Güncel

Kim yatıb,kim oyaq və yaxud yubileyə kimlər dəvətlidirlər?

Kim yatıb,kim oyaq və yaxud yubileyə kimlər dəvətlidirlər?

Təsadüfən 17.12.2019-cu ildə İstanbula göndərdiyim bir salamlaşma səhifəsi ilə rastlaşdım. Burada qısa salam -sağ ol və yeddi foto-şəkil var idi,
İstanbulda yaşayan Ünsizadələrin ailə şəkilləri, Milli Məclisin deputatı hörmətli Qənirə Paşayeva,dostumuz Akif Aşırlı və başqaları…
Deyəsən, bu.mənim rəhmətlik Ahmet Arkuna- türk dünyasının fazillərindən birinin -Hacı Səid Əfəndi Ünsizadənin ( 1842,Şamaxı-1903,İstanbul) ahıl yaşlı torununa göndərdiyim sonuncu salam çələngidir.
Ahmet Arkun 2020-ci ilin yanvar ayında dünyasını dəyişmişdir.
“Kırımın səsi” həmişə olduğu kimi, onda da Unsizadələri yaddan çıxarmadı.Qəzetdə iri həcmli bir yazı-xatirə yazısı-başsağlığı verildi.

…Hörmətli Arkunlar-Ünsilər, 1933-cü ildə Ankarada dünyasını dəyişmiş əmizadənizi-Cəlal Ünsizadəni (1857.Şamaxı-1933,Ankara) də ailə arxivlərinizdən axtarın, tapın.
Cəlal Ünsizadə haqqında ailənizin yaxşı tanıdığı Samet Ağaoğlunun “Babamın arkadaşları” xatirələr kitabunda bu axtarışa yol gəstərə biləcək maraqlı səhifələr var.
24.03.2021

P.S. Əziz dostlar,,2022-ci ildə Səid Ünsizadənin təvəllüdünün 180 ili tamam olur..
İstanbulda nəşr olunan “Kırımım səsi” qəzetində “Səid Əfəndi Ünsizadə və Kırım tatarı böyük mütəfəkkir İsmayıl bəy Qaspıralı layihəsi” çərçivəsində xeyli müddətdir yubiley tədbirlərinə aid matteriallar verilir. Yubiley tədbirlərinə Sizlər də dəvətlisiniz.

Pin It on Pinterest