Göydən düşən çarpanaq – Sergey Qraçev
Sergey Anatolyeviç Qraçev Sergey Qraçev rus yazıçısıdır. 1961-ci ildə Moskva vilayətinin Podolsk şəhərində anadan olub. 1986-cı ildə A.M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Sovet ordusunda xidmət edib, Moskva və Podolskda jurnal və nəşriyyatlarda işləyib. “Don”, “Moskva”, “Ədəbi Kuban”, “Podolski almanaxı”, “Arqamak”, “Arqun”, “Moskva yazıçısı”, “Söz”, “İnsan” jurnal və almanaxlarında hekayələri, romanları, nağılları dərc olunub. Eyni zamanda onun hekayələri “Hüquq" , "Uşaq Roman-qəzeti", "Ural Pathfinder", "Nijni Novqorod", "Litera", “Bu fəlakətli həyat”, “Qumdakı yazılar” kollektiv toplularında çap olunub. İyirmi beş nəsr kitabının, o cümlədən “Ayı Bayan”, “Qisas arfası” romanlarının, nağılların, esselərin, “Kitab aləmi”, “Qlobus” nəşriyyatlarında, jurnalın İnformasiya Mərkəzinin müəllifidir. Gənclər”, “İnformasiya”, “Akademiya-XXI”. 2002-ci ildə tənqidçi Leonid Xanbekovun Sergey Qraçevin yaradıcılığından bəhs edən “Bu sənin vaxtındır...” (M.Moskovski Parnassus) kitabı nəşr olundu. Sergey Anatolyeviç Qraçev “İnformasiya” nəşriyyatının və “Podolski Almanax”ın baş redaktoru, “Arqamak” jurnalının redaksiya heyətinin üzvüdür. Rusiya Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Rusiya Yazıçılar Birliyinin xatirə medalları və diplomları və 1-ci və 2-ci dərəcəli "Podolsk şəhərinə xidmətlərə görə" bələdiyyə döş nişanları ilə təltif edilmişdir.Sergey Qraçevin “Göydən düşən çarpanaq” adlı hekayəsini mənim və Sabir Sadaxlının orjinaldan tərcüməsində “Krımın Sesi Qazetesi”nin oxucularına təqdim edirik. Sergey QRAÇEV Göydən düşən çarpanaq(hekayə)
Usta Valeri Petroviç Akişev yaşadığı doğma şəhərin Liteinaya küçəsində ovcunun içi uzununda qara, dəyirmi bir daş tapmışdı: bu daş öz ölçüsünə görə ağır qara, yuvarlaq, qırmızı tan izləri ilə - yağışdan sonra yolun yaxınlığındakı bir axar suyun çuxurunda qalmışdı. Ölçüsünə görə qeyri-adi dərəcədə ağır olan, dayaz cuxurdakı bu daşı Valeri Petroviç nədənsə “Lada”sının baqajına qoyub bağ evinə apardı. O vaxtdan bəri beş ildir ki, bu tapıntı digər adi daşların arasında qalmışdı. İldə bir dəfə yaz vaxtı Akişev arvadı Ninaya bu daşlarla çiçək ləklərini düzəltməkdə kömək edirdi. Və hər dəfə bu qara daşı götürüb uzun müddət sığallayaraq kobud, dənəli səthi hiss edib yoxlayırdı. Bu daş onu çox çaşdırırdı; lap əvvəldən ona yad görünürdü - həm çəkisinə görə, həm də yanmış piroqa və ya nəhəng ölçüdə şişmiş qəhvə dənəsinə bənzəyirdi.
Bu daş Akişevin həyatına tam olaraq əsəbilik deyil, daha çox sönük bir əhval-ruhiyyə gətirmişdi. Sanki o dəyirmi daşdan həm şübhələnir, həm də ehtiyat edirdi. Bəlkə bu ağır “pirojna” – tullantı dəmir tökmə zavodundan atılıb, ola bilsin ki, hətta radioaktivdir! Yoxsa partlayıcıdır?
“Kül olmuş başımı” işə saldım. Onun hansı xəmirdən yoğrulduğu bilinmir! – deyə,Valeri Petroviç düşündü.
Qeyri-adi olan hər şey həyəcan verici, hətta pis qorxulu və iyrəncdir. Yəqin buna görədir ki, beş ildən sonra, payızda, “bu yanmış daş”ın niyə onu bu qədər qıcıqlandırdığını və həyəcanlandırdığını biləcəkdi.Ruhdan düşən Valeri Petroviç qəfildən bağ evinin darvazasından çıxdı və bütün gücü ilə onu meşəyə tulladı.
Akişev özü də bunu nədən etdiyini anlaya bilmədi. Daş ağcaqayınların şəffaf tacından güllə kimi uçdu və gözdən itdi. Sonra küt bir gurultu eşidildi, daha sonra üç yumşaq gurultu ilə sanki atılıb düşürdü. Bu da adama çox qəribə görünür: ağır, piyada əleyhinə mina kimi partlayır, amma dovşan kimi tullanır. Düzdür, keçən yay havalar isti keçdi, ot qurumuş, torpaq da bərkimişdi.
Akişev Bibliyadakı “Daş səpmək vaxtıdır …” sözlərini mızıldandı və belə bir ifadənin uyğunluğuna təəccübləndi. Və dilinin ucunda başqa bir fikir yanıb-söndü: “heç axtarsan da tapa bilməzsən”.
Növbəti ilin fevralında, planetdə koronavirus epidemiyası yeni başlayanda, arvadı onu Moskva planetariumuna ekskursiyaya apardı. Akişev artıq uşaqlıqda sinif uşaqları və müəllimi ilə birlikdə bu elm və təhsil müəssisəsində bir dəfə olmuşdu. Ancaq mənim yaddaşımda qalan, dostu Jora Kolodezny ilə dəmir Sikhote-Alin meteoritinin bir parçasını qaldırmaq üçün uğursuz cəhd etməsi və müəllimin onları necə söyməsi yadında qalmışdı…
İndi, qırx ildən çox vaxt keçdikdən sonra, Akişev əvvəlcə meteorit kolleksiyası ilə tanış oldu, hətta ən böyüklərindən bir neçəsinə də əli ilə toxundu:onlardan biri Moskva yaxınlığında göbələk toplamaq üçün işlədilən dəmir kimi əlində hiss olundu, digəri isə tarixdən əvvəlki tısbağa və ya əjdaha qabığı şəklində dəmir-daşdır. Sonra Böyük Ulduz Zalındakı rahat kresloda oturan Valeri Petroviç Günəş sistemi vasitəsilə möhtəşəm uçuşdan yüngül baş gicəllənmə hiss etdi. Hətta ona elə gəldi ki, o, bir kosmik cisimdən digərinə uçan raketdəki astronavtdır.
Və sonra Akişevlər planetarium mağazasına getdilər və gördülər ki, meteoritləri almaq olar. Düzdür, hətta ən kiçik kosmik suvenirlərin qiymətləri kəllə-çarxa vurur. “Yaxşı, böyük bir meteorit tapıb sonra da satsaq necə olar,-deyə Valeri Petroviç düşündü. "Bir göbələk toplayan tapa bilirsə, mən niyə tapa bilmirəm!" Gəncliyində Akişev varlanmaq üçün çox xəyallar qururdu və indi isə tək qalıb. Düzdür, o, bu xəyaldan asılı qalmamışdı yuxularında ona fatalist sakitliyi ilə yanaşırdı. "Xəyal tələaşla yola getmir", dedi- Valeri Petroviç.
Və birdən gül bağçasındakı daşı xatırladı və dəhşətli bir şeyin baş verdiyini anladı. Meşəyə uçan daş çox güman ki, əsl meteorit imiş. Akişev, qəhvə toxumuna bənzər kiçik bir daşın milyard illərlə göy üzündə fırlandığı, sonra Yer atmosferindəki sürtünmə nəticəsində yanıb əriyərək bir axına düşdüb parlaq ulduzlar səpələnən geniş Kainatı aydınca təsəvvür etdi …
O, internetdə meteoritlərlə bağlı yazılar oxuyaraq səbirsizliklə qarın əriməsini gözləyirdi. Yaz ayı girəndə mimoza festivalından dərhal sonra Valeri Petroviç həftə sonu üçün bağ evinə qaçır və meteorit axtarmaq üçün meşəyə gedirdi.
İndi isə məlum olub ki, keçən ilki yarpaqların bəziləri onun tapdığı daş kimi qara və dəyirmi olub. Bu da Akişevi bir qədər ruhdan salıb.
Bağçanın hasarları boyunca uzanan yolda maşınlar hərəkət edərkən, Valeri Petroviç özünü elə göstəridi ki, guya sadəcə hava alır və ya ağacların arxasında dayanıb hara isə baxır. Yəqin ki, görənlər də deyəcək ki, bu ekssentrik bir adamdır – kolların arasında veyillənir, zir-zibil və ya gənə toplayır. Bununla belə, insanlar çox güman edə bilər ki, evcanlı bir adam daçasının ehtiyacları üçün sakitcə bir ağacı kəsməz. Ancaq ağıllı kişilər görünən yerdə ağacları kəsməz, meşənin dərinliyində nə çox ağac… Axı, noulsun ki, o burda nə edir! Adam payızda yaxşı bir göbələk bıçağını itirmiş ola bilər və yazda onu tapmaq qərarı verə bilər. Və ya ümumiyyətlə … sevimli pişiyinin məzarını ziyarət edir.
Bütün bu fikirlər Akşiyevin canını boğazına yığmışdı.Onun erkən yazda ağcaqayın və quru gicitkən kollarının arasında yuxulu kimi gəzməsinin çox izahları var idi. Başqa yozum da odur ki, o, bir dırmıqla yarpaqları daramağa başlasa, mütləq bağ sakinlərinin diqqətini çəkə bilər.
Ola bilsin ki, daş çox da dərin olmayan bir dərəyə düşüb, üst-üstə yığılmış xırda budaqların,yarıçürümüş yarpaqların altından sınıb dağılmış uşaq kuklasının keçəl başının bir tərəfi görünür. Havaların günəşli olmasına baxmayaraq, dərənin dibində bəzi yerlərdə hələ də buz parçaları görünür... Qəfildən Valeri Petroviçin ağlına gəldi ki, birdən kosmosdan gələn daş bu zibillərin arasına düşə bilər. Təbii ki, dərənin yamacları yağışlardan və yazda qarın əriməsindən tədricən aşağıya sürüşər, yığılan gilin və torpağn altında da qala bilər – bu da insanın pis davranışının və diqqətsizliyinin sübutu kimidir. Bəziləri gizlənəcək, bəziləri görünəcək.
Çox güman ki, bu fikirlər cəfəngiyatdır, uşaqlıq xəyallarıdır, - deyə Valeri Petroviç düşündü. Məktəbdə oxuyanda o astronomiyaya həvəs göstərirdi, gənclik jurnallarını oxumağı xoşlayırdı, onlar müxtəlif sirli əhvalatlar, anomaliyalar və fərziyyələr, qədim sivilizasiyalar, artefaktlar və hətta uçan boşqablar haqqında məqalələr dərc edirdilər. Həyatın sərt həqiqəti hər şeyi öz yerinə qoyur: tapmacalar tapmaca, nağıllar da nağıldır, ancaq ailəni dişinlə-dırnağınla da olsa dolandırmalısan. Xüsusən doxsanıncı illərdə insanın nə qədər adi, kobud məxluq olduğu aydınlaşdı. Ancaq bir gün, 2002-ci ilin sentyabrında, Akişevlərin köklü həyatına sığmayan bir hadisə ilə torpaq hissi alovlanmağa başladı.
Akişevlər şəhərdə köhnə doqquz mərtəbəli panel bir binada yaşayırlar. Dəmir yolu xətti düz qonşudakı hündürmərtəbəli binaların arxasından keçir.
Valeri Petroviç şənbə günü axşam binaların üstündən cənub-şərqdə, qəribə ölçülü ağ bir ulduz gördü. O, dərhal başa düşdü ki, heç vaxt burada belə parlaq ulduz görünməyib və ola da bilməz.
Həmin il güclü tüstü ilə yadda qamışdı. Sentyabrın əvvəlində bataqlıqda yanan torfun tüstüsü Moskva və Sankt-Peterburqu bürümüşdü, hətta metroya da göy-mavi duman sızmışdı. Hətda Akişevin doğma şəhəri də süd rəngli, üfunətli dumanda boğulurdu; doqquz mərtəbəli binaların qurtaracaqları demək olar ki, görünmürdü. Valeri Petroviç hətta qarpız üçün tərəvəz satılan çadıra getdi. Və heç kim ona reaksiya verib gülmədi.
Tüstü tədricən dağıldı və bayrama qədər səma açıldı. Axşam bayram atəşfəşanlığından sonra şəhərdəki işlərini başa vuran Akişev divanda uzanıb “BOMS” tikinti jurnalını vərəqləyirdi. Uzandığı yerdən pəncərədə parlaq bir ulduz gördü. Əvvəlcə düşündü: təyyarə yavaş-yavaş, yanacaqla uçur, yaxınlıqdakı hava limanına doğru gedir, maşınla qırx dəqiqəyə çatmaq olar. Ancaq oraya çatmaq üçün çox yavaş uçur. Az qala qonşu doqquzmərtəbəli binanın damından ağ top kimi asılacaq...
Nina otağa girib soruşmasaydı, Valeri Petroviç bəlkə də divandan qalxmazdı:
– Bu nədir,belə parlaq yavaş uçan şey nədir?
Valeri Petroviç ayağa qalxıb pəncərəyə tərəf getdi. Təəssüf ki, durbin yox idi, ona görə də ulduzun parlaqlığı və az qala hərəkətsizliyindən təəccüblənərək eyvana çıxdı. “Ulduz” yanıb sönmürdü, yəni təyyarə deyildi. Ağ şarik çox yavaş hərəkət edirdi və Akişev bir az baxandan sonra bezdi. Obyekt səmada şəhərin sənaye hissəsinin üstündə, dəmir yoluna paralel, elmi-tədqiqat və istehsalat müəssisəsinin üstündəki - sement zavoduna tərəf yellənirdi.
Nəhayət, ulduz qonşu doqquz mərtəbəli binanın üzərindən uçdu və bir girişli hündürmərtəbəli binanın arxasında gözdən itdi. Valeri Petroviç qərara gəldi ki, çox güman ki, qəribə obyekti bir daha görməyəcək. Ancaq inanılmaz bir şey baş verdi... Göydələnin arxasından nəsə bir şey uçdu, dönüş edib üç yanan şara bölündü: mərkəzdə böyük bir mavi parıldayan şar var idi və yanlarda daha bir neşə kiçik şarlar var idi. Bu şarlar rəvan və sürətlə uçub diskə bənzər kontur yaradaraq şoseyə doğru irəlilədilər. Sonda isə sanki “əlvida” deyərək isə titrəyişli ağ işıqla gözdən itdi.
Valeri Petroviç uzun müddət alkoqollu içki qəbul etməmişdi, buna görə də heç kim onu dələ, uçan boşqab və kiçik yaşıl yadplanetlilərlə şizofreniyaddır deyə ittiham edə bilməzdi.
Fantastik görüntü Akişevləri heyrətə gətirmişdi. Belə bir şeyə inanmaq çətindir. Görüntü üç-dörd saniyə davam etmişdi və ulduz müharibələri haqqında elmi fantastika filmdəki kadrlara bənzəyirdi. Təxminən beş dəqiqə sonra Nina mətbəxə keçəndə çəldən metal əks-sədası ilə güclü bir zərbə eşidildi. Həm də bu səs təkcə bərkdən deyil, sanki, nəhəng bir dəmir təbəqəsi titrəyyişlə yerə düşmüşdü.
Arvad dərhal otağa qayıtdı, təəccüb və həyəcanla soruşdu:
– Eşitdin? Göy titrəyir.
Ertəsi gün şəhərin tam mərkəzində yaşayan dostları Kolodeznılər də bu işıq saçan topu gördüklərini bildirdilər. Şəhərdə hər kəs bu səma hadisəsindən danışırdı. Bir müddət bu hadisəni danışıldı və sonra unuduldu, çünki müasir insanı başının üstündə, yuxarıda baş verənlər az maraqlandırır. Üstəlik, həmin gün Moskvada, Mayakovski meydanında əllərində bayraqlar və şüarlar olan iki minə yaxın insan arasında polislə qarşıdurma yaranmışdı. Ancaq bir-iki gündən sonra bu da unuduldu.
Təbii anomaliyalar, təyyarələr, dirijabllar, top şimşəkləri haqqında istədiyiniz qədər mübahisə edə bilərsiniz, lakin cisim fırlanıb düşən zaman Akişevin həmin saniyələrdə müşahidə etdikləri gözəl idi.” Əgər "uçan boşqab"axtarırsınızsa çox pul qazana bilərsiniz. “Susmağı” bacarırsansa, - deyə düşünürdü Valeri Petroviç, hansı ki, ona inəyin belinə yəhər qoyub at kimi çapmaq kimi şöhrətə ehtiyacı vardı. Ancaq susmağı bacarmadı.
Akişev hesab edirdi ki, bütün bunlar “xəyalpərəstlər və alimlər”ölkəsində elektron dövrün nağıllarıdır,. "Nağıllar" bütün həyatımıza nüfuz edir. Valeri Akişevin bir vaxtlar orduda xidmət etdiyi intizam-intizam batalyonda işləməyə göndərilən məhkumlara səhər "nağılı" danışan bir boşboğaz nağılçı deyilən bir əsgər idi. Yəni Valeri Petroviç zonadan kənarda iş şəraiti ilə bağlı təlimatları az-az xatırlayırdı.
Qırmızı paqonlu çavuş “Zibil briqadası”ndakı disidentləri zonanın ərazisindən ön zonaya - hər iki tərəfdən darvazalar ilə məhdudlaşdırılan keçid məntəqəsinə aparır. Onlar dayandırılır: “Dayan! Bir iki! Sol!". Qışdır, insanların nəfəsindən buxar qalxır, gözətçi itlər məhbusların cərgəsində sarı hürür ...
Bəzi zabitlər təlimatın mətnini əzbərləyirdilər, lakin piyada qoşunlarının əsgərlərnin əksəriyyəti bütün "nağılı" əzbərləyə bilmirdilər: yaddaşları iti deyildi və ya sadəcə tənbəl idilər. Və sonra "nağılçı" köməyə çağırıldı - yaxşı yaddaşa malik əsgər. Bax, uzun müddət belə bir "nağılçı" olmuşdu ordudan əvvəl tikinti texnikumunu bitirməyi bacaran savadlı insan çavuş Akişev.
Nizamnaməyə görə göstərişi mütləq oxumaq lazım idi, çünki birdən oxumasan və hansısa məhkum iş yerindən qaçıb güllələnərsə, o zaman komandir məhkəməyə veriləcək: niyə zıkları xəbərdar etmədin! Əgər təlimatda olmasa deyəcəklər ki, məhkum sadəcə olaraq zonadan kənarda iş qaydalarını unudub, axmaqcasına qaçıb.
İndi də məhkumlar gözləmə zalında dayanıblar, çavuş Akişev isə səhər “nağılı” oxuyur: “Diqqət, məhkumlar! Obyektə doğru hərəkətə düzülərək həyata keçirilir. Sizə cərgədən-cərgəyə keçmək, sıralarda danışmaq, siqaret çəkmək qadağandır. Cərgədən yeddi addımdan artıq uzaqlaşmaq qaçış cəhdi hesab olunur. Bu zaman müşayiət briqadasına “Dayan! Vuracam!" və xəbərdarlıq atəşi təlimatı verilib.
Bu səhər “nağıl”dan sonra zabit əmr verdi: “Sağa dön! İrəli marş!” Müşaiyətçilər sütunun düzümü boyunca yerləşdirildi və ön zonanın qapılarının arxasında hərəkətı başladı ... Bax belə, nağıl bitdi! Bəs "uçan boşqab", Valeri Petroviç qərara gəldi ki, bu hərbi akademiklərin işidir.
Meteorit tamamilə fərqli bir məsələdir. Daş ruhlu əbədi səyyah, Akişevə rahatlıq vermədi, yaddaşı köhnə qəlpə yarası kimi qaşınırdı.
Virusla aşıb daşan boz ay aprel gəlmişdi və tikinti şirkətinin rəhbərliyi Valeri Petroviçi məzuniyyətə göndərmişdi. O bir müddət daçada qalası olacaq.
O, viruslardan qorxmurdu, əslində insan ölümlü olduğuna görə, gec-tez virusla dolu qış fəsli sona yetəcək və buna görə də ölüm qorxusundan ölmək axmaqlıqdır. Televizora baxmırdı, amma heç vaxt verilişləri tənqid etmirdi, hesab edirdi ki, zamanədə əyrilik varsa güzgünün günahı yoxdur. Ona görə televiziya xəbərlərindən və internetdən maraqlı məlumatlar oxuyan Ninaya səbirlə qulaq asıb 1830-cu ildə vəba xəstəliyindən kənddə ilişib qalan şair Puşkin haqqında, yüz ildən sonra necə, insanlar ispan qripi epidemiyasından gizlənmələrindən xəbərdar oldu. Və hərdən Nina ona İncildən və ya digər kilsə kitablarından parçalar oxuyurdu.
Qısa boylu, dolğun bədənli və diribaş bağçasın mətbəxində sobanın ətrafında dolaşmağa öyrəşmiş bu qadın, hətta əlli altı yaşında olsa da, çəp burnu, yuvarlaq mavi gözləri və ağ-appaq dərisi olan yaraşıqlı sifətə malik bir qadındır.
İndi isə arvad ərini meteoritlə bağlı fikirlərdən yayındırdı. Valeri Petroviç isə əksinə olaraq yenidən oxumağa başladı. Bağ evinin çardaqında iki kirab rəfi var idi: biri – Ninaya məxsus olan, detektivlər, bağbanlara məsləhətlər və İncil, digərində isə - tikinti, bağ evinin təşkili və daha bir neçə yaxşı təsvir edilmiş antiq şəhərlər haqqında olan kitablar. Təbii ki, səliqə səhmanı göz oxşayan keyfiyyətlərin bir yaşayış yerində olmasının vacib olduğunu oxudu. . Aydındır ki, "Xruşovka" və doqquz mərtəbəli binalarda yaşayış şəraitinin faydalı olması da şübhəlidir.Qədim Roma memarı evlərimizin fasadlarını və giriş strukturlarını görə bilsəydi dəhşətə gələrdi ...
“Bəlkə ağacdan qu quşların fiqurlarını düzəldib darvazanın üstünə quraşdıraq?- deyə Valeri Petroviç düşündü. “Bu, damdakı bir yelçəkəndən daha yaxşıdır. Qədim adət-ənənələrin canlanması ... Axı, mən uzun müddətdir ki, dülgərlik etmirəm ... ”. Bəli, Akişev, əlbəttə ki, çox şeyi unutmuşdu, amma təcrübə və təbii maraq, oxumağa maraq - onun həyatını yaxşılaşdırmağa sövq etdi. O dəfələrlə plastik şüşələrdən oyulmuş qu quşlarının fiqurlarını görmüşdü, ancaq bu başqadır. Ağacdan işlənən fiqurlar tamamilə başqa məsələdir.
Arvadı yenidən cırıltılı pilləkənlərlə çardağa qalxanda o, fikrini onunla bölüşdü.
– Əcaib və zövqsüzdür,- Nina nəfəsini dərib, dedi:
– Şir düzəltsən ondan yaxşıdır. Ya da ki, gül dibçəyi.
Gül dibçəyi Akişevin yadına meteoriti saldı:
“Lənət şeytana! “Sən gedirsən, o isə uçur!” Virus kimi… Yeddi il öncə Çində donuz qripindən əvvəlki meteorit kimi…”
– Nin, bəlkə selpoya tərəf gəzmıyə gedək?
– Adam dəli olar! – arvad əsəbi halda dilləndi, – evdə ərzaqdan ayaq basmağa yer yoxdur, ehtiyatlı ol, qarabaşağı tapdalayarsan.
– Mən elə – belə dedim…
– Bəlkə, biz internetlə sifarş edək.
– Onda mən göbələk yığmağa gedirəm.
– Quzugöbələyi? Bu meymun beyninin təkcə adı var, göbələk deyil. Özün təmizləyəcəksən, – Ninanın birdən ağlına gəldi ki, Akşiyev yenə öz meteoritinin dalınca gedəcək. Nəzərə al ki, qara daşlar göydən elə belə düşmür.
Valeriy Petroviç üç həftəlik antivirus karantinindən sonra nəzərə çarpacaq dərəcədə kökəlmiş arvadına tərs – tərs baxdı, elə bil o, yenə aşbaz işləyirdi və (sarkazmsız) istehzasız dilləndi:
– Deməli, ehtiyatımızı görmüşük… Amma, ehtiyatımız qurtarandan sonra acqarına yaşamalı olacağıq. Neçə ki, meteoriti satmamışıq.
– Sən əvvəlcə onu tap!
– Tapacam, hökmən tapacam, – əsəblərini cilovlamaq üçün Akişev öz-özünə bir neçə dəfə təkrar etdi: “Arzu tələsməyi sevmir”.
– Nina etiraz etmək istədi, amma dili dolaşdı və susdu. Valeriy Petroviç bilirdi ki, bərk hirslənəndə üzündəki qırışlar ona zəhmli, qorxunc görkəm verir və hərdən bundan istifadə edirdi.
Akişev daşı bir də axtarmamaq üçün əsəbi bir qüvvə ilə atmağına baxmayaraq, tapa bilməyəcəyinə əmin olsa da meşəyə yollandı. Hərdən Valeriy Petroviçə hansısa bir hiss deyirdi ki, daşdan canini qurtarsın. Onun keçmişi yenə üstun gəldi. Demək olar ki, nəsil keçmşi. Ulu nənəsnin söylədiyinə görə Tula kənlərinin birində onların Akişok soyadlı (ayamalı) ulu babası yaşayırmış. O. söhbətcil adam olub, amma bədbəxtçilikdən söz ehtiyatı o qədər də böyük olmayıb və yeri gəldi – gəlmədi “Aki – şo” sözünü təkrar edirmiş. Bu söz aralıqda müxtəlf mənalarda işlədilirdi: nə isə, eybi yoxdur, hər şey qayasındadır, keçib gedər, birtəhər dözərik, lazım gəlsə müraciət elə, və ilaxır…Sonsuzluğadək! O zamandan çox illər ötüb, çox seyi torpaq ağuşuna alıb, ancaq həyat davam edir, “nə isə” (aki – şo)!
Soyuq, çiskinli, küləkli, çürüntü qoxulu rütubətli havadan sonra adamın könlündən limonlu isti çay keçir. Amma başını yuxarı qaldırıb mülayim aprel səmasinda qərbə doğru yağışla dolu papaqlı qara – boz , şərqə doğru göz qamaşdıraraq, istər- istəməz hərəkət edən bulud topalarına və ağımtıl tüstü rəngli Günəşə baxmaq bəs edir ki, adamin qəlbi sevinclə dolsun və güc toplasın.
Meşənin müharibə dövründən qalmış səngər, blindaj xədəklərinə – sonuncu müdafiə xəttinə necə çatdığından xəbəri olmadı. Almanlar meşə ilə örtülmüş yüksəkliyə gəlib çixa bilməmişdilər. Bura həm qarışıq meşəli, dibində arx axan dərəyə sarı enən palıdlıq, bir az yuxarı qalxanda ağcaqayınlıq, ağcaqovaqlıq və fındıq kolluğu ilə örtülmüşdür. Buralarda daim bol göbələk olur. Həm də çoxlu cığır var… amma qəribə yerdir: bircə dəfə fikrin yayındısa, səmti itirib meşəni tanımayacaqsan. Adama elə gəlir palıd meşəsi də yxınlıqdadır, dərə də , onun arxasındakı iki kilometrlik yeganə kücəsi olan kənd də, ancaq birdən cığırların kəsişdiyi yerə çıxıb, yerindəcə donub qalırsan. Dayanıb, ətrafa boylanırsan, kəndin və bağçılıq təsərrüfatının hansı səmtdə olduğunu ayırd edə bilmirsən.
Birdən meşənin dərinliyində qəribə bir hənirti hiss etdi. Akişev diqqətlə o səmtə baxdı və diksindi: bu nə olan şeydir! Meşə ilə bir (monax) rahib gedirdi… Amma o, yaxınlaşdıqda məlum oldu ki, ayağında rezin çəkmə, əlində çanta, əynində papaqlı qara payız paltosu olan yaşlı bir qadın idi. Qadının hürkək baxşlarını gorən Akişev dərhal salamlaşdı.
– Nənə, ağcaqayın şirəsi toplayırdın? – Valeriy Petroviçin yazda ağacların qabığını çərtərək, onların göz yaşlarını içənlərdən xoşu gəlmirdi: – Tez deyil ki?..
– Əlbəttə vaxtı deyil, – qarı nəzərini yad admın sifətindən uzaqlaşdırdı.
– Qaban izlərini görüb, cığırı azdım, dedi.
O, uzaq bağçılıq sahəsindən Novoqromovoya gedərkən azmışdı. Ancaq hələ səffaf yaz meşələrində demək olar ki, azmaq mümkunsüzdü. Akişev qadını palıdlığa çıxartdı və kəndin yolunu göstərdi. Beli azca bükülmüş, meşədə azmış qadını yola saldıqdan sonra bağa qayıtmağı qərara aldı.
Geriyə dönərkən o, mərkəzdən altmış kilometr cənub – qərbdə yerləşən Akişevlərin bağlarının(daçalarının), qabanlarla, quzugöbələyi ilə zəngin meşələrin Moskvanın qərarı ilə paytaxt ərazisinə birləşdirilməyi haqda fikirləşirdi.
Nina pensiyaların artması haqdakı yeniliyə sevinirdi, bu yenilik Valeriy Petroviçə aid deyildi: sovetlər dövrü olsaydı o, çoxdan pensiya alardı, amma yeni dövrdə bunun üçün hələ üç il çalışmalı idi.
Haradasa yaxınlıqda bir qaratoyuq müəmmalı səslə cikgildədi, elə bil meşədə gəzən adama təəccübləndiyini bildirirdi. Sonra isə bağlara yaxınlaşdıqca qaratoyuğu çaydaçapan böcəklər əvəz etməyə başladı. ” Bu səsli – küylü xırda canlılar yenə də evin damında yuva quracaq, yatmağa imkan verməyəcəklər, – Akişev fikirləşirdi. Arvadı isə bu xoş əlamətə sevinəcək.”
Valeriy Petroviç bu ağır və çəkisiz meteroitin göylərdə quş kimi süzdüyünü fikirləşdi. Yəqin ki, bu daş Faeton planetinin nəhəng Yupiterin cazibə qüvvəsi ilə necə parçalandığının şahidi olmuşdur. Yəqin ki, Marsın yaşıl kontinentlərlə, dənizlərlə çiçəkləndiyi dövrü, ola bilsin Mars cənnətinin məhv olmasını da görmüşdü. Milliard illərlə müdhiş faciələrdən yorulmuş, nəhayət sakitləşərək, mavi planetdə dincəlməyə qərar vermişdi. Bəli, bunun üçün onun atmosferində yanıb, kül olmağa dəyər. Yox, yanmaq qismət olmadı, bir az əriyən kimi oldu və qaraldı. Amma bu dəmirdaş “piroq” indi qeyri – adi planetin taleyi ilə ayrılmaz tellərlə bağlıdır. Bəli, daşın yaşı çoxdur, o, uzun müddət səmalarda süzmüşdü. Nəhayətsiz boşluqlarda daim hərəkətdə olmaq vərdişini tərgimək o qədər də asan olmamışdı…
Gözəl qızılgül kolunun kölgəsində yatmaq, burada yerli ulduz olan Günəşin şəfəqləri ilə, suvarma zamanı sərin sularda xumarlanmaq, əlbəttə, çox xoşdur. Doğrudur, yazda və payızda nəmişlik, qışda isə qar altında bağlı məkanda olmaq qeyri – adi və təəccüblüdür. Darısqallıq – stər – istəməz genişliyə çağırır. Ona görə də bu qapalılıq beşinci il daşı tamam bezdirib, onu klaustrofobiyaya gətirib çıxarmışdı. Qabaqda isə ağ örtüklü atmosfer yağıntıları altında daha bir qış keçirmək heç ürəyindən deyildi. Yerli sakinin xoşuna gələn şey kosmik səyyahın ölümünə bərabərdir. Başqa yerə keçmək, mühiti dəyişdirmək zamanı çatmışdı… Kosmosun nəhayətsizliyi onu özünə çəkir və təbii ki,bu çağırış meteoritə tanış idi. Əgər sən ölümsüz və, belə demək mümkünsə, əbədisənsə, hansısa bir ulduzun ocağında əriyib yoxa çıxmamalısan, sonsuzluqdan gizlənmək olmaz. Beş il güllükdə yatanın arzusu nə ola bilər? Heç olmasa bircə dəfə də olsa, azacıq uçmaq. Uçuş vəziyyəti heç nə ilə əvəz olunmaz bir həzzdir! Akişev fındıq kolluqlarınin arasında bir neçə məsaməli hörməli və şlyapalı açıq şabalıdı rəngli quzugöbələyi tapdı. Bu göbələkləri Nina “meymun beyni” adlandırırdı. Əvvəllər quzugöbələyi buralarda bitməzdi, amma Valeriy Petroviç təəccüblənmirdi, çünki bu göbələklər yerlərini dəyişməyi sevirlər.
Göbələkləri təzəcə kəsmişdi, cığırda yenə meşədəyolunu azan paltosu kapüşonlu qarını gördü.
-Sən yenə buradasan?.. Akişev acıqla dilləndi, amma onu qarının gözlrindəki ciddi, məzəmmətli baxışları çaşdırdı.
Palıd meşəliyinə qayıdıb, yolu təzədən göstərməli oldu. Amma bu dəfə qarını üzüaşağı, enişin mərkəzinə qədər aparıb, nəhəng palıd ağacları arasından yarğanın o tayındakı evləri göstərdi.
Cığırlar arabir görsənir və yox olurdular. Çaylar da axır, sonra quruyur, və yenidən bulaq kimi təzədən qaynamağa başlayır. İnsan ömrü də daim özünün hamar üzünə fırlanır, küpəgirən qarının koması kimi hərdən astarı üzünə çevrlir. Əvvəllər də belə olub, insan öz kökünü unudur, sonra zaman yolunun əksinə doğru gedərək, əvəlkindən də gözəl və pak zühur edir.
Akişev nəhayət evinə çatdı. Düşüncələrdən və meşədə gəzintidən sonra Valeriy Petroviçin iştahası açılmışdı. Nəyə görəsə onun ürəyi qara çörəklə sala və təzə çıxan sarmsaq istədi.
– Arvad, bizim salamız varmı?
– Bircə salamız çatışmırdı! – Nina əsəbi halda dilləndi. – Soyudcunu ikisi də ağzınacan doludur, – sarkazmla cavab verdi.
Yox, onun arvadı uzun müddət selpoya getməyəcək, Valeriy Petroviç fikirləşdi. O, bilərəkdən özünü və arvadını, hətda bağ evini xəta- baladan qorumaq istəyirdi. Ona görə ki, böyük şəhərlər çətin vaxtlarda zərbəni öz üzərinə götürəndə, buralarda dolanmaq daha əlverişlidir. Şəhərlərin vəzyəti indi yaxşı deyıl: pnevmaniya, elektron buraxıış sistemi, rejimi pozanlar üçün cərimələr, nəzarət və informasiya psixozuna dözmək çətindir. Görəsən bütün bunlar nə vaxtacan davam edəcək? Qorxu istədiyi vaxt gələ bilər – bu fikir Valeriy Petroviçin beynində etiraz hissi oyatdı… Ola bilsin ki, o daşı buna görə belə tullamışdı, elə bil onun qənşərindəki meşəli enişi yox , səriştəsiz arxitektorun planlaşdırdığı və sərxoş inaatçıların tikdiyi ev idi. Daşdan gələn fəlakətin, sabahkı gün ümumdünya karantinin qarşısinı almaq üçün tufan yıxmış ağacların içinə, nəm və sükut içində mürgüləyən dərəyə elə hirslə vzıldatmışdı ki, heç kim heç bir zaman tapa biməsin. Atanda az qalmışdı çiyni burxulsun.
” Haradasa kosmosda mavi bir planet süzür… Çox qiymətli bir hədyyə” – hansısa köhnə cizgi filmindən beynində ilişib qalmış film yadından çıxmır. Orada belə sözlər də var idi – neçə ki, sənin planetin kosmosdadır, oxuyb astronom olmaq lazımdir. Yox, Valeriy Petroviç nə vaxtsa institut təhsili almadığına peşiman deyildi. Qarşısına belə məqsəd qoymamışdı, texnikum bəsi idi. Amma indi Akuşev internetdə Günəş sistemi meteoritika, ümumiyyətlə, qonağının kosmosdan gəldiyni necə ayırd etmək haqqında bir neçə məqalə oxumalı olmuşdu. Kağız üzərində hər şey əla idi, amma dərələri unutmuşdular…
Mansarda qoyulmuş köhnə televizora əlavə edilmiş xüsusi cihazin hesabına iyirmiyə yaxın kanalı babat göstərirdi. Ninaya xəbərlərə və pravoslav proqramı olan “Spast”a kanalına baxmaq bəs eləyir, sonra da şübhəli fikirlərə dalaraq, suallar verirdi:
– Deyirlər, epidemiyadan sonra həyat başqa cür olacaq, indiki kimi yox.Maraqlıdır, necə? İnsanlar dörd əl – ayaqla yeriyəcək?
– Güman etmirəm, – televizora laqeyd olan Valeriy Petroviç ona cavab verir. -Son on min ildə insan dəyişməyib.Toyuq və başqa canlıları əhliləşdirdikdən sonra… onlar təhlükə zamanı Dəvəquşu kimi başlarını qumda gizlədirlər… Bizdə isə yer gildir, elmi dildə desək, gilli torpaqdır… Ola bilsin, pul əvəzinə əmək gününə keçəcəklər və ona ərzaq talonları da verəcəklər.
– Deməyə söz tapmadın!.. Valer, bəlkə meşədə veyillənməyi tərgidəsən. Mən kitabda oxumuşam: göydən gələn daş qiyamət(apokalipsis) əlamətidir. Ona görə də ağlına gətirmə ki, sən daşı tapacaqsan və biz varlanacağıq.
Çılpağı soyundurmaq mümküm deyil, Nina. Bir şey olsa Joradan borc alaram.
-Sənin Joran indi İrinanın ciddi nəzarəti altındadır. O özü mənə demişdi ki, cərimələnib. Bilirsənmi necə demişdi? Dayan, qoy fikirləşim… Kənar keditorun əskiynin ört – basdır edilməsinə şərait yaradıb.
– Necə yəni?
– Qonşu qadınla xəyanət edib.
Bank işçisi Qeorqiy Kolodeznıy, ya da sadəcə Jora, həmişə İlf və Petrovdan sitat gətirməyi xoşlayırdı. Epidemiya başlayanda isə gənclik illərindən yadında qalan tanış ifadəni votsapla göndərmişdi: “portağalları ələklərə yükləyin – nöqtə karamazov qadaşları”. Deməli ərzaq ehtiyatı görməyin vaxtıdır. Akişev həmişəki kimi cavab vermişdi: “qrafinya sirsifəti dəyişilmiş halda nohura qaçır”. Jora tələsik yekunlaşdirmışdı: “Bax beləcə zarafat və lağlağı ilə dünyanın axırını qarşladılar”.
Joranın arvadı İrina Kolodeznaya qısır bir qadındır, eyni zamanda zabitəli, ağıllıdır və tibb elmləri namizədidir. Onun şəxsi baytarlıq klinikası var, və əlbəttə, hər şeyə özünün fərdi kompetent fikri var, ələlxüsus da virus epidemiyası ilə bağlı. “Profilatikanın heç kimə maneçilyi yoxdur, -o, bəzi qeydlərində dövlətin ehtiyat tədbirləri ilə razıaşaraq, dilboğaza qoymadan Nina ilə telefonla danışırdı. Şeytan o qədər qorxulu deyil, necəki onu şişirdirlər. Virus evlərin damında və meşədə yaşamır. Yoluxma mənbəyi yalnız insan özü ola bilər… Görərsən, hamı xəstələnədən sonra virus mövsümü olacaq. Belə ki, özünü təcrid profilaktika üçün lazımdır, o biri tərəfdən isə mövsümü olmağını uzadır…”
Pəhrizdən sonra İrina o qədər arıqlamışdı ki, qocalıb qurumuş qamışa bənzəyirdi, Akişevin fikrincə isə hərtərəfli arıqlamış, qurumuşdur. Valeriy Petroviçin yadına İranın təzə qonşuların alma ağaclarının ikinci ildir bar verməməyinin səbəbini Ninoçkaya uzun – uzadı başa salmağı düşünmüşdü. Onun elmi- gümanına görə (fikrincə) alma ağacları yeni sahiblərinə heç cür uyğunlaşa bilmirlər. Valeriy Petroviçin ağlına onda belə bir fikir gəldi: “İt psixoloqları kinoloq, almalarınkı isə almoloq adlanır”.
– Ərinin canını boğazına yığdı, – Valeriy Petroviç gülərək , dedi.
– Evlərin birinin küncundə sənin İroçkanın ağzı söhbətə qızışdı. Jora da çox gözləyib başqasının yanına getdi.
Deyəsən, bu sözlər qadın həmrəyliyi xatirinə Ninanın xoşuna gəlmədi.
– Yamanca gülməlidir,- o üz – gözünü turşutdu.
Axşamdan xeyli keçmiş Akişev siqaret çəkmək üçün həyətə çıxıb ulduzlara tamaşa elədi.
…Meşədə yarğana diyirlənən daşın səsini otuz – qırx metrlik məsafədən eşitmək demək olarki, mümkün deyil. Eə bu vaxt Valeriy Petroviçin beynində bir fikir canlandı: onun tulladığı daş taqqıltı ilə ağacın gövdəsinə, sonra isə budaqlara dəydi. Meteorit, çox güman ki, ağcaqayının altına düşüb. Meşənin ətəyində bir neçə ağcaqayın var. Qoca palıd da uzaqda deyil. Burada xeyli ağcaqovaq da var.Bu ağacların altndan ValeryPetrovç adətən, qırmızıbaş göbəlklər tapardı. Yayda hündür otların arasinda çox böyük narıncı – qırmızı papaqlı göbəəklər tapmaq mümkündür. Ona görə də səma səyyahını indi, yazda axtarmaq lazımdır. Payızda ağaclar yarpaqlarını tökəcək, “dəmir piroq” daha bir örtüyün altında qalacaq. Tapdalamayınca tapmaq mümkün olmayacaq. Yağışlar başlayanda isə nəzərindən qaçıb, ayağının altında qalsa, gilin, palçığn içində itib yox olacaq.
Onu meşədəki yarğana tərəf atmışdı, ora isə yüz metrdən az deyil, – əlbəttə, bu məsafəyə ata bilməzdi. Daş cavan acaqayının başı üstündən uçaraq, tala üzərində süzdü və… Valeriy Petroviç onda “piroq”u meşənin dərinlikərinə göndərmək istəmişdi, amma yəqin ki, ora çatmamışdı. Təxmini traektorya və yerə düşərkən eşidilən səs bildirirdi ki, kosmosdan gəlmiş qonaq vaxtından qabaq enməyə başlamış və meşənin ətəyində ağacların biri ilə rastlaşmışdı… Nəhayətsizlik, intəhasızlıq, sonsuzluq daşı… Qiymətli(əslində qiymətsiz) hədiyyə… Meşə onu Valeriy Petroviçə qaytarmaq istəmirdi. Kömyə isə heç kəsi çağırmaq mümkün deyildi.
Eh, indi uşaqlarım, nəvələrim yanımda olsaydilar meşənin ətəyini ələk- vələk edər, daha dərinliklərə gedərdilər. Onlar indi haradadır? Oğlum Uzaq Şərqdə ticarət gəmisidə çalışır, nə ailəsi, nə də uşağı var.Yazır ki, Yaponiyada yaşamaq fikrindədir. Qızı iki uşaqla Arxangelskdə yaşayır. Ərinin biznesi – motorlu qayığı və motorlu xizəklərin təmiri emaltxanası var. Qızı çoxdan idi ki, gəlmirdi, heç qonaq da çağırmıdı. “Deyir, bizdə yatmağa yer yoxdur, mənzilimiz balacadır. Başqa qanularla yaşamağa vərdiş edib. Həm də bizim kasıb olmağımız onu utandırırdı. Necə deyərlər, bizim ona nə xeyrimiz var? Doxsanıncı illərdə gündə bir neçə bankda tuşonka üçün işlədiyim vaxtlar deyil, onda mən güclü – qüvvətli idim… Bax beləcə, anomal zonadakı kimi bir həyatda yaşayır, addımayırdım. İllər isə meteor sayağı irəli şığıyırdı,– deyə,Valeriy Petroviç fikirləşdi.”
Nina onunla uzun bir ömür yaşamışdı, o, ərinin əhvalının bütün incəlklərini çox yaxşı duyurdu. Ona görə də Akişev meşədən qaşqabaqlı qayıdanda hər şeyi onun üzünə deməyi qərara aldı:
– Valer, sən meşədəki axtarışlarına son qoysan yaxşıdır… Qulaq as, həyatda nəyi axtarmaq lazımdır?… “Əvvəlcə Allahın dərgahını və Onun Həqqətlərini axtarın, bütün qalanları düzələr”. Bunu Tanrı deyib, O isə səhv etmir.
– Aydınlaşdır!
– Bütün vacib şeylər: yemək də, sağlamlıq da olacaq, ona görə də bunları isitməyə ehtiyac yoxdur. Onun(Tanrının) nemət şəfəqləri hər kəsin daxilinə daim işıq saçacaq.
Akişev deyilənlərə inanmaq istədi.
– Demək istəyirsən ki, Allahı daşda yox, özümüzda axtarmaq lazımdır, – o, eyvanın pəncərəsindən meşəyə tərəf baxaraq dilləndi.
– Bəs nə üçün?
-Necə yəni nə üçün? – ərinin fikirli və qaşqabaqlı sifətinə baxaraq, təccübləndi:
– Ona görə ki, insanların vəhşiliyini cilovlamaq mümkün olsun. Akişev bununla razılaşmaya bilməzdi.
Bu gün o, internetdə oxumuşdu ki, meteoritlər kofe dənəciyi kimi hamar olmurlar. Valeriy Petroviç əvvəlcə özünə bərk hirsləndi, sonra isə fikirləşdi: “Bizə nə lazım olduğunu bilirsə, əgər doğrudan da bu belədirsə.., onda başlıcası Tanrının biz axmaqları bağışlamasıdır… Bəli, insan kosmosa uçur, amma yenə də səmadan yüksəkdə ola bilmir. İnsan gərək göylərdən qopmuş carpanaqlardan uca olsun”.
Müəyyən vaxdan sonra iş icraçısı Akişev sakitləşdi, hətta özünü planetaridə olduğu vaxta qədərkindən də xoşbəxt hiss etməyə başladı. Ancaq qantəpər və başqa meşə sərvətləri üçün gedəndə, qeyri-ixtiyari daşlara diqqət yetirirdi. Göbələyi isə az gətirirdi.
Rus dilindən çevirdilər: Nazim Əhmədli və Sabir Sadaxlı.