Genel

İşğaldan azad olumuş ərazilərə “Böyük Qayıdış”

Subhan Talıblı – Kırımınsesi – Azerbaycan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2021-2030-cu illəri əhatə edən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yeni dövrün reallıqlarına uyğun  prioritetlərin  və onların  icrası mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.  Bu gün artıq qətiyyətlə deyə bilərik ki, ölkəmizin həyatında yeni dövr-quruculuq, bərpa dövrü başlayıb. Yeni dövrün münasibətlərini isə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi şərtləndirdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başlanan zəfər yürüşü 44 gün ərzində qələbə ilə başa çatdı. 30 ilə yaxın bir müddət ərzində xalqımızın hiddətinə səbəb olan səmərəsiz, imitasiya xarakterli, status-kvonun saxlanılmasına xidmət edən danışıqlar işğal altında olan torpaqlarımızın geri alınacağına ümidlərimizi zərrə qədər də azalda bilməmişdi, əksinə xalqımızda özünüdərk, milli birlik, həmrəylik və s. bu kimi zəruri formalaşmasına və inkişafına təkan vermiş oldu. Odur ki, Vətən Müharibəsi kiçikdən-böyüyə hər kəsi həsrətində olduğu bir amal uğrunda birləşməyə və şanlı qələbəni hər gün bir addım daha da yaxınlaşdırmağa müəssər etdi. Azərbaycanın mütləq üstünlüyünün hətta destruktiv Ermənistan  tərəfindən belə qəbul edilməsi sülhə məcburetmə əməliyyatının diplomatik müstəvidə qələbə çalması demək idi.

Tarixi torpaqlarımızın düşmən işğalından azad olunması dövlətimiz üçün yeni çağırışların formalaşmasını, yeni vəzifə, missiya və prioritetlərin müəyyənləşdirilməsini zəruri edir.Bu prioritetlər içərisində biri və hətta demək olar ki, birincisi məhz azad olunmuş torpaqalara böyük qayıdışın reallaşdırılmasıdır. Mən hesab edirəm ki, dövlət başçısının xalqa son müraciətlərindən biri böyük qayıdışın konseptual başlanğıcının  rəmzi idi: “Məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, bizi qaytar. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda onların gözlərində həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi?!”

Dövlətin apardığı əsas missiyalardan biri də bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün əlverişli şəraitin yaradılmasını təmin etməkdir. Həmin ərazilərdə ilk növbədə infrastrukturun yaradılması, dövlət orqanlarının fasiləsiz işinin və xidmətlərinin təşkil olunması, əhalinin mənzil-məişət ehtiyaclarının qarşılanması üçüngenişmiqyaslı tikinti və bərpa işlərinə başlanılmışdır. Mütəxxəssilərin işğaldan azad olunan ərazilərdə “tikinti bumu” gözləntisi də əbəs yerə deyil. 

Erməni vandalları tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərimizin bərpası üzərimizə kifayət qədər böyük məsuliyyət və öhdəliklər qoysa da, ərazilərin bərpası və potensialından səmərəli istifadə gələcək üçün sürətli inkişaf vədi verir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası azad edilə ərazilərin iqtisadiyyatı yenidən qurulur və yeni texnologiyaların tətbiqi iqtisadiyyatı daha da məhsuldar edəcəkdir. Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olması , əlvan metal filizləri, qızıl, civə, xromit, əhəng, mərmər, mineral sular və başqa bu kimi çox yayılan faydalı qazıntılarla zəngin olması, habelə geniş kurort-rekreasiya potensialına malik olması iqtisadi əhəmiyyətini artırdığı kimi, əhalinin könüllü və sürətli məskunlaşması, adaptasiyası və məşğulluğunun təmini üçün də geniş fürsətlər yaradır.

Dağ-mədən sənayesinin və metallurgiya kompleksinin yüksəlişi Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, eləcə də hal-hazırda daha zəruri olan hərbi-sənayenin inkişafını sürətləndirəcək. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Azərbaycan hal-hazırda xarici şirkətlərin ivestisiyası üçün əvəzedilməsiz və daha cəlbedicidir. Beləliklə, ərazilərimizin azad edilməsi nəticəsində başlayan böyük qayıdış son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan hərtərəfli və ardıcıl islahatların yeni və ən böyük tərkib hissəsi olmaqla Azərbaycanın mövcud potensiallarının əhəmiyyətli dərəcədə arıtırlması və hegemon güclərdən birinə çevrilməsi istiqamətində ciddi iqtisadi potensiallar qazandıracaqdır.

Qarabağın işğaldan azad olunması  və bunun nəticəsi kimi “Böyük Qayıdış” prosesi Azərbaycanın beynəlxalq arenada yeni imicinin formalaşması, siyasi iradəsinin və milli ruhunun nümayişi, hərbi potensialının qüdəti və gücü,iqtisadiyyatının genişlənməsi və diversifikasiyası deməkdir. Qarabağ Azərbaycandır!


Fərhad Baxışov 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest