Ermənistan adlı dövlətin bütün ərazisi tarixi Azərbaycan torpaqlarıdır

Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu gün öz saxtakarlıqlarından əl çəkmirlər. İndi də Naxçıvan barədə sərsəm iddialar səsləndirir, Ağdamda “paytaxt” tapdıqlarını bəyan edirlər.

Irevan_tarixi_melumat

Amma etiraf etmək lazımdır ki, saxtakarlıq yolu tutan bu xalqın cəfəng iddialarına sadəcə cavab verməklə kifayətlənmişik. İndiki Ermənistan adlı dövlətin ərazisinin tarixi Azərbaycan torpaqları olması faktını lazımınca dünya ictimaiyyətinə çatdırmamışıq. Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam ictimaiyyəti qarşısında söylədiyi fikirlər bu məsələ ilə bağlı hər bir azərbaycanlı üçün siqnal oldu. Əzəli Azərbaycan torpağı – İrəvan haqqında konkret faktlar əsasında öz fikrini belə əsaslandırır: “ Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru geniŞlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaŞdırılması ilə müşayiət olunurdu. Azərbaycan torpaqlarının Şimal hissəsinin “Gülüstan” və “Türkmənçay” sülh müqavilələri ilə çar Rusiyasının tərkibinə daxil edilməsi zamanı İran və Türkiyə ərazisindən məqsədyönlü şəkildə kütləvi halda ermənilərin Qafqaza köçürülməsi prosesi baş verirdi. Bu, təsadüfi deyildi. Çünki məlum olduğu kimi, I Pyotrun dövründən başlayaraq çar Rusiyasının xarici siyasətinin əsas istiqamətlərindən biri Osmanlı imperiyası ilə İran arasında münaqişəni dərinləşdirmək və bu dövlətlərlə öz arasında bufer xristian dövləti yaratmaq olmuşdur. Qafqazda yalnız Azərbaycan xanlıqları var idi ki, onların da əhalisinin mütləq əksəriyyətini azəri türkləri təşkil etmişdir.

Çar Rusiyasının süqutundan sonra isə Cənubi Qafqazda yalnız iki xalqın – azərbaycanlıların və gürcülərin öz dövlətlərini yaratmaq üçün maddi və mənəvi imkanları var idi. Ermənilərdən fərqli olaraq azərbaycanlılarda və gürcülərdə öz müqəddəratlarını təyin etmək və müstəqil dövlətlərini yaratmaq istiqamətində milli oyanış vardı.

XIX əsrin sonlarına nəzər salsaq, Azərbaycan ədəbi mühitində yüksələn xətt üzrə milli oyanıŞın getdiyini görərik. Bu proses XX əsrin əvvəllərində daha da sürətlənmişdir. Xüsusilə Bakıda neft bumunun başladığı vaxtlarda buraya külli miqdarda vəsaitin daxil olması elmin, mədəniyyətin, incəsənətin inkiŞafı ilə yanaşı, həm də milli oyanışa güclü təkan vermiŞdir. O dövrdə ziyalılarımız Azərbaycanın müstəqilliyi ideyasını gündəmə gətiriblər. Bu onların elmi, bədii yaradıcılıqlarında, Dumada fəaliyyət göstərən azərbaycanlı deputatların fəaliyyətlərində özünü göstərirdi. Ona görə də təsadüfi deyil ki, XX əsrin əvvəlində çar Rusiyasının inqilabı mərkəzlərindən biri Azərbaycan olmuşdur.

Həmin dövrdə Azərbaycanın bütün bölgələrində – Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə və digər yerlərdə milli oyanış hiss edilməkdəydi. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Çarın devrilməsi, müvəqqəti hökumətin qurulması, sonra bolşeviklərin Rusiyada çevriliş edərək hakimiyyəti ələ almaları Cənubi Qafqazda azərbaycanlıların və gürcülərin öz müqəddəratlarını həll etmək istiqamətində hərəkətə keçmələri ilə müşayiət olunurdu. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Zaqafqaziya Seymindən çıxdığını bəyan edərək dövlət müstəqilliyini elan etdi. Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə Milli Şuranın bəyannaməsi faktiki olaraq ölkəmizin sərhədlərini müəyyənləşdirdi. Bu sərhədlər, indiki Yerevan şəhəri də daxil olmaqla, böyük bir ərazini əhatə edirdi.

Zaqafqaziya Seymi dağılanda ermənilərin müstəqillik iddiaları olmayıb. Sadəcə, Azərbaycanın və Gürcüstanın müstəqil dövlət olduğunu görən ermənilər məcburiyyət qarşısında müstəqillik iddiasına düşdülər. Amma ermənilərin müstəqil dövlət qurmaq üçün söykənəcəkləri şəhər yox idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları, Milli Şuranın üzvləri erməni milli şurasının müraciətinə cavab olaraq bəlli olan addımı atmışlar. Edilən güzəşt nəticəsində İrəvan ermənilərin ixtiyarında qalmıŞdır. Bu fakt məlumdur və tarixdə vardır.

Prezident İlham Əliyevin cəbhə bölgələrinə səfəri zamanı söylədiyi fikirlərin də qayəsində indiki şəraitdə bu faktın bir daha dünyaya çatdırılması dayanır. Tarixi faktların bir daha qaldırılmasında və dünyaya çatdırılmasında məqsəd Ermənistan adlanan və 29 min kv.km ərazisi olan dövlətin əslində azərbaycanlıların bir vaxtlar güzəştə getdiyi torpaqlar üzərində qurulduğunu diqqətə çatdırmaqdır. Söhbət ondan gedir ki, biz İrəvanın qədim Azərbaycan şəhəri olduğunu sənədlərlə, müəyyən qərarlarla dünyaya çatdırmaqla bir daha göstərmək istəyirik ki, bəzi hallarda beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin himayə etdiyi Ermənistan ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Ona görə Azərbaycan xalqı öz ərazisinin bir qarışını da Ermənistana güzəştə getmək niyyətində deyil.

Bunu erməni tarixçiləri də bilir və hər vəchlə, saxtakarlıqlara əl atmaqla əsl həqiqətlərdən yayınırlar. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarına müdaxiləsi, 17 min kv.km ərazimizi işğal etməsi, eyni zamanda erməni tarixçilərinin və siyasətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri ermənilərin zamanında edilən güzəştlərə nankorluqlarının və hər bir əməllərinin kökündə işğalçılıq siyasətinin dayanmasının bariz nümunəsidir. Əgər erməni işğalçıları Azərbaycanın əraziləri ilə bağlı heç bir fakta söykənməyən sərsəm iddialarını ortaya qoyurlarsa, niyə Azərbaycan əsl həqiqətləri bəyan etməsin?

Bu həqiqətləri vaxtilə rus tarixçiləri də qələmə alıblar. Məlumdur ki, rus diplomatı Qriboyedov İranda səfir olduğu dövrdə ermənilərin köçürülməsi ilə bağlı narahatçılığını ifadə edərək çara məktub yazmışdır. Bu məktubda açıq şəkildə bildirilirdi ki, ermənilər məskunlaşdıqları yerlərdə bir qədər yaşadıqdan sonra oranın onların ata-baba torpağı olduğunu iddia edirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olmalarını sübut edən faktlar çar Rusiyası dövründə nəşr olunmuş ensiklopediyalarda da öz əksini tapmışdır.

Tarixən İrəvan şəhərinin əhalisinin böyük əksəriyyətinin azəri türkü olması danılmaz faktdır. Biz tarixi sənədləri, faktları yenidən toplayaraq, ümumiləşdirərək danışıqlar prosesində, həm də informasiya mübadiləsində ermənilərə və beynəlxalq təşkilatlara təqdim edəcəyik. Bununla da beynəlxalq təşkilatlara, həmçinin xarici dövlətlərə əsl həqiqətin nə olduğunu bir daha göstərəcəyik. Bəzən bizə elə gəlir ki, xarici ölkələrdə hər kəs əsl tarixi faktları bilir. Amma belə deyil. Erməni təbliğatı da vaxtilə tarixin saxtalaşdırılması istiqamətində öz işini görmüşdür. Ona görə də cənab Prezidentin qaldırdığı bu məsələ tarixçilərimiz, siyasətçilərimiz və ümumilikdə hər bir sıravi vətəndaşımız üçün bir çağırışdır. Bu çağırış hamımızın bu yöndə səfərbər olmağımızı zəruri edir. Biz müasir texnologiyanın bütün nailiyyətlərindən istifadə edib əsl həqiqətləri dönə-dönə dünyaya çatdırmalıyıq.

Ermənilər bütün dünyaya car çəkirlər ki, Naxçıvanda onların tarixi abidələri dağıdılır. Halbuki Naxçıvanda heç vaxt ermənilərə məxsus abidə olmamışdır. Hətta ermənilər Ağdamda “arxeoloji qazıntılar” apararaq “paytaxtlarını” tapıblar. Çox gülməli faktdır. İndinin özündə də Azərbaycanın əzəli torpaqlarında köhnə şakərlərinə sadiq qalaraq əvvəlcədən basdırdıqlarını çıxarmaqla məşğuldurlar.

Xatırlayırsınızsa, hələ sovet dövründə ermənilər Yerevan şəhərinin 2500 illiyini qeyd etmək barədə hay-küylü bir tədbir keçirmişdir. Hətta guya bir neçə min il yaşı olan bir xaçı da nümayiş etdirmək istəyirdilər. Amma sonradan ekspertlər müəyyən etdilər ki, “arxeoloji tapıntı” kimi təqdim edilən həmin əşyanın heç 5 yaşı yoxdur.

Ermənilər Rusiyada, Gürcüstanda, Şimali Qafqazda, Ukraynada və dünyanın başqa yerlərində də qədim erməni məskənləri olması barədə cəfəng iddialarını ortaya qoyurlar. Bu, bir erməni xəstəliyidir. Bu xəstəliklə on çox üzləşən isə türk etnosudur, azərbaycanlılardır. Bu xəstəliyin nədən ibarət olduğunu biz daha yaxşı görürük. Bu prosesin ermənilər üçün faciəvi sonluqla başa çatacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Elə Ermənistanın hazırkı durumuna nəzər salınaq kifayətdir ki, bu ölkənin və erməni xalqının faciə içərisində olduğunu görəsən. Bunun bariz nümunələrindən biri Ermənistandan mühacirətin kütləvi xarakter almasıdır. Hazırda Ermənistanda heç 2 milyon adam qalmamışdır.

Ermənilər guya özlərinə prezident seçirlər. Amma əslində Ermənistan vassal vilayətdir, başqa ölkə tərəfindən idarə olunan forpostdur. Onun iqtisadiyyatı da, mənəviyyatı da, siyasəti də əlindən alınıbdır. Ermənilər siyasi-ideoloji mübarizədə də Azərbaycana uduzublar. Bu mübarizədə Azərbaycan üstün mövqedədir. Azərbaycan iqtisadi və hərbi sahələrdə də Ermənistanı üstələyib. Mənəvi baxımdan da Azərbaycan cəmiyyəti Ermənistan cəmiyyətindən yüksəkdə dayanır. Təbliğat və ideoloji müharibə cəbhəsinə gəldikdə isə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ermənilər uduzurlar. Ona görə müxtəlif formalarla müqavimət göstərməyə çalıŞırlar. Bu müqavimətin növlərindən biri də tarixi faktları saxtalaŞdırmaq, müxtəlif fitnəkarlıqlara əl atmaqdır. İstənilən tarixi sənədi araşdırsaq, orada ermənilərə yer olmadığını görərik. Çar Rusiyasının Cənubi Qafqazla bağlı imzaladığı müqavilələr ya Azərbaycan torpaqları ilə bağlıdır, ya da ki, gürcülərlə.

“Türkmənçay” sülh müqaviləsinin də ermənilərə heç bir dəxli yoxdur. Rusiya-Türkiyə və Rusiya-İran müharibələrinin nəticəsində imzalanmış müqavilələr zamanı bölünən torpaqlar Azərbaycan əraziləri olmuşdur. Bu müqavilələrin nəticəsi olaraq ermənilər sadəcə Cənubi Qafqaza köçürülmüşlər ki, bu da tamam başqa bir məsələdir.

Mübariz Qurbanlı,

millət vəkili

(“Erməni xəyanəti: Terror, soyqırım və deportasiya siyasəti” Tərtibçi S.Hüseynov. Avropa nəşriyyat servis MMC, Bakı, 2009)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest