Dostlar “QURBAN BAYRAMI”NIZ mübarək !
QURBAN BAYRAMI,
Dostlar “QURBAN BAYRAMI”NIZ mübarək!
Qurban bayramımız beləcə gəldi,
Qurbanlar kəsildi sahibin tapdı,
Qurbanlıq verənlər Əlidən əldi
Hər gün ət yeyənlər əllərdən qapdı.
Kaşıb süfrəsinə qoydu lavaşın,
Namazda allahdan sağ can istədi.
Ləzzətlə o yedi şorbasın,aşın
Tanrıdan özünə aman istədi.
Getmədi dərinə kimə pay düşür,
Həmd edib o, qıldı bayram namazın,
Halal nemətinə dilədi şükür,
Baş əymədi öndə neçə qanmazın.
Bax, dünya beləcə ikiüzlüdür ,
Qarın var yeməkdən şişir,partlayır,
Namərdlər namərdir, hələ güclüdür,
Paxıllıqdan gecə -gündüz çatlayır.
Kirman Rustemli
02.09.2017