ERKİN VAHİDOVUN ESTETİK DÜŞÜNCƏ SİSTEMİ
ATİLLA NAZİM OĞLU SÜLEYMANLI YAZDI: ERKİN VAHİDOV’UN “RUHLARIN ÜSYANI” ESERİNDEKİ DERİNLİK
TAŞKENT — Çağdaş Özbek Edebiyatı’nın zirve isimlerinden, hayatı boyunca Türk dünyasının birliği için kalemiyle mücadele etmiş olan şair, oyun yazarı ve devlet adamı Erkin Vahidov, vefatının ardından da bıraktığı ölümsüz eserleriyle Türk halklarına ilham vermeye devam ediyor.
Araştırmacı Atilla Nazim oğlu Süleymanlı, usta sanatçının felsefi derinliğini ve şiir dünyasını ele aldığı kıymetli bir inceleme yazısı kaleme aldı. Kırım’ın Sesi Gazetesi olarak, Türk dünyasının bu edebi çınarını ve onun hürriyet kokan mısralarını bu özel analiz eşliğinde gururla sayfalarımıza taşıyoruz.
Süleymanlı: “Ruhların Üsyanı Zengin Bir Sembolizm Barındırıyor”
Termez Devlet Üniversitesi Edebiyat Fakültesi araştırmacılarından olan Atilla Nazim oğlu Süleymanlı, kaleme aldığı incelemede Erkin Vahidov’un ünlü eseri “Ruhların Üsyanı” (Ruhlar İsyanı) poemasını masaya yatırdı. Süleymanlı, şairin bu eserde son derece zengin, imgelerle örülü ve çarpıcı bir poetik dil kullandığına dikkat çekiyor. Yazısında, eserin manevi-psikolojik katmanlarını inceleyen Süleymanlı, Vahidov’un ince detaylarla örülü üslubunun okuyucuyu derin bir felsefi düşünceye sevk ettiğini ve estetik değeri zirveye taşıdığını vurguluyor.
Sovyet Baskısına Karşı Millî Ruhun Sesi
1936 yılında Fergana’da dünyaya gelen Erkin Vahidov, Sovyet rejiminin en ağır sansür ve baskı dönemlerinde bile Özbek Türklerinin millî kimliğini, dilini ve kültürünü savunmaktan geri durmamıştır. İlk şiir derlemesi Tong Nafasi (Sabahın Nefesi) ile edebiyat dünyasına adım atan şair, özellikle kaleme aldığı “Özbegim” (Özbek Halkım) ve “Inson” (İnsan) gibi şaheserleriyle sadece Özbekistan’da değil, tüm Türkistan coğrafyasında millî uyanışın simgelerinden biri haline gelmiştir.
Faust’u Özbekçeye Kazandıran Çeviri Dehası
Vahidov, yalnızca bir şair değil; aynı zamanda dünya edebiyatını Türk dünyasına tanıtan usta bir mütercandır. Johann Wolfgang von Goethe’nin dünyaca ünlü felsefi eseri Faust’u ve Rus şair Sergey Yesenin’in şiirlerini Özbek Türkçesine mükemmel bir üslupla kazandırmıştır. Tiyatro alanında ise Oltin Devor (Altın Duvar) og Istanbul Fojiasi (İstanbul Trajedisi) gibi eserleriyle sahne sanatlarında da silinmez izler bırakmıştır.
“Özbekistan Kahramanı” Unvanıyla Taçlanan Bir Ömür
Özbekistan’ın bağımsızlığını kazanmasının ardından parlamentoda önemli devlet görevleri üstlenen Vahidov, ülkesinde “Özbekistan Halk Şairi” ve en yüksek onur nişanı olan “Özbekistan Kahramanı” unvanlarına layık görülmüştür. 2016 yılında aramızdan ayrılan usta kalemin adı, bugün Margilan’daki Erkin Vahidov Ev Müzesi ve adına açılan okullarda yaşatılmaktadır.
Teşekkür ve Anma
Kırım’ın Sesi ailesi olarak, bu kıymetli incelemesi ve edebiyata katkıları için araştırmacı Atilla Nazim oğlu Süleymanlı’ya teşekkürlerimizi sunar, çalışmalarında başarılar dileriz. Ömrünü Türk edebiyatına adayan usta şair Erkin Vahidov’u ise rahmet, minnet ve saygıyla anıyoruz. Ruhu şad olsun!

Atilla Nazim oğlu SÜLEYMANLI
Özbəkistan Respublikası Termez Dövlət Universitetinin Ədəbiyyat (Özbək ədəbiyyatı) fakültəsinin doktorantı
Xülasə
Məqalədə Erkin Vahidovun nəzəri-estetik baxışlarının formalaşma prinsipləri XX əsr özbək və ümumtürk estetik düşüncəsi kontekstində araşdırılır. Tədqiqatda şairin poeziyası ilə publisistik, tənqidi və elmi-estetik irsi arasında qarşılıqlı əlaqə sistemli şəkildə nəzərdən keçirilir. Xüsusi diqqət “Söz lətafəti” əsərində söz, ana dili, milli yaddaş, sənətkar məsuliyyəti və bədii yaradıcılığın estetik mahiyyəti haqqında irəli sürülən müddəalara yönəldilir. Təhlil göstərir ki, Vahidovun estetik konsepsiyasında söz yalnız dilçilik vahidi deyil, milli-mədəni yaddaşı daşıyan və milli kimliyi ifadə edən mənəvi-estetik fenomen kimi dərk olunur. Şairin Nəvai, Füzuli, Babur və digər klassik türk sənətkarları ilə ideya-estetik əlaqələri onun baxışlarının ümumtürk mədəni düşüncə sistemi ilə bağlılığını ortaya qoyur. Məqalədə sənət və real həyat münasibəti, sənətkarın cəmiyyət qarşısındakı məsuliyyəti, ana dilinin qorunması və milli özünüdərk məsələləri vahid estetik konsepsiyanın tərkib hissələri kimi əsaslandırılır.
Açar sözlər: Erkin Vahidov; nəzəri estetika; estetik düşüncə; söz fəlsəfəsi; milli kimlik; ana dili
GİRİŞ:
Erkin Vahidov müasir özbək ədəbiyyatı tarixində yalnız lirik növün qüdrətli nümayəndəsi, ustad şair deyil, həm də milli estetik fikrin intellektual inkişafına mühüm təkan vermiş mütəfəkkir sənətkardır. Şair milli poeziyanın mahiyyətini yalnız bədii yaradıcılıq və fərdi hisslərin ifadə sahəsi kimi deyil, xalqın mənəvi varlığını, tarixi yaddaşını və mədəni özünəməxsusluğunu totalitar sistemin təzyiqlərindən qoruyub yaşadan əsas estetik sistem kimi dəyərləndirirdi. Görkəmli tədqiqatçı, akademik Naim Kərimovla ədəbi dialoqunda Erkin Vahidov bu konseptual fikri belə ifadə edir: “O‘zbek she’riyati jahondagi eng boy va yuksak milliy madaniyat turlaridan biri sifatida rivojlanib kelgan.”(5) Bu fəlsəfi yanaşma nümayiş etdirir ki, müəllif üçün poeziya yalnız estetik zövq yaradan daxili sənət növü deyil, bütöv bir xalqın milli-mədəni təcrübəsini, kollektiv mənəvi yaddaşını və tarixi davamlılığını təmin edən, assimilyasiya meyillərinin qarşısını alan mühüm mədəni-estetik institutdur.
Məhz bu nəzəri müstəvidə Erkin Vahidovun poetik irsi ilə onun publisistik, tənqidi və elmi-estetik düşüncəsi daxili bir qarşılıqlı vəhdət təşkil edir. Sənətkarın ədəbi irsində bədii təcrübə ilə nəzəri-intellektual düşüncə bir-birini dialektik şəkildə tamamlayan iki aparıcı istiqamət kimi çıxış edir. Əgər onun bilavasitə poeziyasında milli kimlik, etnik yaddaş və mənəvi dəyərlər metaforik, rəmzi və obrazlı şəkildə ifadə olunursa, publisistik və elmi-nəzəri düşüncələrində həmin fundamental ideyaların estetik mahiyyəti, fəlsəfi kökləri geniş şəkildə şərh edilir.
ƏSAS MƏTN:
Ədəbi-estetik fikir tarixində sənətkarın bədii yaradıcılığı ilə onun nəzəri-estetik baxışlarının qırılmaz vəhdətdə öyrənilməsi, müəllif dünyagörüşünün və bədii metodunun bütöv şəkildə dərk edilməsinin ən mühüm metodoloji şərtlərindən biri hesab olunur. Bu baxımdan Erkin Vahidovun çoxşaxəli fəaliyyəti müasir ədəbiyyatşünaslıq üçün xüsusi aktuallıq kəsb edir. Çünki onun poeziyasında bədii rəmzlərlə ifadə olunan ideyalar, “Söz lətafəti” kimi fundamental əsərlərində nəzəri-intellektual müstəviyə keçirilərək sistemli bir estetik konsepsiya şəklində təqdim edilir. Buna görə də Erkin Vahidovun bədii irsi yalnız şeirlər və poemalar toplusu deyil, milli söz sənətinin təkamülü və mahiyyəti haqqında ardıcıl, elmi cəhətdən əsaslandırılmış konseptual baxışlar sistemi kimi qiymətləndirilmə-lidir.
Şairin ədəbi-estetik görüşlərinin və dil haqqında fəlsəfi mülahizələrinin ən yetkin ifadəsi “Söz lətafəti” (4) (“Soʻz latofati”) əsərində öz bədii-elmi əksini tapmışdır. Bu fundamental əsərdə müəllif sözün semantik daxili zənginliyi, ana dilinin tarixi inkişaf mərhələləri, milli-mədəni yaddaşın qorunmasında dil faktorunun rolu, bədii strukturun estetik imkanları və sənətkarın cəmiyyət qarşısındakı mənəvi məsuliyyəti haqqında baxışlarını sistemli şəkildə ortaya qoyur. Əsər bədii mətni təhlil edən bir bələdçi olmaqla yanaşı, həm də sübut edir ki, Erkin Vahidov üçün dil anlayışı yalnız mexaniki bir ünsiyyət vasitəsi deyil, xalqın çoxəsrlik tarixi təcrübəsini, milli xarakterini və mənəvi-psixoloji dəyərlərini yaşadan dinamik, canlı mədəni hadisədir. Məhz buna görə onun dil fəlsəfəsinə dair düşüncələri klassik, akademik dilçilik çərçivəsini aşaraq estetik fəlsəfə, linqvopoetika və mədəniyyət nəzəriyyəsi səviyyəsinə yüksəlir. Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Xurşid Dostməhəmməd “Gələcək zamandaş” məqaləsində yazır ki, “Söz lətafəti” adlı unikal tədqiqat belə yorulmaz tədqiqatların, müşahidələrin, təhlillərin və fərziyyələrin nəticəsi olaraq yaranmışdır. “Sözü eşidirik, danışmağa çalışırıq”, – deyə Erkin əkə yazır, – “amma əksəriyyətimiz sözün mahiyyətinə varmağı düşünmürük. Özümüzdən niyə belə dediyimizi soruşmuruq… Mən üzüm idim, “üzüm” dedim, bilsəydim, onu üzümdən qoparmışdım, sanki üzümdən qoparmışdım və ağlıma gəldi ki, bu söz üzümdən törəyib. Axı biz taxıl yetişdirənə, qüvvə yetişdirən meyvəyə qüvvə, cəmiyyətin quruluşuna sistem və odun yanında qalan külə kül deyirik. Ağzımıza qoyub udanımız qaranquş, dağdan axan su bir qurtum olduğu kimi, üzümdən qoparıb yediyimizə də üzüm deyirəm, mən sadə kəşfimdən məmnun idim”. (1, s.26)
Təqdim olunan ikinci fəslin əsas elmi məqsədi Erkin Vahidovun ədəbi-estetik konsepsiyasını və dil fəlsəfəsini sistemli şəkildə araşdırmaq, onun söz haqqında baxışlarının nəzəri-metodoloji əsaslarını müəyyənləşdirmək, “Söz lətafəti” əsərini müəllifin estetik dünyagörüşünün konseptual modeli kimi təhlil etmək və Azərbaycan ədəbi-bədii fikri ilə mövcud olan tipoloji paralellərini üzə çıxarmaqdan ibarətdir. Araşdırmada xüsusi diqqət Erkin Vahidovun estetik baxışlarının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi səviyyəsinə, əsərlərinin Azərbaycan dilinə tərcüməsi tarixinə və bu prosesin Azərbaycan-Özbək ədəbi əlaqələrinin inkişafındakı strateji roluna yönəldiləcəkdir.
Beləliklə, ikinci fəsildə Erkin Vahidovun poetik yaradıcılığı ilə onun nəzəri-estetik düşüncəsi arasında mövcud olan daxili əlaqələr araşdırılacaq, şairin söz, dil və sənət haqqında baxışlarının bütöv bir ədəbi-estetik konsepsiya təşkil etdiyi elmi arqumentlərlə əsaslandırılacaqdır. Bu konseptual yanaşma, eyni zamanda, dissertasiyanın üçüncü fəslində geniş şəkildə təhlil ediləcək folklor poetikası, klassik Şərq irsi və modern poetik təfəkkür sisteminin nəzəri-metodoloji əsaslarını da öncədən müəyyənləşdirəcəkdir.
Bədii yaradıcılıq yalnız fərdi bir estetik zövqün subyektiv ifadəsi deyil, həm də bütöv bir xalqın mənəvi yaddaşını, çoxəsrlik tarixi təcrübəsini və etnik kimliyini gələcək nəsillərə ötürən mühüm sosiomədəni sənəddir. Bu konseptual müstəvidə Erkin Vahidov yaradıcılığı müasir özbək ədəbiyyatı tarixində yalnız yüksək poetik nailiyyətlərlə zəngin bədii irs kimi deyil, həm də milli düşüncənin, fəlsəfi təfəkkürün və etnik-mənəvi dəyərlərin fundamental ifadə forması kimi qiymətləndirilir. “Jahon adabiyoti” jurnali baş redaktoru Əhmədcan Meliboyev haqlı olaraq yazır: “Ana vətənə şəksiz məhəbbət, yanada fəravan günlərə inam, həqiqət və ədalət yolunda sabitlik bu uluq vətəndaşımız həyatı və icodunun mühüm cəhətləri idi” (3, s.22). Bu mülahizəni bədii-estetik kontekstdə daha da dərinləşdirən ustad tənqidçi Azad Şərəfiddinov isə sənətkarın bədii fəlsəfəsini belə səciyyələndirir: “Erkin Vahidov şeiriyyətinin ən mühüm, ən qiymətli tərəfi şundakı, unda zamandaşımız haqqındakı, ziddiyyətlərə dolu, serqalva, sertəşviş, quvanc və şadlıqlara unca məsləşməmiş XX əsrnin ikinci yarısı insanının məşəqqətli, izlənişlərə boy həyatı toğrisindəki həqiqət mücəssəm. Şair şeirləridə bu insan – cumboqlara dolu səyyarə sifətində təlqin etiladi və şair uning qəlbi haqqındakı təsəvvürlərimizni boyitadi, kəşfiyyatlar qiladi. Bularning barı yüksək ehtiras, teran səmimiyyət bilən ifadələnadi” (3, s.22).
Bu nüfuzlu akademik qiymətləndirmələr nümayiş etdirir ki, Erkin Vahidovun ədəbi-estetik konsepsiyası yalnız zahiri bədii forma və ya poetik ifadə vasitələrinin texniki tərənnümünə əsaslanmır; o, eyni zamanda sənətkarın xalq qarşısındakı milli məsuliyyəti, sosiopolitik həqiqətə sədaqət və fərdin mənəvi kamilliyi ideyaları üzərində daxili bir nizamla qurulur. Məhz bu fundamental xüsusiyyət onun sənət və söz haqqında nəzəri baxışlarını müasir özbək estetik fikrində özünəməxsus mövqeyə yüksəldir. Görkəmli sənətkarın irsi sənət, söz və dil haqqında irəli sürdüyü nəzəri-estetik tezislərlə də ədəbiyyatşünaslıqda xüsusi çəkiyə malikdir. Şair bədii sözü sadəcə mexaniki bir ünsiyyət vasitəsi və ya linqvik vahid kimi deyil, xalqın mənəvi varlığını daxildən yaşadan, milli özünüdərki intellektual səviyyədə formalaşdırıcı və tarixi yaddaşı totalitar təsirlərdən qoruyan əsas mənəvi dəyərlərdən biri kimi qiymətləndirirdi. Onun bütöv yaradıcılıq sistemində saf poeziya ilə elmi-estetik düşüncə qarşılıqlı şəkildə bir-birini tamamlayaraq vahid, sarsılmaz bir ideya arxitekturası yaradır.
Erkin Vahidovun ədəbi-estetik konsepsiyasının mərkəzində bilavasitə “sözə münasibət” faktoru dayanır. Müəllifin dil fəlsəfəsinə görə, söz yalnız sadə dilçilik vahidi deyil, xalqın çoxəsrlik tarixini, maddi və mənəvi mədəniyyətini, dünyagörüşünü və mənəvi təcrübəsini öz dərin semantik qatlarında daşıyan canlı bir etnik yaddaş formasıdır. Buna görə də dilin və sözün saflığının qorunması məsələsi şair tərəfindən milli kimliyin və mədəni suverenliyin qorunması ilə eyni müstəvidə dəyərləndirilir. Şair ana dilinə olan münasibəti birbaşa vətənə və millətə olan münasibətlə eyniləşdirir, dili isə etnosun mənəvi mövcudluğunu təmin edən ən mühüm antoloji amil kimi səciyyələndirir. Bu baxımdan Erkin Vahidovun estetik baxışları onun fərdi poetik yaradıcılığından təcrid olunmuş şəkildə deyil, həmin yaradıcılığı ideoloji cəhətdən tamamlayan nəzəri-fəlsəfi sistem kimi bütövlükdə nəzərdən keçirilməlidir.
Sənətkarın cəmiyyət qarşısındakı missiyasını və sosiomədəni məsuliyyətini yüksək qiymətləndirən müəllifin fikrincə, əsl sənətkar dövrün mənəvi böhranlarına və xalqın taleyinə əsla biganə qala bilməz. O, milli yaddaşın qorunması və etnik dəyərlərin yaşadılması uğrunda ardıcıl şəkildə bədii mübarizə aparmalıdır. Bu humanist ideya şairin həm poetik əsərlərində, həm də publisistik-nəzəri yazılarında paralel və sistemli şəkildə ifadə olunur. Məhz buna görə onun yaradıcılığında sənət anlayışı saf estetik məqsəddən və ya formal təsvirçilikdən daha çox, böyük bir mənəvi missiya daşıyır, poetik söz isə birbaşa ictimai məsuliyyətin ali bədii ifadəsinə çevrilir.
Erkin Vahidovun estetik düşüncəsində milli kimlik anlayışı dil, tarix, ədəbiyyat və milli mədəniyyətin qarşılıqlı vəhdəti əsasında formalaşır. Şair milli özünüdərki yalnız keçmişin romantik hisslərlə xatırlanması kimi deyil, xalqın mənəvi gələcəyini proqramlaşdıran intellektual inkişaf konsepsiyası kimi dərk edir. Bu konsepsiya öz mahiyyəti etibarilə ümumtürk mədəni düşüncə sistemi ilə daxildən və üzvi surətdə bağlıdır. Sənətkarın öz nəzəri mülahizələrində Əlişir Nəvai, Zəhirəddin Məhəmməd Babur, Məhəmməd Füzuli kimi klassik dühaların irsinə müraciət etməsi, türk xalqlarının ortaq mənəvi dəyərlərinə istinad etməsi onun estetik dünyagörüşünün dar lokal çərçivədən çıxaraq geniş ümumtürk mədəni məkanına yönəldiyini bariz şəkildə nümayiş etdirir.
Bu baxımdan Erkin Vahidovun ədəbi-estetik baxışları yalnız fərdi yaradıcılıq prinsiplərinin ifadəsi deyil, milli mədəniyyətin yad təsirlərdən qorunması, ana dilinin daxili imkanları hesabına inkişafı, tarixi yaddaşın bərpası və türk mədəni birliyinin mənəvi əsaslarının möhkəmləndirilməsi istiqamətində formalaşmış ardıcıl, proqram xarakterli bir nəzəri konsepsiya kimi qiymətləndirilməlidir. Bu fəlsəfi konsepsiyanın ən dolğun və sistemli ifadəsi isə müəllifin “Söz lətafəti” əsərində öz əksini tapmışdır Həmin əsərdə sözün estetik mahiyyəti, dilin milli varlıqla dialektik əlaqəsi, semantik inkişaf xüsusiyyətləri və sənətkar məsuliyyəti haqqında irəli sürülən fundamental fikirlər Erkin Vahidovun ədəbi-estetik düşüncə sistemini bütöv şəkildə anlamağa geniş elmi imkanlar açır.
Şairin estetik baxışlarının ən bariz xüsusiyyəti ondan ibarətdir ki, o, bədii sözü yalnız mücərrəd bir estetik kateqoriya kimi deyil, milli varlığın və mənəvi kimliyin əsas ifadə vasitəsi kimi dəyərləndirir. Şairin fikrincə, xalqın tarixini, yaddaşını və mənəvi təcrübəsini yaşadan ilk növbədə onun dilidir. Dil isə yalnız mexaniki bir ünsiyyət vasitəsi deyil, xalqın dünya haqqında fəlsəfi təsəvvürlərini, etik normalarını, mədəni davranış modelini və tarixi şüurunu özündə ehtiva edən canlı mədəni sistemdir. Məhz buna görə Erkin Vahidov üçün sözə və dilə münasibət, əslində, millətə və vətənə olan münasibətin ən obyektiv göstəricisidir.
Bu baxış türk estetik təfəkkürünün çoxəsrlik inkişaf qanunauyğunluqları ilə də tamamilə səsləşir. Türk-islam mədəniyyətində söz həmişə ilahi hikmətin, mənəvi kamilliyin və əxlaqi dəyərlərin əsas daşıyıcısı hesab edilmişdir. Əhməd Yəsəvinin hikmətlərindən başlayaraq Əlişir Nəvainin, Məhəmməd Füzulinin və digər klassik sənətkarların yaradıcılığına qədər uzanan bu böyük ənənədə söz yalnız estetik bir forma deyil, həm də ali mənəvi məsuliyyət kimi dərk olunmuşdur. Erkin Vahidov da həmin klassik estetik ənənəni müasir dövrün ictimai-mədəni reallıqları fonunda, totalitarizmin təzyiqləri şəraitində yaradıcı şəkildə davam etdirərək sözün milli taleyə birbaşa təsir göstərən mənəvi qüvvə olduğunu xüsusi vurğulayırdı.
Şairin estetik dünyagörüşündə diqqəti cəlb edən mühüm cəhətlərdən biri də sənətlə real həyat arasında ayrılmaz bağlılığın qəbul edilməsidir. Onun fikrincə, həqiqi sənət yalnız mücərrəd bir gözəllik yaratmaq məqsədi daşımamalı, insanın mənəvi aləmini zənginləşdirməli, milli yaddaşı yaşatmalı və cəmiyyətin mənəvi inkişafına xidmət etməlidir. Bu mənada Erkin Vahidov sənəti vulqar ictimai sifarişə tabe edən sovet ideoloji yanaşmasını qəbul etmədiyi kimi, sənəti yalnız “saf estetik zövq” dairəsinə həbs edən qərbpərəst formalist baxışlarla da razılaşmır. Onun estetik konsepsiyasında sənət həm daxili bir estetik hadisə, həm də mənəvi məsuliyyət daşıyan böyük bir ictimai hadisə kimi dualist strukturda çıxış edir.
Buna görə də Erkin Vahidovun yaradıcılığında sənətkar obrazı da xüsusi bir fəlsəfi məna yükü qazanır. Müəllif sənətkarı yalnız texniki bir söz ustası və ya qafiyəpərdaz deyil, xalqın vicdanı, tarixi yaddaşın qoruyucusu və milli mənəviyyatın daşıyıcısı kimi təqdim edir. Bu baxımdan onun estetik konsepsiyasında sənətkarın əsas missiyası xalqın mənəvi sərvətlərini yad təsirlərdən qorumaq, ana dilinin saflığını yaşatmaq və milli kimliyi zəiflədən amillərə qarşı mənəvi müqavimət göstərməkdən ibarətdir. Məhz buna görə Erkin Vahidov yaradıcılığında poetik söz azadlıq, vicdan və mənəvi məsuliyyət anlayışları ilə üzvi surətdə bağlanır.
Şairin estetik baxışlarını fərqləndirən başqa bir fundamental cəhət isə onun dili yalnız filoloji, qrammatik kateqoriya kimi deyil, milli mədəniyyətin genetik kodu kimi qəbul etməsidir. Dil xalqın keçmişini, bu gününü və gələcəyini bir-birinə bağlayan mənəvi körpüdür. Bu konsepsiya Erkin Vahidovun yaradıcılığına həsr olunmuş tədqiqatlarda da xüsusi vurğulanaraq qeyd edilir: “Erkin Vahidov ‘Sözün lətafəti’ əsərində dilin tarixi və mədəni köklərini araşdıraraq oxucuları sözün mahiyyəti və gözəlliyinə səyahətə dəvət edir” (2, s.13). Bu elmi fikir göstərir ki, müəllif dili yalnız quru tarixi faktların və ya lüğəvi vahidlərin mexaniki məcmusu kimi deyil, xalqın mənəvi yaddaşını yaşadan estetik və mədəni sistem kimi təqdim edir. Beləliklə, dilin və sözün öyrənilməsi prosesi, milli yaddaşın və milli kimliyin öyrənilməsi ilə eyni elmi-metodoloji müstəviyə çıxarılır.
Tarixi hadisələr, folklor, klassik irs, atalar sözləri, frazeoloji birləşmələr, xalq təfəkkürü və milli xarakter məhz dil vasitəsilə qorunur və yaşadılır. Buna görə də dilin zənginliyi yalnız onun lüğət tərkibinin miqdarı ilə deyil, onun özündə daşıdığı mənəvi və mədəni informasiyanın keyfiyyəti ilə müəyyən olunur. Erkin Vahidovun “Söz lətafəti” əsərində geniş şəkildə inkişaf etdirdiyi bütün nəzəri müddəaların əsasında da məhz bu konseptual yanaşma dayanır. Bu baxımdan Erkin Vahidov sözün tarixi yaddaş funksiyasını xüsusi vurğulayaraq yazır: “Har bir so’z o’z tarixiga ega “ (2).
NƏTİCƏ:
Bu fikir müəllifin dil fəlsəfəsinə dair irəli sürdüyü ən əsas tezislərdən biridir. Burada söz statik bir dil vahidi kimi deyil, zamanın, cəmiyyətin və milli mədəniyyətin birbaşa təsiri altında formalaşan canlı tarixi hadisə kimi təqdim olunur. Deməli, hər bir bədii söz öz daxilində müəyyən bir tarixi dövrün mənəvi təcrübəsini və mədəni yaddaş kodlarını yaşadır. Aparılmış geniş təhlillər göstərir ki, Erkin Vahidovun sənət və söz haqqında estetik baxışları klassik türk estetik təfəkkürünün müasir dövrdə yaradıcı şəkildə davamı olmaqla yanaşı, milli kimlik, ana dili, tarixi yaddaş və mənəvi məsuliyyət anlayışlarını vahid nəzəri sistem daxilində birləşdirən mükəmməl bir konseptual model kimi çıxış edir. Bu model şairin həm poetik yaradıcılığını, həm publisistik irsini, həm də ədəbi-estetik mülahizələrini eyni ideya müstəvisində dəyərləndirməyə tam imkan verir. Məhz bu baxımdan “Söz lətafəti” əsəri Erkin Vahidovun estetik dünyagörüşünün dağınıq fikirlər toplusu deyil, bütöv bir ədəbi-estetik konsepsiyanın mükəmməl nəzəri ifadəsi kimi qəbul edilməlidir.
ƏDƏBİYYAT
- Dostməhəmməd, Xurşid “Gələcək zamandaş” // “Vohidov, Erkin. ijodiy merosi va turkiy adabiyot masalalari” mavzusidagi xalqaro ilmiy-aliy anjuman materiallari // Alisher Navoiy nomidagi Toshkent davlat o‘zbek tili va adabiyoti universiteti, Muhammad Fuzuliy nomidagi ilmiy tadqiqot markazi. – Toshkent 2024-yil 21-dekabr. – 2024 – 196.b. (s.26)
- Erkin Vohidov ijodiy merosi va turkiy adabiyot masalalari” mavzusidagi xalqaro ilmiy-aliy anjuman materiallari // Alisher Navoiy nomidagi Toshkent davlat o‘zbek tili va adabiyoti universiteti, Muhammad Fuzuliy nomidagi ilmiy tadqiqot markazi. – Toshkent 2024-yil 21-dekabr. – 2024 s. S.13
- Meliboyev, Əhmədcan. Shoir yuragini to´ldurgan armoni // “Erkin Vohidov ijodiy merosi va turkiy adabiyot masalalari” mavzusidagi xalqaro ilmiy-aliy anjuman materiallari // Alisher Navoiy nom. Toshkent davlat o‘zbek tili va adabiyoti universiteti, M.Fuzuliy nomidagi ilmiy tadqiqot markazi. – Toshkent 2024-yil 21-dekabr. s.22
- Vahidov, Erkin. 2024. Söz lətafəti // Özbəkcədən Azərbaycancan dilinə uyğunlaşdıran, elmi redaktor və ön söz müəllifi: Almaz Ülvi Binnətova, Kompyuter işi Atilla Süleymanlı. – Bakı, Elm və Təhsil, 2024, 166 s.
- Vohidov, Erkin. : “She’riyat – mehr demakdir” (1988). Suhbatdosh: Naim Karimov, // “Sharq yulduzi” jurnali, 1988 yil, 1-son https://n.ziyouz.com/portal-haqida/xarita/suhbatlar/erkin-vohidov-she-riyat-mehr-demakdir-1988
