmişimiş.

Allah rəhmət etsin.

Aşağıdakı şeiri atamın “Qələbə”bayramına həsr etmişəm.

Ay ata.

Qələbə sevincin biz də dadmışıq,

Bir ocaq başında od çata-çata.

Hər gün səni deyib,səni anmışıq,

Sənin bayramında ata, ay ata.

Düşməni özündən igid bilmədin.

Qazandın qələbə,  bax budur buta.

Döyüşdün, düşmənə sən əyilmədin,

Bu gün ovladına sən bir fəxr , ata.

Illər arxasında əməlin qalıb,

Bu qələbə sənin, .oyan , ay ata.

Yoxluğun bizlərə alov , od salıb,

Özünə heykəlin qoyan, ay ata.

Odlardan  keçmisən, odu yenmisən,

Alova, tüstyə sən bata- bata.

Bizə fərəh verən  bil ki,sənmisən,

Ömrünü bizlərə pay verən ata.

.kirman rüstəmli

02.05.2019

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest