Ermənistanın hərbi təxribatları ona baha başa gələ bilər – Kamal Salayev

Kamal Salayev

AMEA Qafqazşünaslıq İnstitutunun

Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi

kamalsalayev1988@gmail.com

012 5020148; 055 9016455

Ermənistanın hərbi təxribatları ona baha başa gələ bilər

      44-günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində hökm sürən erməni faşizmi aradan qaldırıldı. Lakin İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən hələ də özünə dərs çıxarmayan erməni quldurları günü bu gün dəregionda sülhün bərqərar olmasına hər yolla mane olur və davamlı olaraq Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirirlər. Bu baxımdan heç təsadüfi deyildir ki, erməni millətçiləri Qarabağ ərazisində, dövlət sərhədində təxribatlar törətmək üçün mütəmadi olaraq yeni qüvvələr yığırlar.Görünüşə görə, məkrli niyyətini reallaşdırmaq üçün silahlar yığan, eləcə də Azərbaycanın mövqelərini yenidən atəşə tutan Ermənistan regionda sülhü və sabitliyi pozmağa davam edərək öz varlığını təhlükəyə atmaq fikrindədir.

Qeyd edək ki, Azərbaycan öz öhdəliklərinə hər zaman məsuliyyətlə yanaşaraq sülh haqqında, eləcə də ərazi mübahisələrinin olmaması üçün sərhədlərin delimitasiyası və demarkasiyası barəsində davamlı olaraq diplomatik danışıqlar aparıb. Brüssel və Moskva görüşlərində iştirak edən və guya ki “sülh elan edən” Ermənistan isə yenidən texnika və yaraqlıları cəmləşdirərək həm Qarabağda, həm də sərhəd zonasında, Azərbaycanın Daşkəsən və Kəlbəcər rayonlarına yaxın ərazilərdəkazarmalar, bunkerlər və səngərlər tikərək hərbi təxribatlar həyata keçirir.

      Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu daim Ermənistanın hərbi təxribatlarının qarşısını operativ şəkildə alır və hər dəfə düşmən törətdiyi təxribatın qarşılığında ağır itkilərə məruz qalır. Bu baxımdan misal olaraq onu qeyd etmək lazımdır ki,Azərbaycan Ordusu tərəfindən 2022-ci ilin avqustun 3-də həyata keçirilən “Qisas” xüsusi əməliyyatı Qarabağdakı erməni quldurlarının fəallığına qarşı yönəlmiş bir əməliyyat idi.Bununla da Azərbaycan Qarabağdakı vəziyyətə dair nəzarətin Ermənistanın əlinə keçməsinin qarşısını aldı. Laçından Kəlbəcərə qədər yüksəklikdə məskunlaşmış Azərbaycan Ordusu strateji üstünlüyü öz əlinə aldı [1].

Brüsseldə aparılan sonuncu danışıqlar zamanı guya ki, “sülhə sadiq olduğunu qeyd edən” Ermənistan bu dəfə də öz çirkin niyyətindən əl çəkmədi. Belə ki, 2022-ci ilin sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusuna qarşı məqsədyönlü şəkildə genişmiqyaslı təxribatlar törədildi. Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusuna məxsus mövqelər, sığınacaqlar və dayaq məntəqələri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif silahlardan, o cümlədən minaatanlardan atəşə tutuldu. Bununla yanaşıonu da qeyd etmək lazımdır ki, erməni quldurlarının diversiya qrupları dağlıq ərazilərdən və mövcud dərə boşluqlarından istifadə edərək, qaranlıq olan zaman Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasında yerləşən əraziləri qəsdən minalayıblar.Azərbaycan Ordusu sentyabrın 13-də sərhəd boyu hökm sürən erməni revanşizminin qarşısını müvəffəqiyyətlə aldı və günü bu gün də qarşısını almağa davam edir. Hazırkı mövcud vəziyyətlə bağlı isə Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı rəsmi bəyanatlarda operativ şəkildə məlumat verilir[2]

      Ermənistanın təxribatına cavab olaraq, Ermənistana məxsus yarım milyard dollardan dəyəri olan hərbi avadanlıqlar, iki S-300 hava hücumundan müdafiə sistemi məhv olunub, Ermənistan ordusundakı itkilərin sayı isə çoxdur [3]. Fəxrlə deyə bilərik ki, Ermənistana məxsus bütün hərbi infrastrukturlar Azərbaycan Ordusu tərəfindən pilotsuz uçuş aparatları ilə hədəfə alınaraq darmadağın olunub.

      Qeyd etmək lazımdır ki, Azərbaycan hər zaman regiondakıqonşu ölkələrlə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ermənistanın isə təcavüzkar bir dövlət olması, regionda işğalçılıq siyasəti yeritməsi və Azərbaycana qarşı yenidən hərbi təxribatlar törətməsi Azərbaycanın məsələ ilə əlaqədarsərt cavab tədbirlərigörməsi ilə nəticələnib. Təəssüflər olsun ki, tarixdə baş verən döyüşlərin heç biri itkisiz olmur. Ordumuzdaitkilər var. Ancaq Ermənistan ordusunda ölənlərin sayı daha çoxdur. Bizim vətən uğrunda ölən şəhidlərimizin qanı isə yerdə qalmayıb. Onların qisası alınıb və lazım gələrsə yenə alınacaq.

     Paşinyanın yeritdiyi işğalçılıq siyasəti, erməni millətçilərinin törətdiyi təxribatlar bu səfər də iflasa uğramağa davam edir. Erməni təxribatçıları bütün dünyaya car çəkərək özlərini bütün dünyanın gözündə “yazıq”, “əzabkeş” kimi qələmə verməyə çalışırlar. Lakin nə olursa-olsun fakt yenə də öz faktlığında qalır. Ermənistanhəyasızcasınabeynəlxalq strukturları məsələ ilə bağlı reaksiya verməyə çalışır.Paşinyantelefon diplomatiyasının ümidinə qalaraq kömək üçün zəng vurmağa yer axtarır. Ermənistan KTMT-ni, Fransanın köməyi ilə BMT Təhlükəsizlik Şurasını bu işə cəlb etməyə çalışır və beləliklə də “mövcud vəziyyətin birtəhər dəyişəcəyinə”, o cümlədən, bəzi beynəlxalq təşkilatların və bəzi siyasətçilərin Ermənistanın təxribatlarını dəstəkləyəcəyinə ümid edir. Amma aydın məsələdir ki, bunlar erməni təxribatçılarının puç ümidlərindən başqa bir şey deyildir. Qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən ümumən tanınan və heç kimin mübahisə etməyəcəyi dövlət sərhədləri daxilində fəaliyyət göstərir.Azərbaycan torpağına hücum edən hər bir erməni terrorçusu, pulemyotu, qumbaraatanları, tankı bu gündən sonra da ölkənin və regionun təhlükəsizliyi naminə amansızcasına məhv ediləcək. Başqa sözlə desək, Azərbaycan öz ərazilərində, sərhədində və regionda növbəti erməni təxribatlarının baş verməsinə imkan verməyəcək.

İstifadə olunan mənbələr:

  1. Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib – VİDEO /03.08.2022/ https://mod.gov.az/az/news/azerbaycan-ordusu-qisas-emeliyyati-kecirib-video-41224.html
  2. Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib /13.09.2022/
https://mod.gov.az/az/news/ermenistan-silahli-quvveleri-daskesen-kelbecer-ve-lacin-istiqametlerinde-genismiqyasli-texribat-toredib-42328.html
  • Ermənistanın iki S-300 HHM sistemi məhv edilib /13.09.2022/
https://ordu.az/az/news/232571/ermenistanin-iki-s-300-hhm-sistemi-mehv-edilib

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest