GenelGüncelKültür SanatTürk Dünyası

ERMƏNIİLƏRIN ZƏNGƏZUR QƏZASINDA TÖRƏTDİKLƏRİ SOYQIRIMLAR

ERMƏNIİLƏRIN ZƏNGƏZUR QƏZASINDA TÖRƏTDİKLƏRİSOYQIRIMLAR

 Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimlərindən olan çar Rusiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi.Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da  Rusiyanın tarixi arzusuna — Hindistana yetişmək niyyətinə  nail  olmaq  idi. Məhz bu məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla  həyata  keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

            1828-ci ilin fevral ayının 10-da bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycanı iki yerə bölən çar Rusiyası ermənilərə  Azərbaycan torpaqlarında erməni vilayətinin  yaradılmasnı  vəd vermiş və bu vədə də   əməl etmişdir. Həmin ilin mart ayının  20-də çar I Nikolayın erməni vilayəti yaradılması barədə verdiyi  fərmanda göstərilirdi ki, İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarının 78-i bundan sonra erməni vilayəti adlandırılacaqdır.  Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə, bir də Ordubad dairəsinə bölünmüşdür. Ermənilərin  XVI əsrdən  bəri davam edən dövlət yaratmaq uğrunda ardıcıl səyləri bir an belə  səngiməmiş, nisbətən əlverişli tarixi şərait yarandıqda isə bu səylər daha da yüksəlmişdir. Erməni millətçilərinin “böyük Ermənistan” dövləti yaratmaq xülyası,   Azərbaycan türklərini kütləvi surətdə məhv etmək, yaşdıqları yurdlarından qovub çıxarmaqla həmin ərazidə ermənilərin sayca üstünlüyünə nail olmaq və beləliklə, “milli çoxluğun” dövlətini yaratmaq ideyasını reallaşdırmaq planı idi.  Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə  XIX-XX  əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı həyata  keçirtdikləri  kütləvi  qırğınlar,  soyqırımlar   və  deportasiyalar nəticəsində yerli əhalinin etnik  tərkibində  ciddi  dəyişikliklər baş vermişdir.

              1918-ci ilin mayında Cənubi  Qafqazın siyasi xəritəsində müstəqil Azərbaycan və Ermənistan dövlətlərinin meydana gəlməsi ilə ermənilər və azərbaycanlılar arasında ilk dəfə olaraq 1905-1906-cı illərdə qeydə alınmış etnik toqquşmalar Ermənistan və Azərbaycan arasında dövlətlərarası münaqişə səviyyəsinə  çatdı.  Bu  münaqişənin  əsasında  Ermənistandakı  daşnak hökumətinin Yelizavetpol (Gəncə) və İrəvan  quberniyalarının ermənilərin məşkunlaşdığı əzəli Azərbaycan  torpaqlarını  ələ  keçirmək cəhdləri dayanırdı.Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən  bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Statistik məlumatlar göstərir  ki,  XIX əsrdə Azərbaycanın başqa bölgələrinə nisbətən ermənilər  Zəngəzurda  daha  kompakt  halda  məskunlaşmışdılar.

1918-20-ci illlərdə Azərbaycanlılara qarşı törədilən soyqırım və etnik təmizləmə əməliyyatı  Zəngəzurda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Zəngəzurun mövcud  olduğu bütün tarix boyu  azərbaycanlılara qarşı törədilmiş qanlı qırğınlar öz qəddarlığı ilə bəlkə də anoloqu olmayan faciələrdəndir.Zəngəzurda azərbaycanlılara qarşı törədilən soyqırımların  əsas səbəbkarlarından biri erməni generalı Ozanyan  Andronik olmuşdur.1918-ci ilin əvvəllərində 10 min nəfərlik hərbi bir dəstə ilə Türkiyədən Qafqaza keçən Andronik İrəvan, Naxçıvan, Dərələyəz mahallarında bir sıra qırğın və talanlar törədərək 1918-ci ilin mayında  Zəngəzura daxil olmuş, avqust ayının sonlarına qədər Sisyan rayonunda azərbaycanlılara qarşı xüsusi bir qəddarlıqla soyqırım və etnik təmizləmə əməliyyatı həyata keçirmişdir. Həmin dövr ərzində Sisyan rayonunda olan bütün azərbaycanlı kəndləri dağıdılmış, azərbaycanlı əhalinin təxminən 30%-i öldürülmüş, qalan əhali isə qaçqın vəziyyətinə düşərək, bir hissəsi Naxçıvana, bir hissəsi isə quberniyanın Şuşa və Cəbrayıl qəzalarına pənah aparmışdır.

               Andranikin dəstələrinin Zəngəzur qəzasına gəlməsi yerli ermənilər arasında ruh yüksəkliyinə səbəb olmuşdu. Zəngəzur qəza rəisi  Məlik  Namazəliyevin 1918-ci il sentyabrın 11-i və 12-si tarixli raportundan görünür ki, onlar Zəngəzurun müsəlmanların yaşadığı kəndlərinə daha tez-tez hücumlar təşkil edərək əhaliyə böyük zərər yetirirdilər.Onun sözlərinə görə, qaniçən Andranikin rəhbərliyi altında ermənilər onlarla müsəlman kəndini darmadığın edərək 500-dən çox şəxsi qətlə yetirmişdilər. M.Namazəliyevin məruzəsində vurğulanırdı ki, Andranik kəndləri yerli (Zəngəzur)  ermənilərin xahişi ilə tar-mar etmişdi. 1918-ci il oktyabrın  30-da  imzalanmış  Mudros  müqaviləsinə  əsasən  Osmanlı imperiyası Cənubi Qafqazdakı hərbi hissələrini çıxarmağı öhdəsinə götürdükdən sonra bu regiondakı vəziyyət kəskinləşmiş oldu.

Türk qoşunlarının gedişi Andranikin hərbi birləşmələrinin Zəngəzur ərazisindən Qarabağı nəzarətə almağa cəhd etməsinə şərait yaratdı. “Xalq rəhbər”inin 1918-ci ilin noyabrından etibarən Qarabağın və Zəngəzurun azərbaycanlı əhalisinə qarşı təşkil etdiyi hücumlar sistemli xarakter almağa başladı. 1918-ci il noyabrın 22-də Andranikin quldur dəstələrinin Gorusa gəlməsi ilə qısa müddət ərzində 30 müsəlman kəndi talan  edilmişdir.

        Xristian qurultayının və milli şuranın təklifi ilə Zəngəzurda “ali baş komandanın bütün səlahiyyətləri ilə silahlı qüvvələr üzərində baş komandanlığı öz üzərinə götürmüş” Andranik amansızcasına müsəlman kəndlərini viranə qoymaqda davam edirdi. Bütün bu cinayətlər sözdə sülh və sakitliyin təmin edilməsi tərəfdarı  kimi çıxış edən ingilis-fransız missiyasının gözləri qarşısında  baş verirdi. Zəngəzur  qəza  rəisi  M. Namazəliyevin Azərbaycan Respublikası hökumətinə göndərdiyi 11 dekabr 1918-ci il tarixli növbəti teleqramında Andranikin başçılığı altında ermənilərin Zəngəzur qəzasında törətdikləri yeni vəhşiliklər  haqqında danışılırdı. Bununla əlaqədar  məlumat  verilirdi  ki, ermənilərin  Zəngəzur qəzasının müsəlman kəndlərinə hücumları nəticəsində “cinsindən və yaşından asılı olmayaraq əhali vəhşicəsinə qırılır, meyitlər təhqir olunur. Hazırda 10 nəfər qadın ermənilərin əlində əsirdir”. Regiondakı vəziyyət Azərbaycan Respublikasının parlamentinin 1918-ci il 20 dekabr tarixli iclasında müzakirə edilmişdi. Bu məsələ ilə bağlı hökumət başçısı F.X.Xoyski  çıxışında  qeyd etmişdi ki, “Andanikin planı Zəngəzuru və Şuşanı müsəlman əhalidən “təmizləmək” və bu əraziləri Azərbaycan torpaqlarından  qoparmaqdır”. Hökumətin münaqişəni Andraniklə dinc danışıqlar yolu ilə həll etməklə bağlı çoxsaylı cəhdləri barədə deputatları məlumatlandırarkən o, sonuncunun Azərbaycan hökuməti nümayəndələri ilə hər hansı əlaqələr qurmaq istəmədiyini bildirmişdi. Məsələ ilə bağlı müzakirələrin nəticəsi olaraq, xarici təcavüzün qarşısının alınması məqsədilə hökumət tərəfindən hərbi-siyasi kompleks tədbirlərin görülməsi zərurəti haqqında qərar qəbul olunmuşdu.

Zəngəzur  və  Qarabağ  ərazisində Andranikin  silahlı quldur dəstələrinin  1918-ci ilin yayından 1919-cu ilin yazınadək fasilələrlə davam etmiş qanlı cinayətlərinin  qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası hökumətinin qərarı və ingilis komandanlığının razılığı ilə 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl  qəzaları ilə   birgə  Zəngəzur  qəzasının da daxil olduğu  Qarabağ general-qubernatorluğu yaradılmışdır.Azərbaycan hökumətinin öz tarixi torpaqlarında general-qubernatorluq yaratması və Xosrov Paşa bəy Sultanovun bu vəzifəyə təyin etməsi haqqında qərarmı daşnaklar çox böyük narahatlıqla qarşıladılar. Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə, digər aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində, Azərbaycan hökumətinə etiraz notalarında, belə bir iddia irəli sürülürdü ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov Paşa bəy isə guya ermənilərin düşmənidir.  Azərbaycan Hökumətinin qəti  addımlarından  narahat  olan  Ermənistan   belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab  Qarabağm tarixən Azərbaycanın ayrılmaz  tərkib  hissəsi  olduğunu  bildirdi  və Qarabağ general qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd  və onun  daxili  işlərinə  qarışmaq cəhdi kimi qiymətləndirdi. Nəhayət ki, Xosrov bəy Sultanovun başçılıq etdiyi general-qubernatorluğun  yaradılmasından  sonra  Qarabağ və  Zəngəzur  ərazisində  törədilən qanlı cinayətlərə son qoyulmuşdur.

1919-cu ilin aprelində Andranik dəstəsi ilə birlikdə Zəngəzuru tərk edərək, Azərbaycan hökumətinin ona təqdim etdiyi dəhliz vasitəsi ilə Ermənistan Respublikası ərazisinə qayıtmışdır. Burada o dəstəsini buraxmış, özü isə Tiflis vasitəsilə  mühacirətə   getmişdi.Azərbaycandakı  Britaniya  missiyasının   Qarabağ və Zəngəzuru Ermənistana birləşdirmək planlarına dəstək verməməsindən məyus olmuş  Andranik  digər  erməni  siyasətçilərlə  birlikdə  Parisə  köçüb getmişdir.

Andronikin vəhşilikləri haqqında Azərbaycan  Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə  Təhqiqat Komissiyasının sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai  xadimlərin teleqram və  məktublar və dövrü   mətbuat  səhifələrində, eləcə  də çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcuddur.  Fövqəladə  Təhqiqat Komissiyası  topladığı 36 cildlik istintaq  materiallarının (3500 səhifəlik) 2 cildi (təqribən 80 səhifəlik) Zəngəzurqəzasındakı  hadisələri  özündə   əks etdirir.  Zəngəzur qəza rəisi M. Namazəliyevin məlumatına  görə Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman hissəsini,  İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisiyan,  Zabazadur müsəlman kəndlərini dağıdaraq insanı  qətl etmişdi.

Fövqəladə  Təhqiqat Komissiyasının üzvü N. Mixaylov 1918-ci il ərzində  Zəngəzur qəzasında törədilmiş  vəhşiliklərin təhqiqatı  əsasında hazırladığı  məruzədə2 azərbaycanlı   əhalinin soyqırımına məruz qalmasını konkret faktlarla əsaslandırmışdır. Məruzədə qeyd edildiyikimi, Zəngəzur qəzasında ermənilərin müsəlmanlar üzərində fasiləsiz zorakılıqlar həyata keçirmələri baxımından daha ağır şərait mövcud idi. Yüksək dağlıq ərazidə yerləşməsindən  və  qonşu  Şuşa  və  Cəbrayıl  qəzaları  ilə  əlaqələrinin pozulmasından, eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə daha əlverişli  vəziyyətdə  idilər.  Azərbaycanın  digər  bölgələri  ilə  müqayisədə qəza müsəlmanların vəziyyəti daha ağır idi. Yaxşı  silahlanmış  erməni  kəndliləri ilə yanaşı qəzada general Andronikin rəhbərliyi  altında mütəşəkkil  hərbi  hissənin  silahlı  qüvvələri  cəmləşərək Zəngəzur ərazisinə soxulmuş  və Ermənistan Respublikasının göstərişinə uyğun olaraq müsəlman əhalisinə ermənilərin hakimiyyətinə tabe olmağı, əks təqdirdə qəzanı tərk etməyi  tələb etmişdi. Andronikin əsas məqsədi bununla Zəngəzuru Ermənistan Respublikanın tərkibinə qatmaqdan ibarət idi. Onlara tabe olmadan imtina edən müsəlmanlara qarşı ermənilər misli görünməmiş vəhşiliklər törədir, müsəlmanları qətl edir, 
 kəndlərin yandırır və dağıdır,  əmlakılarını, mal-qarasını aparır, 
torpaqlarını ələ keçirirdilər. Sisyan mahalının I polis sahəsinin  bütün  müsəlman kəndləri, II sahənin kəndlərinin  əksər hissəsi, III, IV, V 
sahələrin mühüm hissələri tamamilə məhv edilmiş, bəzi kəndlər ta-
mamilə yerlə-yeksan edilərək ermənilər tərəfindən  əkin sahələrinə 
çevrilmişdi.  Öz yurd-yuvalarından qaçqın  düşən 50000 nəfərdən çox müsəlman 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında məskunlaşmışlar. Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri  cinayətlər haqqında ətraflı məlumat vermişdir.Məruzədə 115  kənd dağıdılmış, məhv edilmiş və qeyd olunan   kəndlərdə  10068  nəfər  müsəlman  öldürülmüş  və  ya yaralanmışdır. 

Ermənilərin   xalqımıza   qarşı  yönəlmiş  soyqırımı  və  deportasiya  siyasətinin ən qanlı  səhifələrindən biri də 1919-cu ilin dekabr, 1920-ci ilin yanvarında yazılmışdır. Əfsuslar olsun ki, bu hadisələrdən bir əsrə yaxın vaxt keçsə də, Azərbaycan xalqı bu qanlı faciələrin əsl mahiyyətindən, səbəb və nəticəsindən hələ də  yetərincə  məlumatlı  deyillər. 1920-ci il iyulun sonlarında XI Qırmızı ordu hissələri   tərəfindən  Zəngəzur  ələ keçirildikdən sonra vəziyyət bir müddət sabitləşsə də, bolşevik qoşun hissələrinin Naxçıvana hərəkət etməsindən istifadə edən  Dro və  Njdenin  dəstələri  yenidən  Zəngəzura soxuldular və Bazarçayı, Sisyan, Əngəlidi və Gorusu tutdular. Bütün bunlar Zəngəzur müsəlmanlarının vəziyyətinin yenidən pisləşməsinə, yeni qaçqınlar dəstəsinin yaranmasına gətirib çıxardı. Qaçqınlar arasında xəstəlik və aclıq hökm sürürdü. Yalnız 1920-ci il avqustun əvvəllərində sovet hissələrinin keçirdiyi əməliyyatlar nəticəsində erməni qoşunlarına ciddi zərbələr vuruldu.

1920-ci ilin avqust-noyabr ayları  ərzində  qəzanın müxtəlif yerlərində  məhəlli  döyüşlər  başladı.  Xüsusən  Mehri və Qafan  rayonlarını əlində saxlayan Njdenin dəstələri   azərbaycanlılar  üçün yenə də təhlükə mənbəyi olaraq qalırdı. Ermənistanın   sovetləşməsindən  sonra  Zəngəzurda  milli  toqquşmalar  müəyyən qədər səngisə də, bolşevik Rusiyasının təzyiqi altında bu əzəli  Azərbaycan  torpağının Ermənistana verilməsi istiqamətində atılmış  addımlar 4505 km2 bir   ərazinin  həmişəlik  itirilməsi ilə nəticələndi.Qəzanın sovetləşməsi və Ermənistanın tərkibinə daxil edilməsi  burada  yaşayan   azərbaycanlı əhaliyə qarşı ayrıseçkilik siyasətinin yeni forma və məzmunda davam etməsinə şərait yaratdı. Ermənistan SSR rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınların öz doğma yerlərinə qayıtmalarına nəinki imkan verilmədi, əksinə, qəzada  sayları xeyli azalmış azərbaycanlıların sıxışdırılmasına başlandı. Zəngəzurda  yerli  azərbaycanlıların  zorla  öz evlərindən qovulması və onların yerinə gəlmə ermənilərin yerləşdirilməsi ilə bağlı narahatlıq hətta II Azərbaycan Sovetlər qurultayında belə ifadə olunmuşdu. Vaxtilə Zəngəzurdan qovulmuş 50 mindən çox azərbaycanlı qaçqının yalnız 5 mini öz vətəninə dönməyə nail olmuşdu. 1917-ci ildə Zəngəzur  qəzasında  123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çatmamışdı. Zəngəzurun əksər hissəsini ələ keçirməklə kifayətlənməyən ermənilər bölgənin Azərbaycan SSR-də qalmış cüzi hissəsinə-Cəbrayıl, Qubadlı, Zəngilan qəzalarının ərazilərinə  də iddialar irəli sürmüş, müəyyən dərəcədə buna nail  olmuşlar. Belə ki, erməni məkrinin təsiri  altında  yeni  inzibati  vahidlik – Mehri rayonunun yaradılması adı altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ərnəzir və Tuğut Ermənistana verilmişdi. Beləliklə, tarix boyu “türksüz Ermənistan” xülyası ilə yaşayan, müsəlman xalqlarının qatı düşməni olan ermənilərə  rus hökuməti tərəfindən məmləkətimizin ən dilbər guşələrindən biri olan Zəngəzur qəzası  bağışlandı. Bununla da  1920-ci ildə Zəngəzur və İrəvan Ermənistanın tərkibinə qatıldıqdan sonra daşnak proqramının məkrli planının bir hissəs yerinə yetirilmiş oldu.

Lətafət Beybutova Ələsgər qızı,

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin müdiri     

         

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest