GenelGüncelKültür SanatTürk Dünyası

Fərid Mustafayev

Azərbaycan qlobal miqyasda öz mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Dövlət başçısı bu müsahibədə  Azərbaycanın regional və beynəlxalq siyasəti, iqtisadi strategiyası və xarici tərəfdaşlarla münasibətləri barədə ətraflı məlumat verib. Ən əsası isə, ərazi bütövlüyünün bərpası, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı rolu,

Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi, Çin ilə strateji tərəfdaşlıq və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr kimi mühüm məsələlər müzakirə olunub. Müsahibəsində Prezident Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü təmin etdiyini xüsusi vurğulayıb. 30 il davam edən işğala son qoyaraq, Azərbaycanın öz ərazilərini azad etməsi təkcə ölkənin suverenliyinin bərpası deyil, eləcə də beynəlxalq hüququn tətbiqinin bariz nümunəsi oldu.Azərbaycanın müstəqil siyasət yürütdüyünü və beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad etdiyini göstərdi. Həmçinin, regionda yeni reallıqların formalaşmasına və uzunmüddətli sülhün təmin olunmasına töhvə verdi. Azərbaycanın beynəlxalq siyasətdəki uğurlu fəaliyyəti onun Cənubi Qafqaz və Xəzər regionunda mühüm və etibarlı mövqe tutmasına şərait yaradıb. Dövlətimizin başçısı İlham Əliyev ölkənin geostrateji mövqeyinin və sabit siyasətinin bu regionda təhlükəsizliyin və iqtisadi inkişafın təminatçısı olduğunu bildirib. Ölkəmizin enerji resursları, nəqliyyat-logistika imkanları və müstəqil xarici siyasəti onu regionun aparıcı gücünə çevirib. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi strateji enerji layihələri Azərbaycanın regiondakı rolunu daha da artırır.Prezident müsahibədə İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, bu, uzunmüddətli və mürəkkəb bir prosesdir və Azərbaycan öz iqtisadi maraqlarını nəzərə alaraq bu istiqamətdə addımlar atır. ÜTT-yə üzvlük Azərbaycanın beynəlxalq ticarətə daha sıx inteqrasiyasını təmin edə bilər. Bundan əlavə, hökumət bu prosesdə yerli sənayenin və biznesin maraqlarının qorunmasına xüsusi diqqət yetirir. Son illərdə Azərbaycan və Çin arasında münasibətlər  strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyev müsahibəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbul edildiyini vurğulayıb.Çin Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycan Çinin Avropaya çıxışında mühüm nəqliyyat qovşağı rolunu oynayır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr bu əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri də müsahibədə diqqət mərkəzində olub. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatla dost münasibətlərə malik olduğunu və əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. ŞƏT Asiyada təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlığı gücləndirən mühüm platformadır. Azərbaycanın bu təşkilatla sıx əlaqələri regiondakı mövqeyini daha da gücləndirir və iqtisadi imkanlarını genişləndirir. Dövlət başçısı İlham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətdəki fəal rolunu və strateji tərəfdaşlıqlarını bir daha nümayiş etdirdi. Ölkə öz ərazi bütövlüyünü bərpa edərək, regional sabitliyə və inkişafa töhfə verib. Ümumdünya Ticarət Təşkilatına üzvlük, Çin ilə strateji tərəfdaşlıq və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq siyasətində mühüm istiqamətlərdir. Prezident İlham Əliyevin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan qlobal miqyasda öz mövqeyini möhkəmləndirir və gələcəkdə daha böyük uğurlara imza atmağa hazırdır.

Fərid Mustafayev
Fərid Mustafayev

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest