GenelGüncelKültür SanatTürk Dünyası

Dünya türkün olacaq. Kirman Rustemli

Dünya türkün olacaq.

kirman rustemli
kirman rustemli

Əzəl,axır dünya türkün olacaq,

Turan dövlət olub türklə dolacaq.

Türklər tarixə bir qol da qoyacaq,

Biz birləşib Turanı yaradaq gərək,

Böyü yavrum, Turan yolun mübarək!

****

Dədələrin qan axıtdı torpağa,

Şəhid oldu öz yurdunda çox ağa.

Haqqa, ədalətə

nəyə gərək qadağa?

Lazım gəlsə

torpaq üçün ölərik,

Böyü yavrum, azadlığı görərik!

****

Min illərdir sancağımız bir olub,

Dil bağımız özgələrə sirr olub,

Döyüşlərdə ərlərimiz şir olub,

Turan tikək, bünövrəsin biz hörək,

Böyü yavrum, qədəmlərin mübarək!

****

Bir ucu Altaydı, bir ucu Balkan,

Burda sultan olub Osmanlıda xan.

Nədən deməyək bir birimizə can?!

Dünyaya biz bunu gəlin göstərək,

Böyü yavrum, qədəmlərin mübarək!

Kirman Rustemli

21.09.2023

Bu son döyüşün olacaq.

Atan yağıdırsa ,cavab ver, əsgər,

Özünü döyüşdə qəhrəman göstər.

Torpaq azad olsun, qoy alsın nəfəs,

Xalqın səndən mütləq qələbə istər.

****

Arxanı düşmənə əsla çevirmə!

Onunla anlaşıb “söhbətə”girmə!

Etməni hiyləsi dünyada məlum,

Sirrini gizlədib onlara vermə!

****

Qırılmaz sırana heyran qalıblar,

Səndən igidliyin dərsin alıblar,

Sənin vuruşduğun son döyüşlərin,

Sədasın tarixə nizam salıblar.

****

Sənin son döyüşün olacaq bu gün,

Qələbə sənindir, qürurla öyün!

Başının üstündə üçrəng bayrağın,

Dalğalansın əsgər,- mələyi göyün!

Kirman Rüstəmli

19.09.202

Urmu gölüm.

Dama- dama göl oldun,sonalar gəldi,

Köpüklü suların oynaq,necə dəcəldi.?

Səni qamçılayan özgə bir əldi,

Sənə “bəxş etdilər” amansız ölüm,

Ay mənim ülfətim ,Urmu gölüm!

*****

Tarixin Asurdan başlanmış yəqin,

Manna ilk dövlətin,taqətin,qəddin.****

Başından aşır ki,bu boyda dərdn,

Ətrafın göz oxşar quruca çölüm,

Nədən quruyursan,ay Urmu gölüm?

***

Harayın naləsi ərşə də qalxıb,

Sönən ulduzların göydənmi axıb?

Düşmənin sənə laqeyid baxıb!

Aran parçalandı,bax, bölüm-bölüm,

Sən buna dözmədin ,ay Urmu gölüm!

***

Göycə də , Xəzər də Urmu da bizim,

Burada əbədi qalacaq izim.

Döyüşə- döyüşə bərkidi dizim,

Çoxalar, yayılar hər yerə dölüm,

Quruma –quruma,ay Urmu gölüm!

***

Gecələr sinəndə ayınmı batır?

Şeytnı daşlayan sənəmi atır?

Dərinliyində nə sirrlər yatır?

Aç ,söylə,ağlayıb səma tək dolum,

Sonasız qalıbsan ,ay Urmu gölüm!

**********

“Urmu gölü”nə aid bayatılar.

Kim qoyub adın,Urmu?

Suyun lilmi ,durumu?

Sən Təbrizin gözüsən,

Gözün yaşmı ,qurumu?

*

Urmu ,suyun duzlumu?

Dibin daşlı,qumlumu?

Yaşılbaşın baş vursun,

Şoran suyun buzlumu?

*

Mən aşiq susuz gölüm,

Hər göldən ucuz gölüm.

Durnaların gəlmədi,

Qan ağla, ucsuz gölüm.

****

Su gəlməyir bu yazdan?

Sumu verək Arazdan?

Dərdin elə çoxdur ki,

Qan ağlaram bir azdan.

Kirman Rüstəmli

10.noyabr- xalqımın 100 illik qürur tarixidir. Bu şəhidlərimizin anım günü olaraq hər bir şəhidimizi hörmətlə yad edirik, Allah onlara rəhmət etsin

****

Zəfərin yolu.

İllərdir boğuldun çirkabda, kirdə,

Dözürdün bunlara sən necə, Vətən?

Su gələn arxında su axdı bir də,

Sən zəfər qazandın, bu gecə ,Vətən.!

****

Şanından söz açım,o igidlərin,

Səni qurtardılar düşmən əlindən.

Sənə qurban gedən neçə ərlərin,

Düşmən də qorxurdu əsgər nəşindən.

****

Vətənin o başı,bu başı olmaz,

Şuşa başsız qalan yarı can idi.

Sənə sahib idi,hay təki qanmaz,

Bizə xoruzlanıb,sinə gərirdi….

****

Ancaq dözəmmədik belə işğala,

Dəmir yumuruğa, qoçum,vur dedik.!

Nə qədər fəth etdik alınmaz qala,

Onurğa sütunun biz qırıb, gərdik.

*****

Türklər yaşamayıb bir kölə təkin,

Dözmədik torpağın köləliyindən.

Türkün döyüşçüsü nə qədər mətin,

Düşmən məğlub oldu əfəlliyindən.

***

Axdı torpağıma düşmənin qanı,

Bu qanın ləkəsi yuyulsun ,gərək.

Dünən at oynadan o haylar hanı?

Siçan deşiyinə girməyin görək.

*****

Zəfər bizim oldu, qan bahasına,

Yazdıq tarixlərə zəfər dastanın.

Alqışlar,alqışlar, eşq dühasına!

Qələbə əzmini verən ustanın.

Kirman Rüstəmli

26.09.2021

türkçü birlik platformu
türkçü birlik platformu

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest