Kültür Sanat

fransız soneti – “Centlmen bir xanəndəyə”

Abdulla Şaiqin müğənni Məmmədov Murtuza Məşədi Rza oğluna (Bülbülə)
(22.06.1897,Xan bağı,Şuşa-26.09.1961,Bakı)

                                           həsr olunmuş

           fransız soneti - "Centlmen bir xanəndəyə"                  

             ( Bakı. "Məktəb məcmuəsi" dərgisi,1925, N1, səhifə 3.) 

Milli mədəniyyətimizin paytaxtı Şuşa şəhərində yeni həyatın qaynadığı bu günlərdə türkdilli Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Abdulla Şaiqin “Məktəb məcmuəsi” dərgisinin yeganə nömrəsində-1925-ci il 5 kanuni-əvvəl tarixli nömrəsində dərc olunmuş bir şeiri düşdü. Bu lirik şeir janrına görə SONETdir.

Azərbaycanın türkdilli ədəbiyyatında H.Cavid, C.Cabbarlı, M.Müşfiq və digər şairlər sonet yazmağa cəhd göstərmişlər.

Sonet ən çox  Avropa  ölkələrində yayılmışdır. Həcmi  4  bənd olur, birinci və ikinci bəndlərinin hərəsində dörd misra olur. Şeirin sonrakı 2 bəndinin hərəsi 3 misra olur.Qafiyələnməsində müxtəliflik var.Yaranma məkanına  və ən tanınmış nümayəndəsinə görə  tanınan növləri var.

                      Fransız soneti         ---------- abba abba ccd  eed;

                      İtaliya soneti         ------------- abab  abab sds  dsd;

                      Şekspır  soneti      ------------  abab  sdsd  efef  gg

      Dünyada  sonet yazan çox olmuşdur: Halyada Yakopo,Padon Antonin,Vilyam Şekspir   və  başqaları.

Abdulla Şaiqin, sərlövhəsini “Centlmen bir xanəndəyə ” kimi oxuduğumuz soneti belədir:

                                    Nədir, nədir o gözəl səsdə titrəyən fəryad

                                    Ki, hər təranəsi  ruhumda bir fəğan oyatır?...

                                    O hıçkırıklar , aman kimdən istəyir imdad

                                    Ki, qəlbimin içini hər zaman qanatır..

                                                                     ***

                                     Niçin, niçin dodağından uçan fəğanlardan

                                     İçimdə  dalğalanır  pək acıqlı  duyğu,kədər?..

                                     Niçin, niçin o səni  inlətən amanlardan

                                      Önümdə canlanur bir yəğin səfil  yüzlər?..


                                                          ***

                                     Niçin, niçin bu səfil fəğanlar "aman"lar həp anlat,

                                     Zavallı xəlqimizin  əksi dərd - ü  matəmimi?..

                                    O inlətən səni də  ruhimi  ya   qan ğəmimi?..

                                                                 ***



                                      Unut o keçmişi  hayqırma  bitsin əfğanlar,

                                      Bir az da gurlasın  artıq səsində üsyanlar,

                                      Bir az da nəğmənə  qüvvət, bir az da atəş qat!

Bu , fransız sonetləri qəlibindədir.Tədqiqatçılar ,bəlkə də ərəb əlifbalı bu şeirin adını başqa cür oxuyacaqlar, xanəndənin kimliyindən söz açacaqlar. Yenə də…

Hər halda düşünməyə dəyər.

        Nazim Nəsrəddinov,

        Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq.

Pin It on Pinterest