Elsevər Hüseynoğlu – şeiri
Günahları tərk qılmışıq,
Tövbəyə qaçarcasına.
Ruhumuzu hazır etdik,
Səmaya uçarcasına.
Yalandan çox gülər olduq,
El dərdini bilər olduq,
Göz yaşını silər olduq,
Əhvala yanarcasına.
Şiddət, zorba etmədik heç,
Xalqa torba tikmədik heç,
Sülhdən hərbə keçmədik heç,
Söz etdik sokarcasına
Elsevərin sözü qısa,
Çata-çatdır yolu kəsə,
Yazdı əllər əsə-əsə…
Ellərə sunarcasına.
Elsevər Hüseynoğlu
Bakı ~ 11/04/2021