Hər ürəkdə heykəli var, yeri var…
Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin möhtəşəm heykəlinin ucaldılacağı yer hələ də qəti müəyyənləşdirilməyib
Yaxşı söz deməyə, tərifləməyə
Sanki lal olmuşuq, dilimiz yatmır.
Hələ də Hacının sədalarına
Səsimiz yetişmir, ünümüz çatmır.
***
Sinəsin bəzəyən nişanlarırıın
Hərəsi bir səngər, bir qalxan idi.
Düşmənə yerində cavab verməyə
O bir şir cüssəli şiraslan idi.
***
Özünə nə paşa, nə xan deyirdi,
Heç nədən, nəsnədən qorxan deyildi.
Halal zəhmət ilə qazandığından
Hatəm Tai kimi, pay da verirdi. .
****
Şəkli var, sağ əli Quranın üstə,
Ürəyə yaxın əl- maarif idi.
Məktəb qurtarmayan bu şəxsin özü
Hər elmə bələdkar, çox arif idi.
***
*Söz deyə bilirdi,boş söz demirdi,
Adi salamı da əmr kimiydi.
O deyən bir sözün müqabilində
Filankəs kim idi, hakim kim idi?
***
Yadları qaldırıb qoymuşduq göyə,
Onların şəninə tost deyə-deyə.
Yanıb yaxılırdıq öz içimizdə
Biz qalxa bilmirdik onda zirvəyə…
***
Hacının dostları – türk düyasıydı,
Türklərin dünyası -ərk dünyasıydı.
Tarixə yazılan xoş əməlləri
Onun öz xalqına görk dünyasıydı.
***
Səxavət deyəndə – Hacı birinci,
Gəlir ondan sonra Hatəm-i Tai.
Yoxdur bu dünyada elə bir adam,
Olsun müdrilkildə Hacının tayı…
***
Baxın xəritədə Yer kürəsinə,
Hər yerin ölkəsi ondan -xəbərdar.
Heykəl ucaltmağa yer axtarmayın;
Onun hər ürəkdə bir heykəli var.