Günah əsərim
Nə edim yuxuya gedə bilmirəm?
Başımı gəmirir düşüncələrim.
Mən uşaq deyiləm layla dinləyəm,
Yox uşaqlığımdan xatirələrim!
Olmamışam dəymə-düşər siz kimi,
Yapışmayın siz mənə saqqız kimi,
Batıraram sözlərimi biz kimi…
Şiddətə qarşıyam gəlməz heç əlim!
Uşaqlıqdan görməmişəm yaxşı gün,
Olmuşam elə bil elimdən sürgün.
Mən də sevinərəm sənintək bir gün,
Bəlkə, qabaqdadır xoşbəxt günlərim.
Oldum unudulan o, torpaqda mən,
Bitərdi nərgizlər, yasəmən, çəmən.
Yəqin, qayıdarıq biz ora hökmən,
Yoxsa, yoxa çıxmaz bu nisgillərim.
Gəzmişəm çölləri, sıx kolu-kosu,
Dərmişəm çiçəklər, udmuşam tozu.
Kobudluq çıxıbdır, deyiləm hozu…
Arxada buraxmaram günah əsərim!
Elsevər Hüseynoğlu
Baku ~ 08/02/2020 00:⁴⁵