Facebook monoloqu və yaxud Nə xəbər var, dostlar?
İstanbulda elmi səfərdə olan bir neçə dostumuzun şəkillərini gördüm. Elə mehriban,elə şəndirlər ki….
Əlbəttə, bu şənliyin səbəbi aydındır.Onlar Əhməd Ağaoğlunun yubiley şənliklərinin, elmi simpoziumun iştirakçılarıdır.
Birdən ağlıma gəldi ki, onları salamlayım və onlardan görkəmli maarifçi,türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadə haqqında nə isə soruşum.Gördüm,yox,başqa cür başa düşərlər.
Bəlkə onara xatırladım ki,
21 oktyabr Ümumdünya Qəzetçilər Günüdür. Bu bayram münasibətilə ,bəlkə də,onların iş cədvəllərində heç bir tədbir nəzərdə tutulmayıb. Proqramı zənginləşdirmək olar. Lazım gəlsə,Bakıya biletlərini də dəyişə bilərlər.
Düşündüm ki, Ümumdünya Qəzetçilər Günü münasibətilə, 1903-cü ildə Fatih Camii Haziresində dəfn olunan Səid Əfəndi Ünsizadənin-Əhməd Ağaoğlu nəslinin yaxşı tanıdığı maarifçinin xatirəsinin yad edilməsi dostlarımızın elmi səfərinə rəngarənglik gətirərdi.
Daha heç nə.Sözümü dedim,arxayın oldum ki, oxuyanlar məni başa düşdülər.
Ziyarət üçün bir FACEBOOK roliki də
hazırladım. Ziyarət ünvanını da xüsusilə xatırlatdım.İstanbul,Fatih Camii Naziresi.
22.10.2019.
Görək də…Dostlarımız
türk dünyasının fazillərindən biri olan
Səid Əfəndi Ünsizadədən (1842,Şamaxı-1903,İstanbul)
nə xəbər gətirəcəklər?