Genel

Ermənistanın bəşər cəmiyyətinə qarşı törətdiyiağır cinayət: Xocalı soyqırımı – Kamal Salayev

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Ermənişünaslıq şöbəsinin baş mütəxəssisi

[email protected]

012 5020148; 055 9016455

Ermənistanın bəşər cəmiyyətinə qarşı törətdiyiağır cinayət: Xocalı soyqırımı

      1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yerləşən dinc əhaliyə qarşı soyqırım törətdilər. Bu soyqırım Ermənistanın insanlığa vurduğu ciddi zərbəni tarixin yaddaşına həkk etdirdi. Bütün dünya Ermənistanın necə işğalçı, təcavüzkar bir dövlət olduğunu gördü. Ermənilərin məqsədi “böyük Ermənistan” planını reallaşdırmaqdan ibarət idi. Həmin plana uyğun olaraq ermənilər 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının 20%-ni işğal etdilər. Bəşər tarixində misli görünməmiş qətllər törədərək Azərbaycan xalqını soyqırıma məruz qoydular.

       Məlum məsələdir ki, erməni KİV-ləri işğalçı Ermənistanın törətdiyi bütün cinayətləri dünya ictimaiyyətindən gizlətməkdən ötrü həqiqətə uyğun olmayan dezinformasiyalardan, yalnış məlumatlardan istifadə edir. Ermənilər bu baxımdan Xocalıda törətdikləri cinayətlərdən boyun qaçıraraq, tarixi saxtalaşdırmağa çalışır və beləliklə də 1915-ci ilin hadisələrini ictimaiyyətə uydurma “erməni soyqırımı” kimi təqdim etməyə səy göstərirlər. Lakin qeyd etmək lazımdır ki, əsassız erməni iddiaları bu gün heç yerdə öz təsdiqini tapmır. Ermənilərin qondarma təbliğatına baxmayaraq tədqiqatçılar erməni millətçilərinin yalanlarını üzə çıxarır. Bu baxımdan, Amerikan tarixçisi Stenford Şou, erməni tarixçisi Valiy və s.tədqiqatçıların adlarını qeyd etmək olar. Həmin tədqiqatçılar öz qeydlərində saxta “erməni soyqırımı”nı ifşa edirlər. Bununla yanaşı, dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlər, 1915-ci ilin aprelində Şərqi Anadoluda guya 1 milyon 500 min erməninin qətlə yetirilməsiiddiasının tamamilə cəfəngiyyat olduğunu sübut edir.

       1994-cü ilin martında Ümummilli lider Heydər Əliyevin Xocalı faciəsinə dair fərmanı, 31 mart soyıqırımına dair 1998-ci il 26 mart tarixli fərmanı, o cümlədən, “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası”na dair verdiyi fərman – ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinin hərtərəfli tədqiq olunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.

       Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilmişdir. Həmin kampaniyanın uğurlu fəaliyyətinin nəticəsi olaraq 1992-ci ilin fevralında baş verən Xocalı faciəsinə dair həqiqətlər dünyaya çatdırılmışdır.

Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev düşmənə qarşı müdafiədə yox, hücumda olmağın vacibliyini vurğulamışdır. Prezident Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı olaraq Azərbaycan xalqına müraciətində demişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

Bu gün artıq qürur hissi ilə qeyd etmək olar ki, şəhidlərimizin qanı yerdə qalmadı. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 2020-ci ilin sentyabrın 27-dən noyabrın 8-dək davam edən 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan törətdiyi əməllərinə görə şanlı Azərbaycan Ordusu tərəfindənağır məğlubiyyətə uğradıldı. Haqq uğrunda gedən mübarizədə ədalət öz yerini tapdı, Şuşa şəhəri işğaldan azad olundu və beləliklə də Azərbaycan Ermənistana qalib gəldi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest