GenelGüncel

Kardeş Dayanışması :Türkiyə Azərbaycana tibbi yardım göndərdi

Sənan Qacar/KırımınSesi/Azerbaycan

Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib”.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bunlar qeyd edilir:

“Bu gün də qardaş ölkə Can Azərbaycana

– 30 ədəd süni nəfəs aparatı,

– 55.000 ədəd kombinezon,

– 50.000 ədəd N95 maska,

– 100.000 ədəd cərrahi maska,

– 5.000 tibbi eynək,

– 200.000 əlcək

və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərib.

Türkiyə, virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hal-hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest