İsmayıl bəy Qaspıralı ” Öyüd “şeiri
İsmayıl bəy Qaspıralı. ” Öyüd “şeiri
Azərbaycan dilinə tərcümə və iqtibas edən – Nazim Nəsrəddinov
*
Tərcümə-iqtibas
**
Əkini də, biçini də həyatdır,
Biz torpağa olmalıyıq alüdə…
Qurban sənə, oğul,satma torpağı
Torpaq bizə validədir,validə..
*
Canımızın qüvvətidir bu torpaq,
Yurdumuzun dövlətidir bu torpaq..
Alma burda,armud burda,nar burda
Hamımızın sərvətidir bu torpaq.
*
Çayırı da,çəməni də gözəldir,
Burda zəhmət xarüqələr düzəldir.
Viran qoyma bağçaları bağları,
Torpaq sənə hər nəsnədən əzəldir.
*
..Bir çaya bax,necə axır suları,
Vəsf etməyə çox acizəm bunları.
Gözün kimi qoru hər an torpağı
Qiymətlidir torpağın xoş anları
*
Ək tarlaya arpa ,buğda, nə bitir,
Müxtəsəri, ürəyin nə istəyir.
Kim çalışır, gələcəyi xoş olur,
Torpaq bizi məhəbbətə səsləyir.
*
…Əkini də, biçini də həyatdır,
Biz torpağa olmalıyıq alüdə….
Qurban sənə, oğul, satma torpağı
Torpaq bizə validədir,validə..
*
Dilde,fikirde,işte birlik”

Tərcümə və iqtibas edəni:
Bakı,
05.07.2021.

