İlhamə Qəsəbova: İncə Dərəsində təsəvvüf və nəqşbəndilik

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru
 
İncə Dərəsində təsəvvüf və nəqşbəndilik
 
Azərbaycanın qərbində yerləşən Qazax bölgəsinin “İncə Dərəsi” deyilən
yerin Aslanbəyli kəndində Nəqşibəndlik təriqəti geniş yayılıb. İncə Dərəsindən
başqa Qazağın heç bir kəndində nəqşibəndilik, eləcə də təsəvvüf əhlinə rast
gəlinmir. Qazaxda nəqşibəndilik təriqəti Veysəl Qarani soyundan olan Hacı
Mahmud Əfəndinin adı ilə bağlıdır. Qazax mahalının ən qədim kəndlərindən biri
də Gürcüstan və Ermənistanla həmsərhəd olan və qədim türk tayfalarından sayılan
“İncu”ların məskunlaşdığı İncə Dərəsidir. Qədimdə burada İncu-Aslanbəyli,
Qamak-Qaymaqlı və Kimer-Kəmərli tayfaları yaşayıb ki, hazırda indiki üç kəndi
əhatə edir. Bunlardan ən qədimi “İncu” tayfasıdır, ən böyük kəndi isə
Aslanbəylidir. Bu üç kəndin əhalisi etnoxronim kimi “incəli”lər adlanır. İncə
Dərəsi özündə zəngin folklor nümunələrini, aşıq yaradıcılığını, poeziyanı qoruyub-
yaşadan, ulu bölgənin kəndləri arasında ən unikal bir eldir. Bu elin tanınmış
şəxsiyyətləri, ziyalıları, şair-yazıçıları və aşıqları ilə yanaşı, həm də tarixi kökü çox
qədimlərə söykənən dini təriqətli yazarları, eləcə də övliyaları və nəqşibəndiləri
var. Azərbaycanın müxtəlif rayon və kəndlərində olduğu kimi, Qazax rayonunun
Aslanbəyli kəndində də soyu Yəmən tayfalarından – “Beni-Murad”dan gələn Türk
əsilli, övliya, filosof Veysəl Qarani soyundan olan nəsillər yaşayır. Veysəl Qarani
soyundan gələnlər, əsasən, Qazaxda İncə Dərəsində məskunlaşıblar. 594-doğumlu
olan Veysəl Qarani Mərib vilayətində Karen kəndində – indiki Qarani kəndi
deyilən yerdə dünyaya göz açıb. 654-cü ildə Siffeyn döyüşündə Əlinin ətrafında
döyüşərkən öldürüldüyü söylənilir. Onun qəbri Suriyada Ər-Rəqqə adlı
yerdədir. 2014-cü ilin iyun ayının 23-də türbəsi İŞİD tərəfindən bombalanaraq
dağıdılıb. Veysəl Qarani soyunun davamçısı Hacı Mahmud Əfəndidir. Hacı
Mahmud Əfəndinin soylarından olan Seyidovlar nəsli var ki, bunlar Qazax
mahalında nəqşibənidlər, sufi dünyagörüşlü şairlər olub. Onların Qazaxda
təsəvvüfün və nəqşibəndiliyin yaranmasında və inkişafında əvəzsiz xidmətləri
olub.
Nəqşibəndilik “naxış vuran” demək olmaqla yanaşı həm də “Allahın bəzi
adları ilə zikr etmək” deməkdir. Nəqşibəndilik təriqəti əslində insanların nəfsinin
əsirinə çevrilməməsi üçün tövbə, zikr, təfəkkür, namazlar, və buna bənzər
ibadətlərin edilməsidir. XV əsrdə görünməyə başlayan təriqətin nümayəndələri
tezliklə Naxçıvanda, İrəvanda, Urmiyada, Təbrizdə təriqəti təbliğ ediblər və
ətraflarına tərəfdaşlar toplamağa başlayıblar. Lakin XVI əsrdən sonra

Azərbaycanda təsəvvüf cərəyanı dini-siyasi təzyiqlər nəticəsində zəifləyərək
məşhur nümayəndələri məmur və mollaların təhdidlərinə məruz qalaraq
Hindistana, Anadoluya, Misir və Türkmənistana köçmək məcburiyyətində qalıblar.
XIX əsrdə Azərbaycanda nəqşibəndilik dirçəlməyə başladıqda İsmayıl
Şirvani, Qutqaşınlı Yəhya Əfəndi və Mir Həmzə Nigari kimi məşhurlar təriqətin
yayılmasında müstəsna xidmətlər göstəriblər. 30-cu illərin repressiya dövru
onlardan da yan ötməyib. Bir çox tanınmışlar repressiya qurbanları olub və demək
olar ki, fəaliyyətləri dayandırılıb.
Nəqşibəndilər əsasən iri şəhərlərdə və mənəvi yaxınlıqları olan bölgələrdə
təbliğatlar aparıblar. Azərbaycanda nəqşibəndilik Bakı şəhərində, Şəki, Zaqatala,
Qəbələ, Ağdaş və Göyçay rayonlarında yayıldığı kimi qərbdə yerləşən Qazax
bölgəsinin “İncə Dərəsi” deyilən yerin Aslanbəyli kəndində də yayılıb. Qazaxda
nəqşibəndilik təriqəti Veysəl Qarani soyundan olan Hacı Mahmud Əfəndinin adı
ilə bağlıdır. 1835-ci ildə Asalanbəylidə anadan olan Veys oğlu Hacı Mahmud
Əfəndinin kökü yəmən türkü Veysəl Qaraniyə bağlıdır. Veysəl Qaranı Hacı
Mahmud Əfəndinin səcərə köküdür.
Hacı Mahmud Əfəndi 150 il öncə Türkiyədə dini təhsilini başa vurduqdan
sonra doğma yurduna qayıdıb, müəyyən müddət Şəkidə təhsilini davam
etdirib. Aslanbəyli kəndinə qayıtdıqda elmi biliklərini tədris etmək məqsədiylə
hücrə tikdirir. Tez bir zamanda onun ətrafına yaxından və uzaqdan çoxlu tələbələr,
yəni müridlər toplaşır. Nəqşbəndiliyin Azərbaycanda geniş yayılmasında Hacı
Mahmud Əfəndinin də böyük rolu var. Mir Həmzə Nigari və Ömər Xəlvətidən
bəhrələnən Mahmud Əfəndi onları özünə müəllim hesab edib. Hacı Mahmud
Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub, sufi təriqətinin
nəqşibəndi qolunda 33-cü şeyxdir.
1863-cü ilin rəsmi rus hərbi sənədində Tiflis quberniyasının müridləri
arasında incəli Mahmud Əfəndinin adı da yazılır. Amasya-Azərbaycan
mədəniyyətləri arasında Hacı Mahmud Əfəndidən də qabaq İncə Dərəsindən
Amasiyaya getmiş elm insanları olub. Mahmud Əfəndi Şeyx Şamillə sıx dost olub,
səbəbi isə 1782-1853-cü illərdə hər ikisinin Mövlana İsmayıl Səracəddin Əfəndinin
müridi olmalarıdır. Hər iki mürid nəqşibəndilik təriqətinin “Xalidi” qolunun
yayıcısı olublar. Hacı Mahmud Əfəndi sayılıb-seçilən mürşidlərdən olub, çox
sayda müridlər yetişdirib. Dədə Ömər Rövşəni, Pir Şükür Ənsarı, Əlaəddin Rumi
və Həbib Qaramanlı Hacı Mahmud Əfəndidən təsirlənib, müridlər olublar.
Hacı Mahmud Əfəndi Azərbaycanda olduğu kimi Amasiyada da sayılıb-
seçilən, dini dərindən bilən övliya kimi qəbul edilib. Hacı Mahmud Əfəndinin
Azərbaycandan, xüsusən qazaxlı ağa və bəylərdən topladığı pullarla Amasiyada

Azərbaycan türklərinə məxsus “Şirvanlılar Camisi” Həmzə Nigarinin oğlu Mir
Hasan Əfəndinin nəzarətiylə inşa edilib. Bundan əlavə Amasiya şəhərində ustadı-
mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir məscid tikdirib.
Mahmud Əfəndiyə ölümündən bir az əvvəl rus məmurları tərəfindən yenidən
Osmanlı dövlətinə köçmək tövsiyə olunsa da o, Aslanbəylidən köçməyib, orada da
dəfn edilib. Müridlərinin vəsaiti və köməkliyi ilə qəbri üzərində türbə
ucadılıb. Türbənin içərisində iki qəbir var. İkinci qəbir kəndə gəlmə olan Seyid
Yasin adlı bir sufiyə məxsusdur. Hacı Mahmud Əfəndi Seyid Yasinə hörmətlə
yanaşıb. Hacı Mahmud Əfəndinin nəslindən olan tanınmış soylardan biri
Aslanbəyli kəndinə məxsus Şeyx nəsli olan Seyidovlar nəslinin özünün də iki qolu
var. Molla Seyid törəmələri Azərbaycanda yaşayırlar və Molla seyidlilər kimi
ziyalıları və müxtəlif sahələrdə nüfuzlu nümayəndələri ilə tanınırlar. Hacı Mahmud
Əfəndi törəmələri isə əksəriyyəti Türkiyədə Amasiyada Amasya
şəhərində, az qismi isə Azərbaycanda yaşayır.
Qazaxda məşhur olan sufi şairlərdən Mir Həmzə Nigari ilə görüşmüş Hacı
Rəhim Ağa Dilbazov, Hacı Sədi Əfəndi, Kazım Ağa Salik, Veysəl Əfəndi,
Şahnigar xanım Rəncur, Seyid Yasin Əfəndi, Veyis Əfəndi, Məhəmməd Əfəndinin
adını çəkmək olar. Sufi dünyagörüşlü şairlərdən biri Kazım Ağa Salikdir. Kazım
ağa Şıxı oğlu 1781-ci ildə Şıxlı kəndində anadan olub. İbtidai təhsilini molla
yanında alıb, sonra mədrəsədə Şərq dilləri, ilahiyyat və fəlsəfə elminə
yiyələnib. Firudun Bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum
Kazım ağa Salik nəinki vahid Qazax mahalında bəlkə tamami Zaqafqaziyada zühür
edən şüəranın müqtədirlərindən birisi hesab olunur”. Kazım ağa Salikin şeirləri
qəlboxşayandır.
Günümüzə qədər yaradıcılığı öz aktuallığını qorumaqda olan Şahnigar
xanım Kazımağa qızı sufi şairdır. Rəncur təxəllüsü götürsə də Qazaxda
“Mollaxanım” ləqəbi ilə tanınıb. Təhsilini və təlimini qardaşı Hacı Məhəmməd
ağadan alan Mollaxanım klassik üslubda və janrda – münacat, mərsiyə, qəzəl
janrlarında şeirlər yazıb. Nəqşibəndi təriqətinə mənsub olub. Şeirlərinin çoxunu
müridi Hacı Mirhəmzə Əfəndiyə, Seyid Nigariyə xitabən yazıb. Öz yazılarında
Ağköynək kəndində doğulduğunu yazan Şahnigar xanım 45-
50 il yaşayıb. Şahnigar xanım Hacı Mirhəmzə Əfəndinin müridlərindən olub. O,
ismətli, həyalı bir qadın olub və vaxtının çoxunu ziyarət və ibadətdə keçirərmiş.
Qazaxda dini təriqətin təsəvvüfün eləcə də nəqşibəndliyin təbliği aşıq
yaradıcılığında da öz təsirini göstərib. Aşıq şeirinin qaynaqları müəyyən qədər

dinlə bağlıdır. Ancaq bu əlaqə onun bir zümrə ədəbiyyatı olmasını deyil, öncə
aşıqların təriqətlərə yaxın olmaları, sufi ocaqlarından çıxmaları ilə izah edilməlidir.
Xalq sufizminin XVI əsrdən etibarən bütün türk dünyasında geniş yayılması, Şah
İsmayıl Xətai və Pir Sultan Abdal dairəsində yazan, yazdıqlarını saz, çoğur,
bağlama kimi musiqi alətlərinin müşayiəti ilə ifa edən və yavaş-yavaş xalqın içinə
qarışan aşıqlar öz üzərlərinə yeni sosial funksiya götürərək toylarda, şənliklərdə,
məclislərdə çalıb oxumağa başladılar. Sənət qəlbi dərinlik və duyğulаrın
əşyаyа təsir еtməsi və əyаniləşməsidir. Hаnsı sаhədə оlursа-оlsun, bütün sənətlər
təməldə insаn ruhundаkı düşüncə və duyğulаrın təzаhüründən ibаrətdir. Sənətdə
incəlik və zəriflik ruhi dərinliklə bir pаrаlеllik təşkil еdir.
Dini mövzuların, terminlərin, ideyaların, simvolların XX əsr Qazax aşıq
ədəbiyyatında az-çox qorunması yenə də Aşıq Ələsgər, Növrəs İman, Aşıq Nəcəf
və başqa aşıqların şeirlərinin təsiri ilə olub. Dini təhsil almış bəzi Qazax aşıqlarının
rəsmi ideologiyanın aşıqları sovetləşdirməyə məcbur edildiyi bir dövrdə bu
ideyaların tənəzzülə uğramasının qarşısının alınmasında xüsusi xidmətləri
olduğunu da qeyd etmək lazımdır. Bunlardan Dərya Məhəmməd, Aşıq Avdı, Şair
Temraz, Aşıq Bəhrəm və başqalarını göstərmək olar. Ancaq Qazax aşıqlarının
demək olar ki, hamısı bu və ya digər dərəcədə dini termin və rəmzlərdən istifadə
edib.
Soyu Qazağın İncə Dərəsindən olan məşhurlar: Veys Qarani təqribən 1800
və ya 1805-ci il doğumlu məşhur din xadimi, sufi şeyxidir. Hacı Mahmud
Əfəndinin atasıdır. Hacı Mahmud Əfəndi 1835 doğumlu 1896-ci ildə vəfat edib,
şeyx, məşhur din xadimi, şair, təsəvvüf alimidir. Molla Seyid təqribən 1835 və ya
1840 doğumlu bir bəydir. İncə Dərəsində elin ən sayılıb-seçilən məşhur din
xadimi, Aslanbəyli kəndində dükanı olan ilk tacirdir. Hacı Mahmud Əfəndinin
əmisi oğludur. Veys Əfəndi təxminə görə 1865 doğumludur. Türkiyənin savadlı
ilahiyyatçı alimidir. Hacı Mahmud Əfəndinin böyük oğludur. Məhəmməd Əfəndi
1871 doğumlu 1961-ci ildə vəfat edib. Türkiyənin tanınmış ilahiyyatçı alimi
Amasiyada təsərrüfat sahibidir. Hacı Mahmud Əfəndinin ortancıl oğludur. Əhməd
Əfəndi 1875-1982-ci illərdə yaşayıb, İncə Dərəsində və Amasiyada şəhərində
məşhur din xadimi olub. Hacı Mahmud Əfəndinin kiçik oğludur. Əhməd Seyidov
1892-1977-ci illərdə yaşayıb, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru,
professor, əməkdar elm xadimi olub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest