İsmayıl bəy Qaspıralı. ” Öyüd “şeiri

İsmayıl bəy Qaspıralı. ” Öyüd “şeiri Azərbaycan dilinə tərcümə və iqtibas edən – Nazim Nəsrəddinov

Tərcümə-iqtibas

****

Əkini də, biçini  də  həyatdır,
Biz torpağa olmalıyıq alüdə…
Qurban sənə, oğul,satma torpağı  
Torpaq  bizə validədir,validə..
***

Canımızın  qüvvətidir bu   torpaq,
Yurdumuzun  dövlətidir bu torpaq…
Alma burda,armud  burda,nar burda
Hamımızın   sərvətidir bu torpaq.

***

Çayırı da,çəməni də gözəldir,
Burda zəhmət xarüqələr düzəldir.
Viran qoyma  bağçaları bağları,
Torpaq  sənə hər nəsnədən əzəldir.

***

…Bir  çaya bax,necə axır suları,
Vəsf etməyə çox acizəm bunları…
Gözün kimi  qoru hər an  torpağı
Qiymətlidir torpağın xoş anları 

***

Ək tarlaya arpa ,buğda, nə bitir,
Müxtəsəri, ürəyin nə istəyir.
Kim çalışır, gələcəyi xoş olur,
Torpaq bizi  məhəbbətə səsləyir.

***

…Əkini də, biçini  də  həyatdır,
Biz torpağa olmalıyıq alüdə….
Qurban sənə, oğul, satma torpağı  
Torpaq  bizə validədir,validə..
***


Dilde,fikirde,işte birlik”


Tərcümə və iqtibas edəni:    Nazim Nəsrəddinov

Bakı,

05.07.2021 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest