Genel

Hər ürəkdə heykəli var, yeri var…

Bakıda  görkəmli xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyevin möhtəşəm heykəlinin  ucaldılacağı  yer hələ də qəti müəyyənləşdirilməyib

Yaxşı söz deməyə, tərifləməyə
Sanki lal olmuşuq, dilimiz yatmır.
Hələ də Hacının sədalarına 
Səsimiz yetişmir, ünümüz çatmır.
***
Sinəsin bəzəyən nişanlarırıın 
Hərəsi bir səngər, bir qalxan idi.
Düşmənə yerində cavab verməyə
O bir şir cüssəli şiraslan idi.
***
Özünə nə paşa, nə xan deyirdi,
Heç nədən, nəsnədən qorxan deyildi.
Halal zəhmət ilə qazandığından 
Hatəm Tai kimi, pay da  verirdi. .

****
Şəkli var, sağ əli Quranın üstə,
Ürəyə yaxın əl- maarif idi.
Məktəb qurtarmayan bu şəxsin özü 
Hər elmə bələdkar, çox arif idi.


***
*Söz deyə bilirdi,boş söz demirdi,
Adi salamı da əmr kimiydi.
O deyən bir sözün müqabilində
Filankəs kim idi, hakim kim idi?

***

Yadları  qaldırıb  qoymuşduq göyə,

Onların   şəninə tost deyə-deyə.

Yanıb yaxılırdıq öz içimizdə

Biz qalxa bilmirdik onda zirvəyə…

***

Hacının dostları – türk düyasıydı,

Türklərin dünyası -ərk  dünyasıydı.

Tarixə yazılan xoş əməlləri 

Onun öz xalqına görk dünyasıydı.

***

 Səxavət deyəndə – Hacı birinci,
Gəlir ondan sonra Hatəm-i Tai.
Yoxdur bu dünyada  elə bir adam,
Olsun müdrilkildə Hacının tayı…

***

Baxın xəritədə Yer kürəsinə,

Hər yerin ölkəsi ondan -xəbərdar.

Heykəl ucaltmağa yer axtarmayın;

Onun hər ürəkdə bir heykəli var.

Pin It on Pinterest