GenelGüncelKırım TarihiKültür SanatTürk Dünyası

Dünya Kırım Tatar Dərnəyi Azərbaycan təmsilçisi İlhamə Qəsəbova

Dünya Kırım Tatar Dərnəyi Azərbaycan təmsilçisi İlhamə Qəsəbova Kırımınsesi Gazetesine yaptığı açıklamada ‘Kırım Tatar və Azərbaycan ədəbi-mədəni əlaqələrinin gücləndirilməsində az da olsa  əməyim olarsa  nə xoş mənədedi.

Hörmətli,  Dünya Kırım Tatar Dərnəyinin başqanı və üzvləri!

Mənə Dünya Kırım Tatar Dərnəyi Azərbaycan təmsilçisi olmağa etimad göstərdiyiniz üçün Sizin hər birinizə, başda Mustafa Sarıkamış hocamız olmaqla  çox səmimi təşəkkürlərimi ifadə etmək istəyirəm. İnanıram ki, etimadınızı doğruldacam. Kırım Tatar və Azərbaycan ədəbi-mədəni əlaqələrinin gücləndirilməsində az da olsa  əməyim olarsa  nə xoş mənə.

      Öncəliklə bildirim ki, bu yolda ilk olaraq Kırım-Azərbaycan mədəni əlaqələrinin gücləndirilməsində Nəsib bəy Yusifbəylinin böyük əməyi omuşdur. Azərbaycanın ilk baş naziri Nəsib bəy Yusifbəylinin əsas məqsədlərindən biri  Krım ictimaiyyətini Azərbaycan ədəbiyyatının qabaqcıl nümunələri ilə tanış etmək idi. 1907-ci il yanvarın 13-də “Tərcüman” qəzeti Bağçasaray teatr həvəskarlarının tamaşaya qoyduğu Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsində Nəcəf bəy rolunun Nəsib bəy Yusifbəylinin özünün ifa etdiyini bəyan etdi. Qəzetə istinadən bəlli olur ki, Krımda yaşadığı dönəmdə Nəsib bəy yerli ziyalıları vətənindəki  ədəbiyyatşünaslıq əsərlərindən agah etmək istəyir. Görkəmli maarifçi və alim Firudin bəy Köçərlinin “Azərbaycan türk ədəbiyyatı” tədqiqatının, eləcə də Hüseyn Əfəndi Qayıbovun “Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuə” toplusunun Bağçasaray şəhərində işıq üzü görməsi üçün səy göstərsə də, arzularını gerçəkləşdirə bilmir. Hər halda, XX əsrin əvvəlində Azərbaycan – Kırım mədəni əlaqələrinin meydana gəlməsində Nəsib Yusifbəylinin müstəsna xidmətləri böyükdür. Böyük mütəfəkkir İsmayıl bəy Qaspralı ilə daim təmasda olan Nəsib bəy Yusifbəyli Azərbaycan Kırım arasında, ədəbi, mədəni əlaqələrin yaradılmasında bir vasitəçi olaraq körpü rolu oynamışdır.

      Nəsib bəy Yusifbəyli, İsmayıl bəy Qaspralı tərəfindən salınmış bu sağlam dostluq,  qardaşlıq körpüsündən bu gün bizlər addımlayırıq.  Dostluğumuz, qardaşlığımız əbədidir, daimdir.

      Fürsətdən istifadə edərək Kırım Tatar qardaş və bacılarımızın müqəddəs Ramazan bayramını ürəkdən təbrik edirəm.

     Hörmətlə: Doç. Dr. İlhamə Qəsəbova

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest