Əli və Leyla – Səxavət Izzəti
Əli və Leyla
Səxavət Izzəti
Yadıma düşdü elin qəm nağılı
Iki gəncin acı matəm nağılı:
Əli qaçdı əmisin müjdələdi,
Bir gözəl nazlı qızın oldu dedi,
Əmi el adəticə müjdəliyə,
Bir qara göz quzu verdi əliyə,
Onuna el obanı səslədilər,
Qıza ad məclisi məclislədilər,
Əl açıb xeyr-i dua eylədilər
Körpənin ismini Leyla dedilər,
Ili il qovdu çıxartdı aradan
Illər ötdü bu gözəl macəradan
Illər ötdükcə ona dəydi yeli,
Dəlıqanlı bir igid oldu Əli,
Atini oynadıb illər yağını,
Durmadan süslədi Leyla bağını,
Sərgiyə qoydu gözəllikləri qız,
Onda xilqət kərəmi etdi birüz,
Alışarkən çox ürəklərdə odu,
Gəzdi dildən dilə Leylanın adı,
Günü gündən olaraq yosma yüsün
Çoxların aldı gözündən yüxüsün,
Qızın eşqi çox ürək silkələdi,
Əli də eşqini izhar elədi
Leyla bu eşqi gözəl qarşıladı
Artdı gündən günə bu eşqin odu
Duzməyıb sevgilinin firqətinə
Elçi göndərdi eylin adətinə
Allh əmri nəbi qolu dedilər,
Şəər ilə ürfilə qız istədilər,
Çoxlu sözlər ötüşərkən aradan,
Əmi söz açdı qədim macəradan,
«Bir xəbər gətdi qızın oldu deyə
O zaman bir quzu verdim Əliyə»,
Leylanın sınnıcə doğmuş törəmiş,
Onları başlığa versində demiş,
Əmcəsi anmayıb eşqin zorunu
Istədi başlıq üçün bir sürünü
Dönəmədi öz dediyindən o kişi
Könəziylə dərinə saldı işi
Bu yükə girəmədi oğlan atası
Iki gəncin beləcə döndü tası,
Əli Leyla dedi Leylada Əli
Bu səs özlətdi bütün tayfa, eli
Az zamanda Əli əqlin itirib
Məcnunun giridiy zəncirə girib
Düşdü dağdan dağa məcnuna sayaq,
Əbədi mənzili oldu sarı dağ!
Əbədi eşqi ilə yatdı Əli
Eli, Leylanı qəmə atdı Əli,
Leylanı anlamayıb eşq nədi
Ata bir varlıya peşkəş elədi
Toy günü hayf ola Leyla gözünü
Yomaraq atdı maşından özünü,
Leylada yuxladı könlündə Əli
Getdi eşqin tapa dünya gözəli
Sönməyibdir hələ o eşqin odu
Düşməyibdir yerə Leylanın adı.
Eşqi üstündə uçan bir pəridir,
Eşq olduqcada Leyla diridir.
علی و لیلا
سخاوت عزتی
یادیما دوشدو ائلین غم ناغیلی
ایکی گنجین آجی ماتم ناغیلی:
علی قاچدی عمیسین موژدهلهدی،
بیر گؤزل نازلی قیزین اولدو دئدی،
عمی ائل عادتیجه موژدهلییه،
بیر قارا گؤز قوزو وئردی علییه،
اونونا ائل اوبانی سسلهدیلر،
قیزا آد مجلیسی مجلیسلهدیلر،
ال آچیب خیر و دوعا ائیلهدیلر
کؤرپهنین اسمینی لیلا دئدیلر،
ایلی ایل قوودو چیخارتدی آرادان
ایللر اؤتدو بو گؤزل ماجرادان
ایللر اؤتدوکجه اونا دیدی یئلی،
دلیقانلی بیر ایگید اولدو علی،
آتینی اوینادیب ایللر یاغینی،
دورمادان سوسلهدی لیلا باغینی،
سرگییه قویدو گؤزللیکلری قیز،
اوندا خلقت کرمی ائتدی بروز،
آلیشارکن چوخ اورکلرده اودو،
گزدی دیلدن دیله لیلانین آدی،
گونو گوندن اولاراق یوسما یوسون
چوخلارین آلدی گؤزوندن یوخوسون،
قیزین عشقی چوخ اورک سیلکهلهدی،
علی ده عشقینی اظهار ائلهدی
لیلا بو عشقی گؤزل قارشیلادی
آرتدی گوندن گونه بو عشقین اودو
دوزمهییب سئوگیلینین فرقتینه
ائلچی گؤندردی ائیلین عادتینه
آلله امری نبی قولو دئدیلر،
شرعیله عرفایله قیز ایستهدیلر،
چوخلو سؤزلر اؤتوشرکن آرادان،
عمی سؤز آچدی قدیم ماجرادان،
«بیر خبر گتدی قیزین اولدو دئیه
او زامان بیر قوزو وئردیم علییه»،
لیلانین سیننیجه دوغموش تؤرهمیش،
اولاری باشلیغا وئرسینده دئمیش،
عمجه سی آنماییب عشقین زورونو
ایستهدی باشلیق اوچون بیر سورونو
دؤنمهدی اؤز دئدییندن او کیشی
کؤنزییله درینه سالدی ایشی
بو یوکه گیرمهدی اوغلان آتاسی
ایکی گنجین بئلهجه دؤندو طاسی،
علی لیلا دئدی لیلادا علی
بو سس اؤزلتدی بوتون طایفا ائلی
آز زاماندا علی عقلین ایتیریب
مجنونون گیریدیی زنجیره گیریب
دوشدو داغدان داغا مجنونه سایاق،
ابدی منزیلی اولدو ساری داغ!
ابدی عشقی ایله یاتدی علی
ائلی، لیلانی غمه آتدی علی،
لیلانی آنلاماییب عشق ندی
آتا بیر وارلییا پئشکش ائلهدی
توی گونو حایف اولا لیلا گؤزونو
یوماراق آتدی ماشیندان اؤزونو،
لیلادا یوخلادی کؤنلونده علی
گئتدی عشقین تاپا دونیا گؤزلی
سؤنمهییبدیر هله او عشقین اودو
دوشمهییبدیر یئره لیلانین آدی.
عشقی اوستونده اوچان بیر پریدیر،
عشق اولدوقجادا لیلا دیریدیر.