Dünyanı oyatdı Tayyib Ərdoğan – Mir Yusif Seyidov Leysan oğlu
Dünyanı oyatdı Tayyib Ərdoğan
Ey dünya, əsdirdin qara yelləri
Ey dünya dəyişdin bu gedişləri
Həqiqət kökündə dara çəkildi
Yerinə tikanlı qanqal əkildi
Saflığı tez uddun, gömdün torpağa
Nankorluq ucalıb çevrildi dağa
Yeni əsr yetdi iyirmi birə
Zorbalıq güc verdi yeni əsirə
Dəyişdi dünyanın dəngəsi tamam
Dedilər: gəlibdir yeni bir zaman
Yeniləşib tamam köhnə adətlər
İnsanlar salıblar yeniyə nəzər
Olublar bu əsrin yeni bəndəsi
Guya, dəyişilib insan peşəsi
Dönüblər dünyanın güc, qüvvəsinə
Dünya çevrilibdir qan təknəsinə
Siyasət çevrilib qatil əmələ
Ölümcül silahlar düşübdür ələ
Yaxın Şərq olubdur ölüm meydanı
Dəyərsiz olubdur insanın canı
Fələstin xalqını qıran qatillər
Hiddətə gətirib bütün dünyanı
Məgər bu qırğını Beşlər görməyir?
Susubdur qüvvətli dövlətlər belə
Nəyi gözləyirlər? Susublar hələ
Sakitliyi pozan bircə dövlətdir
Bu səsə səs verən igid millətdir
Dünyanı qoruyan Türkdür, O təkdir
Hər çətin məqamda Türklər köməkdir
Çalışır çıxarsın xalqı qırğından
Qurtarsın milləti dərddən Ərdoğan
Göstərir dünyaya fərqli həyatı
Oyadır “Birləşmiş” bu təşkilatı
Qalxır kürsüsünə hünər, zəfərlə
Baxır bu kürsüyə hiddət, nifrətlə
Baxışın salona yetirir bir an
Alovlu sözləri deyir ucadan:
-Ey dünya, üstünə alov tökülür
Fələstin xalqının yurdu sökülür
Öz yurdunda millət qana bulanır
Körpələr qırılır, Qüds talanır
Görəsən atəşdən dünya oyanır?
Çünki orada ancaq müsəlman yanır
Qovurlar hər yerə məzlum milləti
Duymurlar, görmürlər heç həqiqəti?
Dünya Beşdən böyük, dünya bir nərdir
Qırğınlar törənib, dünya kədərdir
Qəssaba veriblər hünər, qüvvəti
Qırsın o Qüdsdə bütün milləti?
Soyqırım eyləsin sona yetirsin Murdar siyasətin qanla bitirsin?
Arxayın olubdur güc qüvvəsinə
Giribdir güclərin güc kölgəsinə
Qüdsdə yaradıb cəsəd yığını
Qəssab məzar edib yad torpağını
Qırılıb qırx mindən artıq insanlar
Qırılıb burada müsəlman canlar
Körpə qollarına adı yazılıb
Cəsədlərin çoxu tanınmaz olub.
Bu dəhşət bu bəla davam eyləyir
Kimsə bu qatilə dur, dayan deyir?
Burda ölənlərin cəsədi ilə
BMT özü də ölərək gedir
Avropa dinməyir bu qırğınlara
Onun ədaləti gömülüb gora
Ey dünya sənin də haqq-ədalətin
Yolunu dəyişib gedibdir hara?
Tərk etdi kürsünü böyük alqışla
Tərk etdi hünərli qalib çıxışla
Göstərdi Beşliyin birtərəfliyin
Göstərdi onların millətçiliyin
Vurdu üzlərinə bu həqiqəti
Çıxışlarda olan yanlış söhbəti
Dünyada yaşayan sömürgənliyi
Çırpdı üzlərinə, çırpdı Ərdoğan
Sordu həqiqəti yalan dünyadan
Oyatdı sözü ilə o yatmışları
Fələstində əli qana batmışları
Dünyanın dəngəsin pozan canları
Vicdanın itirən bivicdanları
Kəlmələri ilə atəşə tutdu
BMT yatmışdı etdi yuxudan
Dünyanı oyatdı Tayyib Ərdoğan
Mir Yusif Seyidov Leysan oğlu